Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-92/2022 28.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 15 noyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 170 (yüz yetmiş) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 200 (iki yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh 2020-ci ilin dekabr ayının əvvəlində 400 manata onunla razılaşıb ondan bir ədəd televizor almışdır ki, üstünədə pul qoyub satsın. Cavabdeh televizoru ondan aldıqdan sonra televizorun pulu olan 400 manatı qısa zamanda ona ödəyəcəyini öhdəsinə götürmüş, lakin üstündən xeyli müddət keçməsinə, habelə televizoru satmasına baxmayaraq Teymur onun ona verdiyi televizorun pulunu ona verməmişdir. Ondan və onun ailəsindən xeyli təkid və istəyindən sonra Teymur ona borclu olduğu 400 manat puldan 230 manat pulu gətirib ona verərək bildirmişdir ki, qalan 170 manat pulu ən qısa zamanda özünə qaytaracaqdır. Bundan sonra dəfələrlə Teymura ona borclu qaldığı 170 (yüz yetmiş) manat pul borcunu geri qaytarmasını ondan tələb etsə də cavabdeh bu günədək borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmamış və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır və pulunu ona verməsini istədikdə onu nalayiq sözlərlə təhqir edir, habelə şər və böhtanlar atır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 28 fevral 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırdığını, Cavabdeh ona 40 (qırx) manat ödədiyindən həmin hissədə iddiadan imtina etdiyini, qalan hissədə tələbinə baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(078)-92/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin 40 (qırx) manat hissəsindən imtinasının qəbul olunması, iddia tələbinin 40 (qırx) manat hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi, iddia tələbinə Cavabdeh 130 (yüz otuz) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh 2020-ci ilin dekabr ayının əvvəlində 400 manata onunla razılaşıb ondan bir ədəd televizor aldığını, üstünə pul qoyub satacağını, cavabdehin televizoru ondan aldıqdan sonra televizorun pulu olan 400 manatı qısa zamanda ona ödəyəcəyini öhdəsinə götürdüyünü, lakin üstündən xeyli müddət keçməsinə, habelə televizoru satmasına baxmayaraq Teymurun onun ona verdiyi televizorun pulunu ona vermədiyini, ondan və onun ailəsindən xeyli təkid və istəyindən sonra Teymurun ona borclu olduğu 400 manat puldan 230 manat pulu gətirib ona verərək, qalan 170 manat pulu ən qısa zamanda özünə qaytaracağını bildirdiyini, bundan sonra dəfələrlə Teymura ona borclu qaldığı 170 (yüz yetmiş) manat pul borcunu geri qaytarmasını ondan tələb etsə də cavabdehin bu günədək borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmadığını, hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdığını, pulunu ona verməsini istədikdə onu nalayiq sözlərlə təhqir etdiyini, habelə şər və böhtanlar atdığını, artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, cavabdeh tərəfindən məhkəməyə müraciət edildikdən sonra yəni 21 fevral tarixinə kimi ona olan borcunun 40 manatının ödənildiyini, cavabdehin ona 130 (bir yüz otuz) manat məbləğində borcu qaldığını bildirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 28 fevral 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 21 fevral 2022-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə İddiaçı ona qarşı pul tələbi barədə iddia qaldırdığını, iddianı qəbul etdiyini, tələbə dair etirazının olmadığını, 170 (yüz yetmiş) manat əsas borc, 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 200 (iki yüz) manat borcu olduğunu, 40 (qırx) manat ödəniş etdiyini, 130 (yüz otuz) manat borcu qaldığını, həmin borca dair etirazının olmadığını, 28.02.2022-ci il tarixədək 130 (yüz otuz) manat borcu ödəyəcəyini bildirib bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçının cavabdehlə aralarında olan şifahi razılaşması əsasında Cavabdeh satdığı televizor üçün yaranmış borcun qaytarılmasını tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halını cavabdehin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur və cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -130 (bir yüz otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 130 (bir yüz otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-92/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-92/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver