Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-916/2024 27.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 (min beş yüz) manat pulun və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, o ev almaq üçün instaqramda elanlara baxmışdır. Ev alqı-satqısı ilə məşğul olan makler Cavabdeh instaqram səhifəsindən əlaqə nömrəsini görüb satışda olan evlə bağlı danışmaq istəmişdir. Onunla əlaqə saxlayıb danışdıqdan sonra qızı X3 ilə birlikdə həmin evə baxmağa getmişlər. Evə baxıb danışdıqdan sonra Cavabdeh ondan əvvəldən razılaşdıqları məbləğdən 1500 (min beş yüz) manat ilkin olaraq beh istəmişdir. O elə həmin vaxt ilkin beh olan 1500 (min beş yüz) manat pulu cavabdehə ödəmişdir. Cavabdeh ona evin sənədlərinin qaydasında olduğunu bildirmişdir. Bir həftə keçdikdən sonra o almaq istədiyi həmin fərdi yaşayış evinə yenidən baxmağa getmişdir. O həmin vaxt orada olarkən həmin fərdi yaşayış evinin ətrafında olan qonşular tərəfindən ona həmin fərdi yaşayış evinin sənədlərinin olmadığı onlara bildirilmişdir. O sonra Cavabdeh ilə əlaqə saxlayıb evin sənədləri ilə bağlı maraqlananda ona alqı-satqıya qədər evin sənədlərini özü qaydasına qoyacağını bildirmişdir. O isə etiraz etmiş və ödədiyi ilkin beh məbləği olan 1500 (min beş yüz) manatı cavabdehdən istəmişdir. Lakin Cavabdeh ona ödənilən ilkin behin geri qaytarıla bilməyəcəyini söyləmişdir. O bununla bağlı Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Naxçıvan şəhər Polis İdarəsinin 09 aprel 2024-cü il tarixli cavab məktubunda 02 aprel 2024-cü il tarixdə cavabdehin izahatının alındığı və 3 gün müddətində pulun qaytarılacağı bildirilmişdir. Onu Naxçıvan şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə çağırıb cavabdehin izahatının alındığı və ərizəsini geri götürməyini xahiş etmişlər. Lakin bu günədək həmin pul məbləği 1 aydan artıq olar ki, cavabdeh tərəfindən ona geri qaytarılmır, onun zənglərini açmır və pulu ödəməkdən boyun qaçırır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-916/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərardadı ilə X2 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. 27 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər Cavabdeh və X4 mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 15 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-916/2024 nömrəli mülki iş üzrə Cavabdeh tərəfindən borc məbləği ödənildiyi üçün iş üzrə iddiasından imtina etdiyini və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda, məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 3970 nömrəli qəbzlə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 3970 nömrəli qəbzlə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-916/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-916/2024
27.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver