Məhkəmə qərarları › İş №2(078)-93/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-93/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-93/2024 09.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 800 (səkkiz yüz) manat dövlət rüsumunun, ümumilikdə 300000 (üç yüz min) ABŞ dollarının və 1400 (min dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 2014-cü il tarixdə öncədən tanıdığı və dostluq etdiyi Cavabdeh müxtəlif vaxtlarda borca pul verdiyini, Cavabdeh müxtəlif vaxtlarda borca verdiyi pulun ümumi məbləğinin 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində olduğunu, cavabdehin ondan borca aldığı pulu qısa vaxt ərzində özünə qaytaracağına söz verdiyini, bununla bağlı onunla cavabdeh arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 08 dekabr 2016-cı il tarixli Borcun etirafı haqqında Müqavilə imzalandığını, həmin müqavilənin 1.1-ci bəndinə əsasən ikinci tərəfin (bundan sonra borclu) bu müqavilə ilə birinci tərəfə (bundan sonra borcverən) 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etdiyini, həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borcverənə tam həcmdə qaytarmasını öhdəsinə götürdüyünü, müqaviləyə əsasən borclu müqavilə ilə etiraf etdiyi borcu 08 yanvar 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürsə də, 6 (altı) il keçməsinə baxmayaraq Cavabdeh ona borclu olduğu 331000 (üç yüz otuz bir min) ABŞ dolları puldan yalnız 31000 (otuz bir min) ABŞ dolları pulu qaytarıb özünə verdiyini, hazırda cavabdehin ona 300000 (üç yüz min) ABŞ dolları pul borclu olduğunu, dəfələrlə İbrahimin ona borclu qaldığı 300000 (üç yüz min) ABŞ dolları borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdehin bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmadığını və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdığını, artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, Cavabdeh ondan pulu biznes fəaliyyəti üçün aldığını, sonradan bildiyinə görə aldığı pulları digər şəxslərə olan borcuna verdiyini, münasibətləri olduğundan Cavabdeh ona yalvararaq məhkəməyə verməməsini istədiyini, məhkəməyə müraciət etdiyi halda ailəsinin dağılacağını bildirdiyini, bu səbəbdən illər ərzində məhkəməyə müraciət etmədiyini, daima Cavabdeh ona əlində sənədin var istənilən vaxt pulunu alacaqsan dediyi halda hazırda sənədin vaxtı keçib dediyini, məhkəməyə müraciət etməmişdən əvvəl notarius Ərəstun İmanova müraciət etdiyini, Ərəstunun ona həmin sənədin icra müddətinin 5 il olduğunu, həmin sənədin icraya yönəldilməsinin mümkün olduğunu, həmin sənədin hazırda qüvvədə olduğunu, həmin sənədi yuxarı instansiyalarda yoxlatdırdığını, ona məhkəməyə müraciət etməyi məsləhət gördüklərini, Cavabdeh verdiyi pulu inanıb dost tanışlardan götürüb verdiyini, Cavabdeh isə onu aldatdığını, bu illər ərzində çətinliklər çəkdiyini, banklardan faizi ilə pullar götürdüyünü, banklara faizi ilə pullar ödədiyini, hazırda küllü miqdarda borclu olduğunu, insanlıq və humanistlik edib Cavabdeh ailəsi dağılmasın deyə məhkəməyə müraciət etmədiyini, maddi mənəvi çətinliklər çəkib bu günədək gözlədiyini, Cavabdeh ona və ailəsinə qarşı haqsızlıq etdiyini, onunla yaxın olduğunu, ona həmişə yaxşı münasibət göstərdiyini, 2019-cu ildə Cavabdeh qardaşının ona 25000-30000 manat dəyərində bir ədəd avtomobil verdiyini, 2020-ci ildə Cavabdeh şəxsən ona 5000 manat verdiyini, 2021-ci ildə Cavabdeh qardaşı Ayxanın ona 20000 manat verdiyini, ədalətli insan olduğundan bu səbəbdən 331000 əvəzinə 300000 tələb yazdığını, çox çətinliklər çəkdiyini, torpağını avtomobilini satıb faizlər verdiyini, Cavabdeh bu günədək ona vədlər verdiyini, pulları götürdüyü şəxsləri Cavabdeh şəxsən tanıdığını, dəfələrlə ona kimlərə borclu olduqlarını xatırlatdığını, onun da bildiyini etiraf etdiyini, onunla aralarında səs yazılarının belə olduğunu, lakin onun üçün əsas sənədin notarial müqavilə olduğunu, Cavabdeh qardaşının məhkəmədən qabaq ona məhkəməyə müraciət etməməsi üçün 200000 təklif etdiyini, çünki 2015-ci ildən 2023-cü ilədək artıq əsəblərinin pozulduğunu gördüklərini, razı olduğunu bildirdikdə ev olduğunu ******* satacaqlarını bildirdiklərini, ona evin satılmasına köməklik təklif etdiklərini, əgər borcu yoxdursa ona nəyə görə bu təklifləri etdiyini, 4-5 ay əvvələ kimin sənədin vaxtının keçməsini demədiklərini, məhkəməyə müraciət etdikdən sonra sənədin vaxtının keçməsini dediklərini, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və iddia tələbinin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsinin çıxarılmalı olduğunu hesab etdiyini göstərərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil1 iddianı müdafiə etdiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində bu müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcək bəndinin qeyd olunduğunu, notarial qaydada sənədin mövcud olduğunu, bundan əlavə tərəflər arasında səs yazıları mövcud olduğunu, lakin həmin sübutlarda başqa söz-söhbət olduğundan iddiaçının təqdim etmək fikiri olmadığını, lakin cavabdeh tərəfin könüllü qaydada borcun etirafının mövcud olduğunu, 2019-cu ildə 25000 bir verildiyini, 2020-ci ildə 5000 bir verildiyini, 2021-ci ildə 20000 manat bir verildiyini, 3 dəfə borcdan verildiyini, notarial təsdiq olunmuş müqavilədə 331000 söhbət getdiyini, lakin iddia tələbində 300000 qeyd etdiklərini, cavabdeh tərəfindən ödəmələrin edilməsinin borcun etirafı olduğunu, Mülkü Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə habelə borclu şəxsin borcu etiraf edəcək hərəkətlər etdikdə iddia müddətinin axımının kəsilməsinin göstərildiyini, normaya görə iddia müddətinin axımının kəsildiyini, cavabdehin 2021-ci ildə 20000 pul ödədiyini, iddiaçının vicdanlı olduğunu, cavabdeh tərəfdən ödəmələri nəzərə alaraq tələbdə qeyd etmədiyini, həmin ödəmələrin olmasının iddia müddətinin keçməməsinə əsas verdiyini, notarial qaydada sənədin sübutları olduğunu, məhkəmənin müddət tətbiq etməməsini iş üzrə araşdırma aparıb ədalətli qərar verməsini hesab etdiklərini göstərərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil2 İddiaçı ilə Cavabdeh arasındakı borc müqaviləsinin 2016-cı ildə bağlandığını, 08 dekabr 2016-cı il tarixli Borcun etirafı haqqında Müqaviləyə əsasən, borclunun bu müqavilə ilə etiraf etdiyi borcu 08 yanvar 2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, mülki qanunvericiliyə əsasən, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlandığını, hazırki mübahisə üzrə şəxsin öz hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2017-ci ilin yanvar ayının 8dən 2023-cü ilin noyabr ayının 2-nə qədər olan dövr üçün tələbi üzrə üç illik iddia müddətinin kifayət qədər keçdiyini, iddiaçının müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini xeyli ötürdüyünü, müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsasların olmadığını, iddiaçı tərəfin cavabdeh tərəfindən ödəmələr edilməklə iddia müddətinin axımının dayanması ilə əlaqədar fikirlərinin sözdən ibarət olduğunu, məhkəməyə və cavabdeh tərəfə bu faktı təsdiq edən sübutlar təqdim etmədiklərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etdiyini, həmin məcəllənin 377.1-ci maddəsinə uyğun olaraq, iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar, “birinci, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır” qeyd edildiyini, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar” qeyd etdiyini, cavabdeh tərəf olaraq iddia müddətinin tətbiq olunması ilə əlaqədar məhkəmə hazırlıq mərhələsində müraciətlərini təqdim etdiklərini göstərərək İddiaçı Cavabdeh qarşı 300000 (üç yüz min) ABŞ dolları borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 600 (altı yüz) manatın və 800 (səkkiz yüz) manat dövlət rüsumunun, ümumilikdə 300000 ( üç yüz min) ABŞ dollarının və 1400 (min dörd yüz) manat pulun alınıb iddiaçının xeyrinə tutulmasına dair ərizədə iddia müddətinin keçməsini nəzərə alaraq iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2016-cı il tarixli Borcun etirafı haqqında Müqavilənin 1.1-ci bəndinə əsasən, ikinci tərəf (bundan sonra borclu) bu müqavilə ilə birinci tərəfə (bundan sonra borcverənə) 331000 (üç yüz otuz bir min) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu bu müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2017-ci il tarixdək borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına əsasən, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb tam yoxlayaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı müqavilənin bağlandığı 08 dekabr 2016-cı il tarixdən etibarən bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. İddiaçı tərəfindən iddia müddətinə əməl olunmaması, 3 il müddət ərzində iddia qaldırılmaması səbəbindən İddiaçı hüququnu itirməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 377.1-ci maddəsinə uyğun olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar qeyd etmişdir ki, birinci, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddət iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, cavabdehin vəkil və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etirazında iddia müddətinin keçməsini qeyd edərək iddiadan imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Bütün sadalanan halları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd olunmalır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödəmələr edilməsi, iddia müddətinin üzürlü səbəbdən ötürülməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar