Məhkəmə qərarları › İş №2(078)-9/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-9/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-9/2021 18.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Kredit Müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 46250 (qırx altı min iki yüz əlli) manat, xx xxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 15354.74 (on beş min üç yüz əlli dörd manat yetmiş dörd qəpik) manat, xx xxxxxx 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1102.32 (min yüz iki manat otuz iki qəpik) manat, cəmi 62707.06 (altmış iki min yeddi yüz yeddi manat altı qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarımasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, nəqliyyat problemi və məsafə uzaqlığı baxımından məhkəmə iclasında iştiraklarının mümkünsüz olduğunu, göstərilənləri nəzərə alaraq, borc tələbinə dair mülki işə iştirakları olmadan baxılmasını və iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxx 2016-cı il tarixli, 100-3500/F nömrəli Kredit Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən ona illik 10% dərəcəsi ilə 46250 (qırx altı min iki yüz əlli) manat məbləğində kredit verildiyini, Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozduğunu, nəticədə onun banka əsas borc üzrə 46250 (qırx altı min iki yüz əlli) manat, xx xxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 15354.74 (on beş min üç yüz əlli dörd manat yetmiş dörd qəpik) manat, xx xxxxxx 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1102.32 (min yüz iki manat otuz iki qəpik) manat, cəmi 62707.06 (altmış iki min yeddi yüz yeddi manat altı qəpik) manat məbləğində borcunun yarandığını, Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdeh olduğunu və banka dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan Kredit Müqaviləsinin şərtlərinin yerinə yetirilmədiyini və öhdəliklərin lazımınca icra edilmədiyini, kredit borcunun axırıncı dəfə xx xxxxxx 2017-ci il tarixdə 300 (üç yüz) manat məbləğində ödənildiyini, bunları nəzərə alaraq, Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 46250 (qırx altı min iki yüz əlli) manat, xx xxxxxx 2020-ci il tarixə faiz borcu üzrə 15354.74 (on beş min üç yüz əlli dörd manat yetmiş dörd qəpik) manat, xx xxxxxx 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 1102.32 (min yüz iki manat otuz iki qəpik) manat, cəmi 62707.06 (altmış iki min yeddi yüz yeddi manat altı qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarımasını хаhiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili qismində izahat verən Vəkil iddianı qismən qəbul etdiklərini, cavabdehin müqavilə bağlayaraq kredit götürdüyünü, maddi imkanı olmadığından ödəmələri apara bilmədiyindən müqavilə şərtlərinin pozulduğunu, cavabdehin 2250 manat ödəmə apardığını, qanuni qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 4.1, 5.3 və 7.1-ci bəndlərinə əsasən, bank bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana 46250 (qırx altı min iki yüz əlli) manat məbləğində kredit verir. Borcalan isə bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Kredit şəxsi istehlak məqsədləri üçün verilir. Kredit xx xxxx 2020-ci il tarixə qədər verilir. Borcalan bankdan bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 51 (əlli bir) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə illik 10%-lə faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Cərimə faizinin dərəcəsi müqavilənin 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabərdir. Kredit Müqaviləsinə əlavəyə (ödəniş cədvəli) əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə xx xxx 2016-xx xxxx 2020-ci il tarixləri aralığında hər ay 500.00 manat, xx xxxx 2020-ci il tarixdə isə 39505.13 manat olmaqla, cəmi 64505.13 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2020-ci il tarixə 46250 manat əsas kredit borcu, 15354.74 manat faiz borcu və 1102.32 manat cərimə borcu olmaqla, cəmi 62707.06 manat borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 197/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxxx 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx xxxxxx 2020-ci il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 45845.99 (qırx beş min səkkiz yüz qırx beş manat doxsan doqquz qəpik) manat, faiz borcu 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, iddiaçı təşkilat "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 45845.99 (qırx beş min səkkiz yüz qırx beş manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 61474.56 (altmış bir min dörd yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində borc və iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında xx xxxxx 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsi bağlanaraq Cavabdeh "İddiaçı" Açıq Səhmdar Cəmiyyətindən 46250 (qırx altı min iki yüz əlli) manat kredit götürmüş və həmin krediti faizləri ilə birlikdə (illik 10 faiz) xx xxx 2016-xx xxxx 2020-ci il tarixləri aralığında hər ay 500.00 manat, xx xxxx 2020-ci il tarixdə isə 39505.13 manat olmaqla, cəmi 64505.13 manat ödəməyi öhdəsinə götürmüşdür. X3 üzrə borcalan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Həmçinin Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 197/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxxx 2016-cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx xxxxxx 2020-ci il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 45845.99 (qırx beş min səkkiz yüz qırx beş manat doxsan doqquz qəpik) manat, faiz borcu 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Eyni zamanda Kredit Müqaviləsi üzrə öhdəliklər iş üzrə cavabdeh tərəfindən icra edilməməklə, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Kredit Müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmaqla, iş üzrə cavabdeh Kredit Müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2016cı il tarixli, 100-35000/F nömrəli Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 45845.99 (qırx beş min səkkiz yüz qırx beş manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 15628.57 (on beş min altı yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 61474.56 (altmış bir min dörd yüz yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində borc və iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar