Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-86/2021 13.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh Nəcəf oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Nəcəf oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Nəcəf oğlu tərəfindən İddiaçınə vurulmuş 1983 (bir min doqquz yüz səksən üç) manat məbləğində zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 2013 (iki min on üç) manat məbləğində pulun cavabdehdən məcburi qaydada alınaraq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(078)-86/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Nəcəf oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair dair mülki iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Nəcəf oğlunun cavabdeh İddiaçınə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki işə baxılaraq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-732/2021 nömrəli işi üzrə iddiaçı Cavabdeh Nəcəf oğlunun cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə məhkəmənin 23 fevral 2021-ci il tarixli qərardadı baxılmamış saxlanılmış, sözügedən qərardad 12 aprel 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(078)-86/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh Nəcəf oğlu arasında 27.04.2020-ci il tarixdə 03/1180 nömrəli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arazında imzalanmış müqaviləyə əsasən İddiaçı abonent Cavabdeh Nəcəf oğluna məxsus fərdi yaşayış evini təbii qazla təhciz etmiş v qeyd olunan ünvana İddiaçı Bakı X4 Departamenti tərəfindən **********00065 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini tbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmuş, bu fakt qaz sayğaclarına baxış keçirilərkən aşkar olunmuş və aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Hazırda cavabdehin ümumi olaraq 1983 manat təşkil edir. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat İddiaçınə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin təşkilatın nümayəndəsi R.Feyzullayev 13.07.2021-ci il tarixdə məhkəmənin ünvanına elektron qaydada ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh Nəcəf oğluna qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh Nəcəf oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın direktorunun məhkəmənin ünvanına göndərdiyi ərizəni və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, mülki işin materiallarına əlavə olunmuş 27.04.2020-ci il tarixdə 03/1180 nömrəli müqavilənin surətindən məlum olur ki, həmin tarixdə İddiaçı ilə abonent Cavabdeh Nəcəf oğlu arasında “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” imzalanmış və tərəflər arazında imzalanmış müqaviləyə əsasən İddiaçı abonent Cavabdeh Nəcəf oğluna məxsus fərdi yaşayış evini təbii qazla təhciz etmiş və qeyd olunan ünvana İddiaçı Bakı X4 Departamenti tərəfindən **********00065 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.4-cü yarımbəndinə görə istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətindən məlum olur ki, Cavabdeh Nəcəf oğlunun təqsiri nəticəsində (qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunusz olaraq istifadə etməsi) müxtəlif tarixlərdə “akt tərtib edilərək Azəriqaz” İstehsalat Birliyinə 30.12.2019-cu il tarixli ******* nömrəli akt üzrə 885.60 manat, 30.01.2020-ci il tarixli ******* nömrəli akt üzrə 295.20 manat, 28.02.2020-ci il tarixli ******* nömrəli akt üzrə 295.20 manat, 30.03.2020-ci il tarixli ******* nömrəli akt üzrə 295.20 manat 16.04.2020-ci il tarixli ******* nömrəli akt üzrə 157.40 manat maddi zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli arayışların surətinə əsasən Şahbazov X1 şəhəri, Şəhriyar ev 13 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qaz paylacıyısı qanunsuz xətti dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin məzmununa görə zərər dedikdə.hüququ pozulmuş şəxsin pozuımuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),...başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə iş materiallarında olan sənədlərə mülki prosessual məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Qaz sayğacına özbaşına qoşulma nəticəsində qaz paylayıcısına dəymiş ziyan istehlakçı tərəfindən ödənilməli olduğundan məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Nəcəf oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh Nəcəf oğlundan 1983 (bir min doqquz yüz səksən üç) manat məbləğində pul alınaraq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən X3 28.09.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Nəcəf oğlundan alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Nəcəf oğluna qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Nəcəf oğlundan 1983 (bir min doqquz yüz səksən üç) manat məbləğində pul alınaraq İddiaçı Azərbaycan X2 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddiaçı tərəfindən X3 28.09.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Nəcəf oğlundan alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-86/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-86/2021
13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver