Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-882/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimiSəfərəliyeva Günlar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: "İddiaçı" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1031,72 (bir min otuz bir manat yetmiş iki qəpik) manat əsas borc, 97,06(doxsan yeddi manat altı qəpik) manat faiz borcu, 18,65 (on səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1147,43 manat (bir min yüz qırx yeddi manat qırx üç qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı” ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 22 faizlə 18 ay müddətinə 2200 (iki min iki yüz) manat kredit götürmüşdür. Cavabdeh banka kredit müqaviləsi üzrə 1031,72 (bir min otuz bir manat yetmiş iki qəpik) manat əsas borc, 97,06(doxsan yeddi manat altı qəpik) manat faiz borcu, 18,65 (on səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1147,43 manat (bir min yüz qırx yeddi manat qırx üç qəpik) borcu mövcuddur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1031,72 (bir min otuz bir manat yetmiş iki qəpik) manat əsas borc, 97,06(doxsan yeddi manat altı qəpik) manat faiz borcu, 18,65 (on səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1147,43 manat (bir min yüz qırx yeddi manat qırx üç qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 24-Y-1-0-553- 19 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh illik 22 %-lə 18 ay müddətinə 2200 (iki min iki yüz) manat kredit verilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx xxxxx 2019-cu il tarixli, 24-Y-1-0-553-19 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixə olan borcu 1031,72 (bir min otuz bir manat yetmiş iki qəpik) manat əsas borc, 97,06(doxsan yeddi manat altı qəpik) manat faiz borcu, 18,65 (on səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1147,43 manat (bir min yüz qırx yeddi manat qırx üç qəpik) təşkil etmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Şirinov X1 şəhəri, H.Vəzirov ev 24 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 1031,72 (bir min otuz bir manat yetmiş iki qəpik) manat əsas borc, 97,06(doxsan yeddi manat altı qəpik) manat faiz borcu, 18,65 (on səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1147,43 manat (bir min yüz qırx yeddi manat qırx üç qəpik) borc iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "İddiaçı" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökumət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından xx xxxxxxx 2020-cu il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli X2 Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 1031,72 (bir min otuz bir manat yetmiş iki qəpik) manat əsas borc, 97,06(doxsan yeddi manat altı qəpik) manat faiz borcu, 18,65 (on səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1147,43 manat (bir min yüz qırx yeddi manat qırx üç qəpik) məbləğində kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. "İddiaçı" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökumət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-882/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-882/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver