Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-879/2021 23.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 328.29 (üç yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat əsas, 18.36 (on səkkiz manat otuz altı qəpik) manat faiz, cəmi 346.65 (üç yüz qırx altı manat altmış beş qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1100 (min yüz) manat məbləğində kredit verildiyini, bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 iyun 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlandığını, Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 21 may 2021-ci il tarixə əsas borcunun 328.29 (üç yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat, faiz borcunun 18.36 (on səkkiz manat otuz altı qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, eyni zamanda 10 iyun 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsi üzrə borcalanın pul məbləğinin ödənilməsini gecikdirdiyini və gecikdirmə nəticəsində banka zərər vurduğunu, bununla da cavabdeh Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetrirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurətinin yarandığını, hal-hazırda cavabdehin Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcunun 346.65 (üç yüz qırx altı manat altmış beş qəpik) manat təşkil etdiyini və bu borcun da cavabdeh tərəfindən ödənilməsinin təmin edilməli olduğunu, bunları nəzərə alaraq, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 328.29 (üç yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat əsas, 18.36 (on səkkiz manat otuz altı qəpik) manat faiz, cəmi 346.65 (üç yüz qırx altı manat altmış beş qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə (10 iyun 2021-ci il tarixədək) 1100 (min yüz) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 20% təşkil edir. Maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21 may 2021-ci il tarixə 328.29 (üç yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat əsas, 18.36 (on səkkiz manat otuz altı qəpik) manat faiz, cəmi 346.65 (üç yüz qırx altı manat altmış beş qəpik) manat borcu vardır. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu 10 iyul 2019-10 may 2021-ci il tarixləri aralığında 55.99 manat, 10 iyun 2021-ci il tarixdə isə 55.87 manat olmaqla, cəmi 1343.64 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 12 iyul 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 13 iyul 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 328.29 (üç yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat əsas borc və 18.36 (on səkkiz manat otuz altı qəpik) manat faiz borclu olmaqla, cəmi 346.65 (üç yüz qırx altı manat altmış beş qəpik) manat borc, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbinə dair hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə (10 iyun 2021-ci il tarixədək) 1100 (min yüz) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 20% təşkil edir. Maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21 may 2021-ci il tarixə 328.29 (üç yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat əsas, 18.36 (on səkkiz manat otuz altı qəpik) manat faiz, cəmi 346.65 (üç yüz qırx altı manat altmış beş qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 328.29 (üç yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat əsas borc və 18.36 (on səkkiz manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 346.65 (üç yüz qırx altı manat altmış beş qəpik) manat borc, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbinə dair hissədə rədd edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-879/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-879/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver