Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-892/2024 11.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X4 xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün iki uşaq üçün cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 22 dekabr 2010-cu il tarixdə Babək rayon Qeydiyyat şöbəsində nikahı rəsmiləşdirmişlər. Birgə nikahlarından yetkinlik yaşına çatmamış 2 övladı- xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X17 doğulmuşdur. Nikah Naxçıvan Şəhər Məhkəməsi tərəfindən pozulmuş və Naxçıvan şəhər Nikah Evinin xx.xx.2018-ci il tarixli, 96 nömrəli nikahın pozulması haqqında şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Uşaqları isə hal-hazırda onunla birlikdə yaşayırlar. Əvvəllər alimentlə bağlı X5 müraciət etmiş və xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə cavabdeh uşaqları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat alimenti ödəməyə razılıq vermişdir. Övladları artıq böyüyür və onların maddi tələbatları da günü-gündən artır. X16 və Tağıyev Abbas orta məktəbdə oxuyurlar və xərcləri böyüdükcə artır, onların pulsuz verilən tədris vəsaitlərindən əlavə, mükəmməl orta təhsil almaq üçün tez-tez dəyişilən əlavə dərs ləvazimatları ilə təmin edə bilməyi üçün 200 (iki yüz) manat aliment kifayət etmir, həmçinin məktəbdən əlavə hazırlıq kurslarına gedirlər ki, bunların ona ödənilən 200 (iki yüz) manat alimentlə qarşılanması əvvəllər çətinliklə də olsa mümkün idisə, hazırda qeyri-mümkündür. Hazırda ona ödənilən aliment pulu ilə övladlarının qidalanma, təhsil, müalicə və s. xərclərini artıq qarşılamağı qeyri-mümkün hala gəlmişdir. Bir ana olaraq bu maddi tələbatları ödəməkdə çətinlik çəkir, cavabdeh isə bir ata olaraq öz övladlarının təminatı ilə maraqlanmır və onların heç bir xərclərinin ödənilməsində iştirak etmir. Buna görə də, məcbur olaraq alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edir. Övladlarının maddi tələbatlarını hazırda ona ödənilən 235 (iki yüz otuz beş) manat alimentlə qarşılaya bilmir. Buna görə də, aliment miqdarının artırılmasını istəyir. Ona görə də, cavabdehdən iki uşağı üçün ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq ona ödənilməsini istəyir. Cavabdehin yeganə övladları xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X13r. Cavabdehin hər iki uşağın ehtiyacını ödəmək üçün kifayət qədər qazancı vardır. 11 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, hal-hazırda tələbini dəqiqləşdirərək Cavabdeh 17 oktyabr 2010-cu il təvəllüdlü X8 və 16 mart 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(078)-892/2024 nömrəli qərardadı ilə, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh 17 oktyabr 2010-cu il təvəllüdlü X8 və 16 mart 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 2021-ci ildə mediasiya prosesində cavabdehin 200 manat ödəməsi ilə razılaşdıqlarını, uşaqlardan birinin 13, digərinin 12 yaşları olduğunu, 200 manatla uşaqların ehtiyaclarını qarşılaya bilmədiyini, hazırlıqlara getdiklərini, geyim, yemək xərcləri olduğunu, 2017-ci ildə məhkəmə qətnaməsi çıxdığını, həmin alimentdən 2019-cu ildə imtina etdiyini, sonra 2021-ci ildə mediasiyaya müraciət etdiyini, orada hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün ümumilikdə 200 manat aliment ödənilməsi barədə razılaşdıqlarını, həmin alimentin artırılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında hər zaman vaxtında alimenti ödədiyini, İİİ dərəcəli əlilliyinin olduğunu, ayda 150 manat müavinət aldığını, işsiz olduğunu, yenidən ailə həyatı qurduğunu, yoldaşının hamilə olduğunu, maddi imkanı olmadığını, ən çox 20 manat artıqdan aliment ödəyə biləcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında 22 dekabr 2010-cu il tarixdə Babək rayon İcra Hakimiyyəti Qoşadizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində nikah bağlanması, tərəflərin birgə nikahından 17 noyabr 2010-cu il təvəllüdlü X14 və 16 mart 2012-ci il təvəllüdlü X17 adlı övladlarının doğulması, Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(078)-386/2017 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulan uşaqların analarının yanında saxlanılmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(078)-386/2017 nömrəli qətnaməsindən iş üzrə tərəflərin 22 dekabr 2010-cu il tarixdə Babək rayon İcra Hakimiyyəti Qoşadizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində birgə nikaha daxil olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 27 sentyabr 2018-ci il tarixli, AZ-İ seriyalı, 175242 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflər arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 96 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2010-cu il tarixli, AZ-İİ seriyalı, 507120 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 17 noyabr 2010-cu il təvəllüdlü X14 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 oktyabr 2012-ci il tarixli, AZ-İİ seriyalı, 853136 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 16 mart 2012-ci il təvəllüdlü X17 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli, 2(078)-386/2017 nömrəli qətnaməsindən X15 ilə Cavabdeh arasında 22 dekabr 2010-cu il tarixdə Babək rayon İcra Hakimiyyəti Qoşadizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış 12 nömrəli nikahın pozulmasının, 17 noyabr 2010-cu il təvəllüdlü X8 və 16 mart 2012-ci il təvəllüdlü X10 anası X9 yanında saxlanılmasının, Cavabdeh 16 mart 2017-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, ümumilikdə 180 (bir yüz səksən) manat sabit məbləğdə alimentin tutularaq 17 noyabr 2010-cu il təvəllüdlü X8 və 16 mart 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün X9 xeyrinə ödənilməsinin qət edilməsi; -iş materiallarına əlavə olunmuş 23 oktyabr 2021-ci il tarixli barışıq sazişindən Cavabdeh X15 ilə birgə nikahdan 17 noyabr 2010-cu il tarixdə doğulmuş X8 və 16 mart 2012-ci il tarixdə doğulmuş X1 üçün X11 hər ay hər uşaq üçün 100 manat (cəmi 200 manat) məbləğində aliment ödəyəcəyini öhdəsinə götürməsi, aliment ödənişinin hər ayın 25-30 arası X2 hesabına köçürülməsi vasitəsilə ödənilməsi barədə razılığa gəlmələri aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 14 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-386/2017 nömrəli, 07 sentyabr 2017-ci il tarixli icra vərəqəsi üzrə tələbkar X15 14 yanvar 2019-cu il tarixli ərizə ilə müraciət edərək tələbindən könüllü olaraq imtina etdiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, AZ-İİ seriyalı, 514478 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 12 iyun 2023-cü il tarixdə Babək rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 75 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X12 X19 Şəhər Sektoru tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X12 X19 Şəhər Şöbəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 150 manat məbləğində sosial müavinət alır. İş materiallarına əlavə olunmuş Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X23 tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli, 1447 nömrəli tibbi arayışdan görünür ki, X3 16 həftə 1 günlük hamilədir. İşin məhkəmədə araşdırılması zamanı aşkarlanan hallardan və iddiaçının məhkəməyə təqdim etdiyi dəqiqləşdirmə ərizəsindən görünür ki, iş üzrə tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlansa da sonradan tərəflər həmin barışıq sazişinin şərtləri ilə razılaşmamışlar, iddiaçı alimentin artırılması üçün məhkəməyə müraciət etsə də onların arasındakı barışıq sazişinin şərtləri tərəfləri qane etmədiyindən iddiaçının tələbi alimentin artırılması qismində yox aliment tələbi kimi nəzərə alınmalıdır. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları 17 noyabr 2010-cu il təvəllüdlü X8 və 16 mart 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni hər ay 170 (yüz yetmiş) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi bir uşaq üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin qeyd olunan məbləğdə təyin edilməsinin qeyri-mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə 20 may 2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60.80 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -20 may 2024-cü il tarixdən hesablanmaqla, 17 noyabr 2010-cu il təvəllüdlü X8 və 16 mart 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilməli; -Cavabdeh 60.80 (altmış manat səksən qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -iddia qalan hissədə rədd edilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 20 may 2024-cü il tarixdən hesablanmaqla, 17 noyabr 2010-cu il təvəllüdlü X8 və 16 mart 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə iki uşağa görə 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 60.80 (altmış manat səksən qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-892/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-892/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver