Məhkəmə qərarları › İş №2(078)-874/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-874/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-874/2024 17.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı X1 Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində borc və ödənilmiş 32 manat dövlət rüsumu olmaqla ümumilikdə 1232 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4-cü maddəsinə əsasən aşağıdakı hallarda işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, tərəflər arasında borcla bağlı şifahi razılaşma olmuşdur. Buna görə də bu tələbə də kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Eyni zamanda iddiaçı X2 tərəfindən iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz Naxçıvan Şəhər Məhkəməsini əhatə etmir. Belə ki, qəbzdə xidmətin adı məhkəmələr, məhkəmənin adı isə Naxçıvan Şəhər Məhkəməsi qeyd olunmalı olduğu halda, Babək Rayon Məhkəməsi olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, iddiaçı X2 tərəfindən "xxxx" ASC Qazax filialına xx.xx.2024-ci il tarixdə 4758 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı X1 Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi icraata qəbul edilməsindən imtina olunsun. İddiaçı X2 tərəfindən "xxxx" ASC Qazax filialına xx.xx.2024-ci il tarixdə 4758 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar