Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-859/2022 26.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1970ci il təvəllüdlü Cavabdeh 1832 manat əsas borc, müqavilələr üzrə hesablanmış 1000 manat faiz borcu və 49 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2881 (iki min səkkiz yüz səksən bir) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla, 26 may 2019-cu il tarixli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 442 manat olan məişət avadanlığı əldə etdiyini, cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 130 manat borcunun qaldığını, qeyd edilən kredit müqaviləsinə əsasən borclunun müqavilənin bitdiyi 26 avqust 2020-ci il tarixdən sonra qaytarılmayan 130 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməli olduğunu, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 780 manat faiz borcunun yarandığını (130 manat x 600 gün x 1% = 780 manat), bundan başqa iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 18 ay olmaqla, 03 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 569 manat olan məişət avadanlığı əldə etdiyini, cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 310 manat borcunun qaldığını, qeyd edilən kredit müqaviləsinə əsasən borclunun müqavilənin bitdiyi 03 mart 2021-ci il tarixdən sonra qaytarılmayan 310 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməli olduğunu, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1302 manat faiz borcunun yarandığını (310 manat x 420 gün x 1% = 1302 manat), bundan başqa iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla, 16 dekabr 2019cu il tarixli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 919 manat olan məişət avadanlığı əldə etdiyini, cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 660 manat borcunun qaldığını, qeyd edilən kredit müqaviləsinə əsasən borclunun müqavilənin bitdiyi 16 mart 2021-ci il tarixdən sonra qaytarılmayan 660 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməli olduğunu, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 780 manat faiz borcunun yarandığını (660 manat x 420 gün x 1% = 780 manat), bundan başqa iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla, 26 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlandığını, Həmin müqaviləyə əsasən cavabdehin iddiaçıdan dəyəri 919 manat olan məişət avadanlığı əldə etdiyini, cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 732 manat borcunun qaldığını, qeyd edilən kredit müqaviləsinə əsasən borclunun müqavilənin bitdiyi 26 aprel 2021-ci il tarixdən sonra qaytarılmayan 732 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməli olduğunu, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2854 manat faiz borcunun yarandığını (732 manat x 390 gün x 1% = 2854 manat), iddiaçının müqavilələr üzrə hesablanmış faiz borcunu cavabdehdən cəmi 1000 manat məbləğində tələb etdiyini, Cavabdeh 26 may 2019-cu il tarixli, XDK5725366 saylı kredit müqaviləsinə əsasən 130 manat əsas borc, 03 sentyabr 2019-cu il tarixli, XDK5772328 saylı kredit müqaviləsinə əsasən 310 manat əsas borc, 16 dekabr 2019-cu il tarixli, XDK5798333 saylı kredit müqaviləsinə əsasən 660 manat əsas borc, 26 yanvar 2020-ci il tarixli, XDK5798741 saylı kredit müqaviləsinə əsasən 732 manat əsas borc, müqavilələr üzrə hesablanmış 1000 manat faiz borcu və 49 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2881 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasının zəruri olduğunu, xx xxxx 1970-ci il təvəllüdlü Cavabdeh 1832 manat əsas borc, müqavilələr üzrə hesablanmış 1000 manat faiz borcu və 49 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2881 (iki min səkkiz yüz səksən bir) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 26 may 2019-cu il tarixli, XDK5725366 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 442 manat məbləğində məişət avadanlığı əldə etmiş, 7 manat ilkin ödəmiş və qalan 435 manat məbləği 15 ay müddətinə aylıq 29 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, XDK5772328 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 569 manat məbləğində məişət avadanlığı əldə etmiş, 11 manat ilkin ödəmiş və qalan 558 manat məbləği 18 ay müddətinə aylıq 31 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli, XDK5798333 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 919 manat məbləğində məişət avadanlığı əldə etmiş, 19 manat ilkin ödəmiş və qalan 900 manat məbləği 15 ay müddətinə aylıq 60 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 26 yanvar 2020-ci il tarixli, XDK5798741 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 919 manat məbləğində məişət avadanlığı əldə etmiş, 4 manat ilkin ödəmiş və qalan 915 manat məbləği 15 ay müddətinə aylıq 61 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən, Cavabdeh 26 may 2019-cu il tarixli, XDK5725366 saylı kredit müqaviləsi üzrə 130 manat, 03 sentyabr 2019-cu il tarixli, XDK5772328 saylı kredit müqaviləsi üzrə 310 manat, 16 dekabr 2019-cu il tarixli, XDK5798333 saylı kredit müqaviləsi üzrə 660 manat, 26 yanvar 2020-ci il tarixli, XDK5798741 saylı kredit müqaviləsi üzrə 732 manat olmaqla, ümumilikdə 1832 manat əsas (qalıq) borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 25 iyul 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 26 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1832 (min səkkiz yüz otuz iki) manat əsas borc, 1000 (min) manat faiz borcu və 49 (qırx doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2881 (iki min səkkiz yüz səksən bir) manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, 26 may 2019-cu il tarixli, XDK5725366 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 442 manat məbləğində məişət avadanlığı əldə etmiş, 7 manat ilkin ödəmiş və qalan 435 manat məbləği 15 ay müddətinə aylıq 29 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 03 sentyabr 2019-cu il tarixli, XDK5772328 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 569 manat məbləğində məişət avadanlığı əldə etmiş, 11 manat ilkin ödəmiş və qalan 558 manat məbləği 18 ay müddətinə aylıq 31 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 16 dekabr 2019-cu il tarixli, XDK5798333 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 919 manat məbləğində məişət avadanlığı əldə etmiş, 19 manat ilkin ödəmiş və qalan 900 manat məbləği 15 ay müddətinə aylıq 60 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 26 yanvar 2020-ci il tarixli, XDK5798741 nömrəli Borc Müqaviləsinə əsasən, borclu hissə-hissə ödəmək şərtilə 919 manat məbləğində məişət avadanlığı əldə etmiş, 4 manat ilkin ödəmiş və qalan 915 manat məbləği 15 ay müddətinə aylıq 61 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən, Cavabdeh 26 may 2019-cu il tarixli, XDK5725366 saylı kredit müqaviləsi üzrə 130 manat, 03 sentyabr 2019-cu il tarixli, XDK5772328 saylı kredit müqaviləsi üzrə 310 manat, 16 dekabr 2019-cu il tarixli, XDK5798333 saylı kredit müqaviləsi üzrə 660 manat, 26 yanvar 2020-ci il tarixli, XDK5798741 saylı kredit müqaviləsi üzrə 732 manat olmaqla, ümumilikdə 1832 manat əsas (qalıq) borcu vardır. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1832 (min səkkiz yüz otuz iki) manat əsas borc, 1000 (min) manat faiz borcu və 49 (qırx doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2881 (iki min səkkiz yüz səksən bir) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-859/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-859/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver