Məhkəmə qərarları › İş №2(078)-88/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-88/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-88/2023 21.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Əliyev X2 Əli Qasım oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(078)-413/2021 nömrəli məhkəmə qətnaməsi əsasında ödədiyi 3567.20 (üç min beş yüz altmış yeddi manat iyirmi qəpik) manat pulun, bank tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və icra məmurlarının xüsusi fonduna ödədiyi 251.80 (iki yüz əlli bir manat səksən qəpik) manat pulun, cəmi birlikdə 3849 (üç min səkkiz yüz qırx doqquz) manat pulun reqres qaydasında alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə "xxxx" ASC arasında 03 aprel 2019-cu il tarixli, İK0304/02 nömrəli kredit müqaviləsi bağlandığını, həmin müqavilə əsasında 24 ay müddətinə illik 17% olmaqla, 3000 (üç min) manat kredit verildiyini, eyni zamanda həmin tarixdə bankla onun arasında kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlandığını, lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyini, 2610.08 (iki min altı yüz on manat səkkiz qəpik) manat gecikdirilmiş əsas borcu ödəyə bilmədiyi üçün "xxxx" ASC-nin məhkəməyə borc tələbi ilə bağlı müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2021-ci İl tarixli, 2(078)-413/2021 nömrəli məhkəmə qətnaməsi ilə borclular Cavabdeh və ondan “Naxçıvanbank’’ ASC-nin xeyrinə 809.88 (səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2610.08 (iki min altı yüz on manat səkkiz qəpik) manat gecikdirilmiş əsas borc, 0.56 (əlli altı qəpik) manat faiz borcu, 146.68 (yüz qırx altı manat altmış səkkiz qəpik) manat əsas borc olmaqla, ümumilkidə 3567.20 (üç min beş yüz altmış yeddi manat iyirmi qəpik) manat borcun tutulması və borclulardan tutulacaq məbləğin ödənilməsi barədə qətnamə qəbul edildiyini, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq “İcra haqqında” Qanuna əsasən borc məbləğinin onun iş yerinə yönəldildiyini və məhkəmənin sözügedən qətnamədə qeyd olunmuş 3567.20 (üç min beş yüz altmış yeddi manat iyirmi qəpik) manat pul, bank tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və icra məmurlarının xüsusi fonduna 251.80 (iki yüz əlli bir manat səksən qəpik) manat pul ödədiyini, icra ödənişi dövründə və icra ödənişindən sonra dəfələrlə cavabdehdən məhkəmə qətnaməsinə əsasən ödədiyi pulun geri qaytarılmağını bildirsə də, pulunun geri qaytarılması ilə əlaqədar heç bir hərəkət etmədiyini, məcbur qalıb məsələnin həlli üçün məhkəməyə müraciət etdiyini, bunları nəzərə alaraq, Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(078)-413/2021 nömrəli məhkəmə qətnaməsi əsasında ödədiyi 3567.20 (üç min beş yüz altmış yeddi manat iyirmi qəpik) manat pulun, bank tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və icra məmurlarının xüsusi fonduna ödədiyi 251.80 (iki yüz əlli bir manat səksən qəpik) manat pulun, cəmi birlikdə 3849 (üç min səkkiz yüz qırx doqquz) manat pulun reqres qaydasında alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank), Cavabdeh (borcalan) və İddiaçı (zamin) arasında bağlanmış 03 aprel 2019-cu il tarixli, ZM0304/02 nömrəli Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən, zamin 03 aprel 2019-cu il tarixli, İK0304/02 nömrəli Kredit Müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür. Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2021-ci İl tarixli, 2(078)-413/2021 nömrəli məhkəmə qətnaməsinin surətinə əsasən, cavabdehlər Cavabdeh və İddiaçı birgə qaydada 03 aprel 2019-cu il tarixli, İK 0304/02 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 809.88 (səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2610.08 (iki min altı yüz on manat səkkiz qəpik) manat gecikdirilmiş əsas borc, 0.56 (əlli altı qəpik) manat faiz borcu, 146.68 (bir yüz qırx altı manat altmış səkkiz qəpik) manat əsas borc olmaqla, ümumilikdə 3567.20 (üç min beş yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində kredit borcunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 11 mart 2021-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsi tərəfindən verilmiş 169 nömrəli, 03 avqust 2022-ci il tarixli məktuba əsasən, İddiaçı aylıq əmək haqqından 1088 manat 68 qəpik tutularaq borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu köçürülmüşdür. İcra məmurlarının xüsusi fonduna 251 manat 80 qəpik köçürülmüş və İddiaçı tərəfindən 2478 manat 52 qəpik "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu köçürülmüşdür. "xxxx" ASC-yə 3567.20 manat köçürülmüşdür. Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsi tərəfindən verilmiş 63 nömrəli, 21 fevral 2023-cü il tarixli məktuba əsasən, İddiaçı aylıq əmək haqqından 1088 manat 68 qəpik tutularaq borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu köçürülmüşdür. İcra məmurlarının xüsusi fonduna 251 manat 80 qəpik köçürülmüş və İddiaçı tərəfindən 2478 manat 52 qəpik "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu köçürülmüşdür. "xxxx" ASC-yə 3567.20 manat köçürülmüşdür. 14 aprel 2022-ci il tarixli, 009 nömrəli qəbzə əsasən, müştəri Cavabdeh adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2478.52 manat məbləğində pul İddiaçı tərəfindən köçürülmüşdür. 26 may 2022-ci il tarixli, 4018 nömrəli qəbzə əsasən, Cavabdeh adından 30 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən geri qaytarılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 04 avqust 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 413/2021 nömrəli, 05 may 2021-ci İl tarixli icra sənədi icra olunduğundan icraata xitam verilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının izahatını, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 95-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hası şəraitdə yazılmasını göstərməyə borcludur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(078)-413/2021 nömrəli məhkəmə qətnaməsi əsasında ödənilmiş 3567.20 (üç min beş yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində pul, bank tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və icra məmurlarının xüsusi fonduna ödənilmiş 251.80 (iki yüz əlli bir manat səksən qəpik) manat məbləğində pul olmaqla, cəmi 3849 (üç min səkkiz yüz qırx doqquz) manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsi tərəfindən verilmiş 169 nömrəli, 03 avqust 2022-ci il tarixli məktuba əsasən, İddiaçı aylıq əmək haqqından 1088 manat 68 qəpik tutularaq borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu köçürülmüşdür. İcra məmurlarının xüsusi fonduna 251 manat 80 qəpik köçürülmüş və İddiaçı tərəfindən 2478 manat 52 qəpik "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcu köçürülmüşdür. "xxxx" ASC-yə 3567.20 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları– fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(078)-413/2021 nömrəli məhkəmə qətnaməsi əsasında ödənilmiş 3567.20 (üç min beş yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində pul, bank tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və icra məmurlarının xüsusi fonduna ödənilmiş 251.80 (iki yüz əlli bir manat səksən qəpik) manat məbləğində pul olmaqla, cəmi 3849 (üç min səkkiz yüz qırx doqquz) manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar