Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-859/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimiSəfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 44 Caspian Plaza 3, 8-ci mərtəbədə yerləşən iddiaçı “xxxxxxxxxxxxxxxx” MMM QBKT-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: “xxxxxxxxxxxxxxxx” MMM QBKT ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “xxxxxxxxxxxxxxxx” MMM QBKT-nin xeyrinə 1393 (bir min üç yüz doxsan üç) manat əsas, 150.46 (bir yüz əlli altı manat qırx altı qəpik) manat faiz, 145.36 (bir yüz qırx beş manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 1688.82 (bir min altı yüz səksən səkkiz manat səksən iki qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxxxxxxxxxxxxxx” MMM QBKT tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli **********0810 saylı kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxx” MMM QBKT tərəfindən cavabdehə biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 12 ay müddətinə illik 28 % dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 194 manat olmaqla bərabər hissələrdə ödəniş edilməsi razılaşdırılmışdır. İddia ərizəsində əlavə olaraq qeyd olunmuşdur ki, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cavabdehin xx.xx.2020-ci il tarixə iddiaçı təşkilata 1393 (bir min üç yüz doxsan üç) manat əsas, 150.46 (bir yüz əlli altı manat qırx altı qəpik) manat faiz, 145.36 (bir yüz qırx beş manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 1688.82 (bir min altı yüz səksən səkkiz manat səksən iki qəpik) manat borcu yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq maddələrinə istinad edərək Cavabdeh “xxxxxxxxxxxxxxxx” MMM QBKT-nin xeyrinə 1393 (bir min üç yüz doxsan üç) manat əsas, 150.46 (bir yüz əlli altı manat qırx altı qəpik) manat faiz, 145.36 (bir yüz qırx beş manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 1688.82 (bir min altı yüz səksən səkkiz manat səksən iki qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli **********0810 saylı kredit müqaviləsindən belə müəyyən olunur ki, həmin tarixdə iddiaçı təşkilat “xxxxxxxxxxxxxxxx” MMM QBKT ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxx” MMM QBKT tərəfindən cavabdehə biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 12 ay müddətinə illik 28 % dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 194 manat olmaqla bərabər hissələrdə ödəniş edilməsi razılaşdırılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından belə müəyyən olunur ki, xx.xx.2019cu il tarixli **********0810 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixinə “xxxxxxxxxxxxxxxx” MMM QBKT-yə 1393 (bir min üç yüz doxsan üç) manat əsas, 150.46 (bir yüz əlli altı manat qırx altı qəpik) manat faiz, 145.36 (bir yüz qırx beş manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 1688.82 (bir min altı yüz səksən səkkiz manat səksən iki qəpik) manat borcu yaranmışdır. Naxçıvan ŞPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Həsənov X1 şəhəri, Əlincə ev 22, mənzil 17 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2019-cu il tarixli **********0810 saylı kredit müqaviləsinə əsasən 1393 (bir min üç yüz doxsan üç) manat əsas, 150.46 (bir yüz əlli altı manat qırx altı qəpik) manat faiz, 145.36 (bir yüz qırx beş manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 1688.82 (bir min altı yüz səksən səkkiz manat səksən iki qəpik) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxxxxxxx” MMM QBKT-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə “xxxxxxxxxxxxxxxx” MMM QBKT tərəfindən xx.xx.2020-ci il tarixdə Kapital Bank ASC Naxçıvan filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh bildiriş göndərmişdir.Həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmiş, lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********0810 saylı kredit müqaviləsinə əsasən 1393 (bir min üç yüz doxsan üç) manat əsas, 150.46 (bir yüz əlli altı manat qırx altı qəpik) manat faiz, 145.36 (bir yüz qırx beş manat otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 1688.82 (bir min altı yüz səksən səkkiz manat səksən iki qəpik) manat məbləğində borc iddiaçı “xxxxxxxxxxxxxxxx” MMM QBKT-nin xeyrinə tutulsun. “xxxxxxxxxxxxxxxx” MMM QBKT tərəfindən xx.xx.2020-ci il tarixdə Kapital Bank ASC Naxçıvan filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-859/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-859/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver