Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-914/2020 17.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(078)-234/2017 nömrəli qətnaməsi ilə müəyyyən olunmuş aliment miqdarının dəyişdirilərək övladı xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit məbləğdə alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər xx xxxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahından xx xxxxxx 2015-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(078)-24/2017 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(078)-980/2015 nömrəli məhkəmə əmri ilə Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməsi əmr olunmuş, daha sonra Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(078)-365/2016 nömrəli qətnaməsi ilə aliment sabit məbləğdə ifadə olunaraq Cavabdeh həra ay 80 manat miqdarında aliment müəyyən edilmiş, sonradan İddiaçı alimentin məbləğinin atrırılması barədə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(078)-234/2017 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(078)-365/2016 nömrəli qətnaməsi əsasında müəyyən olunmuş alimentin artırılaraq hazırki qətnamə qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 110 (bir yüz on) manat sabit məbləğdə aliment tutularaq xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı ödəniməsi müəyyən edilmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, o, cavabdehlə xx xxxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahından xx xxxxxx 2015-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Aralarındakı nikah qeydinin cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(078)-24/2017 nömrəli qətnaməsi ilə pozulduğunu, boşanmadan sonra övladının onun yanında saxlanıldığını bildirən İddiaçı qeyd etmişdir ki, o, bir neçə dəfə alimentlə bağlı məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə 2017-ci ildə məhkəməyə müraciət edərək aliment miqdarının dəyişdirilərək 110 manat məbləğində müəyyən edildiyini, həmin vaxtdan üç il keçdiyini, övladının böyüdüyünü, təbii olaraq ehtiyaclarının da artdığını, cavabdehin ümumiyyətlə uşaqla maraqlanmadığını, ona alimentdən əlavə heç bir qayğı göstərmədiyini, cavabdehin yanacaq doldurma məntəqəsində kassir işlədiyini, lazım olarsa əlavə iş də görə biləcəyini bildirib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X4 nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən cavabdehin nümayəndəsi X4 verdiyi izahatında iddianı qəbul etmədiyini, oğlu-nümayəndəsi olduğu iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə Azpetrol MMC-nin Gənclik YDM-də kassir-operator işlədiyini v aylıq 425 manat əmək haqqı aldığını, əməkhaqqısı ilə həm aliment verdiyii, həm də ailəsini dolandırdığını, buna görə də tələb olunan alimenti ödəmək iqtidarında olmadığını, alimentin əmək haqqının ¼ hissəsi miqdarında tutulmalı olduğunu bildirdi və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, iddiaçı sonuncu dəfə 2017-ci il tariixdə məhkəməyə müraciət edərək müəyyən edilmiş aliment məbləğini artırmışdır. Məhkəmə 2017-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 136.6 manat məbləğində müəyyən edildiyini və həmin vaxt üçün 110 manat aliment tələbinin iddiaçının xeyrinə ödənilməsinin qət edildiyini, 2017-ci ildən 3 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istinsa olunmadığını və iddiaçının maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldiri. Məhkəmə bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən olunmasını, xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən 140 (bir yüz qırx) manat məbləğində alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair bidirdiyi hallarla bağlı konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(140-110)=360 təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-234/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesabansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-914/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-914/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver