Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-867/2025 14.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, "Naz Lifan" markalı, 74-ТА-278 qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə və əldən çıxmış faydaya görə 3462 (üç min dörd yüz altmış iki) manat və iş üzrə ödəmiş olduğu 55 (əlli beş) manat dövlət rüsumun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı Şıxaəli oğlu "Naz Lifan" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərək taksi fəaliyyəti ilə məşğul olması üçün Cavabdeh vermişdir. 14 fevral 2025-ci il tarixdə Məmmədov X2 şəhəri, Əziz Əliyev küçəsi, Qonaq evindən X6 istiqamətində hərəkətdə olarkən X11 küçəsində həmin istiqamətdə hərəkətdə olan **-TA-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin vaxt X12 tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra maşını X13 idarəsinin cərimə meydançasına aparmışlar. Cavabdeh maşını idarə edən vaxtlarda bir neçə cəriməsi olduğu aşkar olunmuşdur. Buna görə də maşın 2 ay ərzində saxlancda qalmışdır. Daha sonra özü Rəşada həmin cəriməni və avtomobilin saxlancda saxlanıması üçün saxlanc xərclərinin ödəməsi üçün 255 manat pul vermişdir. Daha sonra maşını cərimə meydançasından çıxarıb evakuator ilə avtomobili təmir etdirmək üçün ustaya aparmışlar. Evakuator üçün 20 manat ödənişi də özü etmişdir. Qala sığortanın avtomobilə baxışı zamanı qiymətləndirmə aktı tərtib olunmuşdur. Həmin akta görə avtomobilə dəymiş zərərə görə xərcin 3970 manat olduğu müəyyən olunmuşdur. "Qala" Sığorta tərəfindən avtomobilin təmir olunmasına 1983 manat məbləğində pul ödənmiş, lakin qalan 1987 manat məbləğində pul ödənilmədiyindən o, avtomobili ustadan təhvil ala bilməmişdir. Cavabdeh həmin avtomobili 2024-cü ilin dekabr ayından başlayaraq 1 ayı 300 manatdan kirayə vermişdir. Ancaq avtomobil qəza törətdiyi ana kimi ona heç bir kirayə haqqı ödəməmişdir. Bundan başqa isə onun məsuliyyətsizliyi ucbatından baş vermiş yol nəqliyyat hadisəsinin baş verdiyi 14 fevral 2025-ci il tarixdəndir ki, avtomobilə vurulmuş zərərə görə ustada olduğuna görə 4 aydır ki, kirayə haqqını ala bilmir. Buna görə də 4 aylıq kirayə haqqı olan 1200 manat əldən çıxmış fayda olaraq itirmiş olur. Bütün bunlara görə Rəşad ona ödəməli olan 255 manat saxlanc pulunu, 20 manat evakuator pulunu, 1987 manat avtomobilin qalan xərcinin pulunu və 1200 manat cəmi bilikdə 3462 manat vurulmuş ziyan və əldən çıxmış faydaya görə pulu ödəməkdən boyun qaçırdığından məcburiyyət qarşısında qaldığından məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan tələbi tam təmin edilməlidir. Mülki iş üzrə təyin olunmuş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə baxış iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 iddiaçının iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq iddiaçının iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə təyin olunmuş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclaslarının keçirilməsini mümkün hesab etmişdir. 31 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində yazılanlara əlavəsi olmadığını, dəymiş zərəri cavabdehdən tələb etdiklərini, avtomobili müqaviləsiz qarşı tərəfə verdiklərini, ayda 300 manat ödəniş edilməklə şifahi şəkildə razılaşıldığını, 19 dekabr 2024-cü il tarixdə avtomobilin cavabdehə verildiyini, cavabdehin avtomobili fevrala qədər idarə etdiyini, özünün Türkiyədə olduğunu, işləri tam olaraq qardaşının bildiyini, razılaşmanı da onun etdiyini, avtomobilin özünün adına olduğunu, özü burada olmadığı üçün qardaşının onun adından razılaşmada iştirak etdiyini, razılaşmada özünün iştirak etmədiyini, Türkiyədən 2 aydır qayıtdığını, qəzanın 14 fevral 2025-ci il tarixdə olduğunu, ziyanın yarısını sığortanın ödədiyini, yarısının isə qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında qardaşı Türkiyədə olduğu üçün şifahi olaraq razılaşaraq avtomobili cavabdehə özünün verdiyini, cavabdehlə həmkəndli olduqlarını, taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobili ona kirayə verdiklərini, dəfələrlə razılığa gəlmək üçün cavabdehə müraciət etdiyini, hətta dəyən zərərin yarısını verməsini belə təklif etdiyini, lakin onlara dəyən zərər qarşılanmadığı üçün məhkəməyə müraciət etməli olduqlarını, 19 dekabr 2024-cü il tarixdə ayda 300 manat ödəniş edilməsi şərti ilə razılaşdıqlarını, yanvar ayı ödəniş etmədiyini, işə yeni başlamağını nəzərə alıb 2 ayın ödənişini birlikdə edər deyib problem çıxarmadıqlarını, iddia ərizəsində qeyd etdikləri 1200 manat məbləğində kirayə haqqının 600 manat hissəsinin cavabdehin ödəmədiyi dekabr və yanvar aylarının kirayə haqqı qismində, qalan 600 manatı isə əldən çıxmış fayda qismində tələb etdiklərini, qəzanın 14 fevral 2025-ci il tarixdə olduğunu, avtomobilin hal-hazırda özlərində olduğunu, təmir etdirdiklərini, 4 ay avtomobilin saxlancda olduğunu, iyun ayı oradan çıxara bildiklərini, dəfələrlə razılığa gəlmək üçün cavabdehə müraciət etdiyini, hətta dəyən zərərin yarısını verməsini belə təklif etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında 2024-cü ilin dekabr ayında taksi fəaliyyəti ilə məşğul olmaq üçün kirayə avtomobil götürdüyünü, ayda 300 manat ödəniş etməkdə şifahi olaraq razılaşdıqlarını, 15-20 gün işlədiyini, işləyə bilmədiyini qarşı tərəfə bildirib avtomobili qaytarmaq istədiyini, qarşı tərəfin isə “problem yoxdur, bir müddət işlət, pulu birlikdə verərsən” dediyini, ona hörmət etdiklərini, ancaq 14 fevral 2025-ci il tarixdə avtomobillə qəza keçirdiyini, ona azadlığın məhdudlaşdırılması cəzası verildiyi üçün gecə saat 11-də evdə olmalı olduğunu, həmin gün evə bunun üçün tələsdiyini, qəza baş verdiyini, ancaq özünün təqsirinə görə olmadığını, sığorta pul versin deyə aralarında razılaşma olduğunu, sığorta ilə bağlı ona SMS gəlmədiyi üçün də sığortadan ödəniş ala bilmədiyini, hal-hazırda özünə təyin edilən cəzanın müddətinin bitdiyini, lakin üzərində məhkumluq olduğu üçün aylardır işsiz olduğunu, ali təhsilli olduğunu, ancaq məhkumluğa görə işləyə bilmədiyini, çəkilib qıraqda durub “pulu vermirəm” demədiyini, sadəcə imkansızlığa görə pulu verə bilmədiyini, ortada qarşı tərəfə vurulan zərər olduğunu, həmin zərəri qarşılamağa razı olduğunu, dəyən zərərin yarısını ödəməyə razı olduğunu, qəza şəraitini törədənin qarşı tərəf olduğunu, buna görə də yarı pulu ödəməyə razı olduğunu, yanvar ayından ödəniş etmədiyini, avtomobilin qəza şəraitində olduğunu, avtomobildən istifadə edə bilmədiyi üçün də ödəniş edə bilmədiyini, hal-hazırda Şuşada işlədiyini, pulu ödəməyə çalışdığını, avtomobili idarə etdiyi 2 aylıq müddət üçün kirayə pulu verməyə razı olduğunu, ayda 150 manat olmaqla pulu ödəməyə razı olduğunu, 255 manat saxlanc pulu, 20 manat evakuator pulu və 1987 manat avtomobilin qalan xərcinin pulunu ödəməyə razı olduğunu, iddia tələbini qalan hissədə qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 03 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 328.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törədilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X13 QİTBŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Naz Lifan" markalı, 74-ТА-278 dövlət qeydiyyat nişanlı avtomobil Kəngərli rayon, Qarabağlar kəndində qeydiyyatda olan İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 7046/25 nömrəli qiymətləndirmə aktından görünür ki, "Naz Lifan" markalı, 74-ТА-278 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3970 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş 17 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HКpi-239/25 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, "Naz Lifan" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində "X10" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın Naxçıvan Şəhər Polis İdarəsinin X12 Bölməsinə göndərilməsi və "Naz Lifan" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində "X10" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-сü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın Naxçıvan Şəhər Polis İdarəsinin X12 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Məmmədov X2 Şəhər Polis İdarəsinə 14 fevral 2025-ci il tarixdə verdiyi izahatın surətindən görünür ki, Cavabdeh qeyd etmişdir ki, ““Naz Lifan" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edirəm. Taksi fəaliyyəti ilə məşğul oluram. 14 fevral 2025-ci il tarixdə qeyd etdiyim avtomobillə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, Qonaq evindən X6 istiqamətində hərəkətdə idim. Avtomobili birinci hərəkət zolağında 60 km/saat sürətlə idarə edirdim. Hərəkətdə olan zaman Diaqnostikadan qabaqda bir avtomobilin X11 küçəsindən Əziz Əliyev küçəsinə çıxdığını gördüm. İdarə etdiyim avtomobili birinci hərəkət zolağından ikinci hərəkət zolağına istiqamətləndirdim. Həmin yola çıxmaqda olan avtomobil hərəkətini dayandırmadan yolun hərəkət hissəsinə daxil oldu və həmin avtomobili sol orta hissəsindən vurdum. Hadisədən sonra idarəetməni itirərək əks istiqamətli hərəkət zolağında dayandım. Həmin vaxt mən avtomobildə tək idim. Digər avtomobilin sürücüsü hadisə nəticəsində xəsarət aldığına görə təcili tibbi yardım avtomobili ilə Naxçıvan MR Xəstəxanasına apardılar. Avtomobili birinci hərəkət zolağında 60 km/saat sürətlə idarə edirdim. Birinci hərəkət zolağında hərəkətdə olan zaman avtomobilin yolun hərəkət hissəsinə daxil olduğunu gördüyüm anda aramızda 50 metr məsafə olardı. Mən avtomobilin dayanıb yol verəcəyini fikirləşdim. Hər bir halda birinci hərəkət zolağından ikinci hərəkət zolağına keçdim. Avtomobilə çatmağıma 10 metr məsafə qala avtomobil hərəkət hissəsinə daxil olaraq ikinci hərəkət zolağına qədər gəldi və toqquşma baş verdi”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus "Naz Lifan" markalı, 74-ТА-278 dövlət qeydiyyat nişanlı avtomobilə 3970 (üç min doqquz yüz yetmiş) manat ziyan vurulması, həmin ziyanın 1983 (bir min doqquz yüz səksən üç) manat hissəsinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilməsi, qalan 1987 (bir min doqquz yüz səksən yeddi) manat pulu isə cavabdehin ödəməli olması, lakin ödəməməsi, həmçinin avtomobilin saxlancda saxlanıldığı müddət üçün 255 (iki yüz əlli beş) manat və avtomobilin saxlancdan çıxarılıb gətirilməsi üçün evakuator xidməti üçün 20 (iyirmi) manat məbləğində pulu da cavabdehin ödəməli olması, lakin ödəməməsi, cavabdehin özünün məhkəmədə verdiyi izahatı və iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan tam olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi 1987 (bir min doqquz yüz səksən yeddi) manat maddi zərər məbləğinin, avtomobilin saxlancda saxlanıldığı müddət üçün 255 (iki yüz əlli beş) manat və avtomobilin saxlancdan çıxarılıb gətirilməsi üçün evakuator xidməti üçün 20 (iyirmi) manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. İddiaçının digər tələbi olan "Naz Lifan" markalı, 74-ТА-278 dövlət qeydiyyat nişanlı avtomobilin 2 aylıq icarə haqqı olan 600 manat və avtomobil ustada qaldığı üçün əldən çıxmış fayda qismində 600 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İş materiallarından və tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarından görünür ki, tərəflər arasında şifahi icarə müqaviləsi bağlanmışdır. Belə ki, İddiaçı məxsus "Naz Lifan" markalı, 74-ТА-278 dövlət qeydiyyat nişanlı avtomobil 19 dekabr 2024-cü il tarixdə Cavabdeh aylıq 300 manat ödənilməsi qarşılığında icarəyə verilmiş, həmin avtomobil 14 fevral 2025-ci il tarixədək cavabdehin istifadəsində olmuş, həmin tarixdə baş vermiş yolnəqliyyat hadisəsindən sonra cavabdehin istifadəsində olmamışdır. Həm iddia ərizəsindən həm də tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarından görünür ki, cavabdeh tərəfindən avtomobil onun istifadəsində olduğu 2 ay müddət ərzində ödənilməli olan hər ay üçün 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində icarə haqqı ödənilməmişdir. Bu səbəbdən həmin pul da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilən iddia tələbinin qalan 600 manat hissəsinə münasibətdə isə məhkəmə belə hesab edir ki, iddiaçının nümayəndəsi həmin pulu əldən çıxmış fayda qismində cavabdehdən tələb etdiklərini bildirsə də, həqiqətən qeyd edilən məbləğdə pulun iddiaçının əldə edəcəyini, lakin cavabdehin təqsiri ucbatından əldə edə bilmədiyini, bu səbəbdən də həmin pulun cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı əsaslı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi əldən çıxmış fayda olan 600 (altı yüz) manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya verilməsinə dair hissədə əsaslı olmadığından rədd edilməlidir. Qeyd edilənləri ümumiləşdirərək yekunda məhkəmə belə qeyd edir ki, 2862 (iki min səkkiz yüz altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun 45.47 (qırx beş manat qırx yeddi qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -2862 (iki min səkkiz yüz altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun 45.47 (qırx beş manat qırx yeddi qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 2862 (iki min səkkiz yüz altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun 45.47 (qırx beş manat qırx yeddi qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-867/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-867/2025
14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver