Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-89/2023 03.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pu ltələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21350 (iyirmi bir min üç yüz əlli) manat pulun və iddia qaldırmaq üçün ödədiyi 154 (yüz əlli dörd) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək,uzun müddətdir ki, fərdi sahibkar kimi Naxçıvan şəhərində yerləşən telefon mağazasında telefon satışı ilə məşğul olduğunu, əvvəllər ondan telefon aldığına görə uzun müddətdir tanıdığı Naxçıvan şəhər sakini Cavabdeh 2022-ci ilin təxminən may ayında ona yaxınlaşaraq “istilik sistemlərini (radiator) yuyub təmizləmək üçün ucuz qiymətə dərman satılır, əgər həmin dərmanları alsaq mən müştərilərimə yaxşı qiymətə sataram və xeyr götürərik”” dediyini,ona istilik sistemlərini yaxşı bildiyini bildirdiyini, hətta evlərə istilik sistemləri çəkməklə də məşğul olduğunu bildirdiyini,inanıb ona 480 manat pul verdiyini, həqiqətən də, Cavabdeh dərmanları alıb müştərilərinə satdığını, onun qoyduğu əsas pulu qaytardıqdan sonra yerdə qalan qazancı bərabər şəkildə böldüklərini və hər ikisinin də qazancdan razı qaldığını, qısa müddət sonra isə yaxınlaşıb “evlərə istilik sistemləri çəkmək istəyirəm, işlədəcəyim materialların maya dəyərini sən ödə, materialları alıb işləyək, sən qoyduğun maya dəyərini çıxdıqdan sonra qalan qazancını bərabər şəkildə bölərik, eyni dərman alverindəki kimi” dediyini, hətta onu iş danışdığı 5-6 evə də aparıb görəcəyi işləri göstərdiyini, onunla birlikdə başqa hansı qazanclar götürə biləcəyini müzakirə edib onu tam inandırdığını, əvvəlki dərman alverini və ondan qalan qazancı teztez misal çəkərək etibarını qazandığını, onun yalan vədlərinə aldanaraq razılaşdığını, bundan sonra Fərdinin bir neçə evlərdə istilik sistemlərinin xətlərini çəkməyə başladığını və ondan iş adı ilə və işin gedişatında müxtəlif bəhanələrlə21350 (iyirmi bir min üç yüz əlli) manat pul aldığını, danışıqlarına vəhesablamalarına görə bu ilin iyul ayının əvvəllərində işlərin görülüb qurtarmalı, əldə etdikləri qazancın aralarında bölünməli olduğunu, dəfələrlə işin nəticəsini və əldə etdikləri qazanc barəsində Cavabdeh soruşsa da, müxtəlif bəhanələrlə onu aldatdığını və onu aldadaraq ələ keçirdiyi 21350 (iyirmi bir min üç yüz əlli) manat pulunu qaytarmaqdan boyun qaçırdığını, təkidlə pulunu istəyəndən sonra 05 iyul 2022-ci il tarixdə yazılı şəkildə ona“borclu olduğu 21350 (iyirmi bir min üç yüz əlli) manat pulun 5260 manatını 10 iyul 2022-ci il tarixdə, qalanını isə hər ayın 5-i2000 manat olmaqla qaytaracaq” deyəiltizam verdiyini, lakin iltizamdan sonra da bu günədək ona bir manat da olsa, pul qaytarmadığını, hətta istilik sistemləri çəkmək üçün lazım olan materialları alacaqları “Beş qardaş” inşaat materiallarının satış mərkəzindən də Cavabdeh tərəfindən həmin obyektdən heç bir materialların alınmadığını və ödəniş edilmədiyini öyrəndiyini, səbəbini soruşduqda da müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmaqdan yayındığını, bu səbəbdən də, məhkəməyə müraciət etdiyini, Fərdinin yaxşı usta olduğunu, özünündə onunla birlikdə bəzi hallarda işlədiyini, tanıdığı şəxslərdən Elşən İsmayılovun və Elxan Əsgərovun da Fərdinin yanında işlədiklərini, onlara əmək haqqını da bəzi hallarda özünün ödədiyini, işləri tez bitirsinlər deyə Fərdini çox məşğul etməsinlər deyə digər şəxslərə olan az məbləğdə borcunu ödədiyini, hətta Fərdinin yoldaşının xəstəxanada əməliyyat pulu olan 900 manatı belə ödədiyini, Əmir adlı tanışına 5000 manat borclu olduğunu, həmin pulun kart sisteminə ödənilməsi olduğundan, Fərdiyə zəng edib çağırdığını, Fərdinin gəldiyini, borcunu izah edib pulunun olmadığından ona olan borcunu istədiyini, həmin vaxtı Fərdinin yaxın gündə qaytaracağını dediyini, Fərdiyə Əmirin pulu götürəcəyi günü bilsin ki, gəlib aparsın dediyini, Fərdinin həmin vaxt Əmirin, Elşənin yanında kağız götürüb pulu nə vaxt hansı qaydada qaytaracağını yazıb verdiyini, sonra dediyini etmədiyini, sonradan öyrəndiyinə görə Fərdinin ondan aldığı pulları dükanlara verdikdə olan borcuna çıxdıqlarını bildiyini, bir ayın içində Fərdinin onu aldatdığını, ona inandığını, bir çox işlər götürdüklərini, həttda dükan işini bəzi hallarda dayandırıb özünündə işlədiyini, ev sahiblərinin iş tələb etdiyi üçün Fərdini həmişə işləməyə məcbur etdiyini, Fərdinin ona istilik işinin ən çox havalar soyuyanda başladığını bildirdiyini, artıq rayonlara iş danışmağa getdiklərini, lakin Fərdinin yalançı olduğunu bilib işi dayandırdığını, iş getsin deyə işləyən fəhlələrin pulunu ödədiyini, valideyinlərini dəfələrlə dediyini, ona hələ sənin pulunu verməyib dediklərini, anasının bir dəfə Fərdiyə min manat ver kartlarımız gəlir pulunu verəcəyik dediyini, lakin vermədiklərini, bunları nəzərə alaraq, Cavabdeh 21350 (iyirmi bir min üç yüz əlli) manat pulun və iddia qaldırmaq üçün ödədiyi 154 (yüz əlli dörd) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X2 ifadəsində, Nurlanı 7 ildir tanıdığını, Fərdini uşaqlıqdan tanıdığını, Fərdi ilə ailəvi get-gəllərinin olduğunu, Fərdinin Nurlandan mobil telofon aldığını, pulunu ödəmək üçün gələndə ondan nə iş görməsini soruşduqda işinin zəif olduğunu, material üçün pul olmadığını dediyini, həmin vaxtı Nurlandan dərman alıb satması üçün pul alıb Fərdiyə verdiyini, sonra gətirib pulu qaytardığını, Nurlan Fərdini tanıdığı üçün razılaşıb istilik sistemi çəkmək istədiklərini, evlərə gedib iş danışıb material alıb işləməyə başladıqlarını, arada özünün işi zəif olduqda gedib onlarla fəhlə kimin işlədiyini, Nurlanın ona işlədikcə 50-100 manat verdiyini, görəcəkləri işə görə materialların pulunuNurlanın ödədiyini, Fərdinin həmişə işi olduğuna görə Nurlana minatdarlıq etdiyini, Nurlanın həmişə ona pul verdiyini, bir dəfə mala görə Fərdiyə 900 manat lazım olduğundan Nurlan olmadığından özünün verdiyini, sonra Fərdinin Türkiyə Respublikasına gedib oradan 3000 manat istədiyini, Nurlana göndərmə dediyini, Nurlanın isə eşitməyərək göndərdiyini, həmin vaxtı Fərdinin mala görə 6000-7000 manat xərclədiyindən ondan şübhələndiyini, bir müdətdən sonra Nurlanla Fərdinin işinin pozulmasını eşitdiyini, bir gün dükanda olduqları vaxtı borca görə söhbət yarandığını, Nurlanın tanıdıqları Əmir adlı şəxsə 5000 manat borcu olduğunu, Nurlanın Fərdiyə pulumu ver borcumu verim dediyini, Fərdinin qaytaracağını bildirdiyini, Nurlanında nə vaxt verəcəksən de Əmir müəllim bilsin dediyini, Fərdinin həmin vaxt bir kağız götürüb borcu qaytaracağı barədə nə vaxt nə qədər verəcəyini yazdığını, Nurlanın da Əmirə pullar qayıtdıqca verəcəyini dediyini, həmin vaxtı Fərdinin özünün kağız götürüb yazdığını, onu öhdəlik götürməyə məcbur edilmədiyini, sonra Fərdinin dükandan getdiyini, Fərdinin Nurlana təxminən 20000-21000 manat borclu olduğunu eşitdiyini, eşitdiyinə görə Fərdinin əvvəlcədən dükanlara borcu olduğundan Nurlanın verdiyi pulları mal almaq üçün verəndə keçmiş borca çıxdıqlarını, Fərdinin hərdən gəlib malların istilik radiyatorlarının qəlibdə olduğunu dediyindən şübhə yarandığını, Nurlanın gedib dükanla maraqlanada Fərdinin “Beş qardaşlar” adlanan kombi dükanına borcu olduğundan verilən pulların borca çıxıldığını bildiyini, bu səbəbdən Fərdinin borcunun yarandığını, özünün Fərdinin yanında 4-5 evdə işlədiyini, bir neçə evin istiliyini Fərdinin işləyib təhvil verdiyini, sonradan yalanlarının çıxdığını, Fərdi ilə Nurlanın iş birliyinin təxminən 2022-ci ilin yayından başladığını, Fərdinin çox insanlara borclu olduğunu eşitdiyini, Fərdinin izafi pul xərcləyən olduğunu, Fərdinin həmişə Nurlanın ona yaxşılığından danışıb ona heç vaxt xəyanət etməyəcəyini dediyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X5 ifadəsində, Nurlanı tanıdığını, Fərdinin yanında fəhlə işlədiyini, Fərdi ilə Nurlanın şərik işlədiklərini, Fərdinin işləmək üçün ev tapdığını, Nurlan isə malı almaq üçün pul verdiyini, fəhlə kimi onun əmək haqqını Nurlanın ödədiyini, sonra radiyatorlara görə Nurlanın pul ödədiyini, bir müddət radiotarlar gəlmədikdə Nurlan tez-tez soruşduğunu, Fərdinin hərdən bir söz dediyini, qəlibdə olduğunu, rəngləndiyini bəhanə etdiyini, sonra Fərdinin yalan danışdığının məlum olduğunu, Nurlanın mala verdiyi pulların dükanlara verilmədiyinin məlum olduğunu, borcuna verildiyinin bilindiyini, Nurlanın kombi alınması üçün ödədiyi pulların sonradan Fərdinin gedib kombi lazım olmadı deyib dükandan pulları geri aldığının məlum olduğunu, bu səbəbdən Nurlanla Fərdinin işinin pozulduğunu, Fərdinin Nurlandan ayrıldıqdan sonra yenə işlədiyini, ona Nurlanın pulunu qaytarıb-qaytarmadığını soruşduqda borcluyam qaytaracağını dediyini, Fərdinin Nurlana nə qədər borcunun olduğunu dəqiq bilmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş 05 iyul 2022-ci il tarixli iltizama əsasən, Cavabdeh iş gördüyü İddiaçı 21350 manat nağd şəkildə pul aldığını, o pulun 5260 manatını 10 iyul 2022-ci il tarixdə saat 5-də, geri qalanını hər ayın 5-i 2000 manat qaytaracağını bildirmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının izahatını, şahid ifadələrini,işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 95-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 21350 (iyirmi bir min üç yüz əlli) manat pul və 154 (yüz əlli dörd) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21504 (iyirmi bir min beş yüz dörd) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 05 iyul 2022-ci il tarixli iltizama əsasən, Cavabdeh iş gördüyü İddiaçı 21350 manat nağd şəkildə pul aldığını, o pulun 5260 manatını 10 iyul 2022-ci il tarixdə saat 5-də, geri qalanını hər ayın 5-i 2000 manat qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları– fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 21350 (iyirmi bir min üç yüz əlli) manat pul və 154 (yüz əlli dörd) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21504 (iyirmi bir min beş yüz dörd) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-89/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-89/2023
03.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver