Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-943/2020 14.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək,
1. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV və Sonorous Surefix asqı üçün 728 (yeddiyüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 218 (ikiyüz on səkkiz) manat dəbbə;
2. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51898 olan Samsung J2 markalı telefon üçün 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə;
3. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89927 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə;
4. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********11766 və **********27173 olan Samsung Galaxy A30 və Samsung Galaxy A50 markalı telefon üçün 1165 (bir min bir yüz altmış beş) manat ödənilməmiş hissə, 199 (bir yüz doxsan doqquz) manat dəbbə;
5. Ümumilikdə 2878 (iki min səkkiz yüz yetmiş səkkiz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2908 (iki min doqquz yüz səkkiz) manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV və Sonorous Surefix asqı, İMEİ kodu **********51898, **********13327, **********11766 və **********27173 olan Samsung J2, Samsung Galaxy J4 plus, Samsung Galaxy A30 və Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 2878 (iki min səkkiz yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1458 (min dörd yüz əlli səkkiz) manat (18 ay x 81 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV və Sonorous Sureflx asqı üçün ümumilikdə, 946 (doqquz yüz qırx altı) manat olmaqla ondan, 728 (yeddi yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 218 (iki yüz on səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********51898 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 253 (iki yüz əlli üç) manat olmaqla ondan, 199 (yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat (18 ay x 25 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********89927 olan Samsung Galaxy J4 plus markalı telefon üçün ümumilikdə, 315 (üç yüz on beş) manat olmaqla ondan, 248 (ikiyüz qırx səkkiz) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1421 (min dörd yüz iyirmi bir) manat (18 ay x 74 manat + 89 manat ilkin ödəniş) İMEİ kodu **********11766 və **********27173 olan Samsung Galaxy A30 və Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 1364 (min üç yüz altmış dörd) manat olmaqla ondan, 1165 (min yüz altmış beş) manat ödənilməmiş hissə, 199 (yüz doxsan doqquz) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi 1349 (bir min üç yüz qırx doqquz) manat ödəniş etdiyini qeyd edən iddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “xxxx” MMC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin təşkilat xx.xx.2020-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək iddia tələbini müdafiə etdiyini, xx.xx.2020-ci il tarixdə saat 10:30-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00518039 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Samsung LED 43NU7140UXRU KOD 0C2P3LDKB00364; Yeni qızıl zəmanət (TV) 2 il 123456786; Sonorous Surefix 142 (27”-65”) **********663. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model-Samsung LED 43NU7140UXRU KOD 0C2P3LDKB00364; Yeni qızıl zəmanət (TV) 2 il 123456786; Sonorous Surefix 142 (27”-65”) **********663 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00593659 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Samsung J2 2018 DS (J250) KOD **********51898 **********51896; Telefon quraşdırma xidməti (digər) 0. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Samsung J2 2018 DS (J250) KOD **********51898 **********51896; Telefon quraşdırma xidməti (digər) 0 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00607299 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Samsung Galaxy Jx xxxx 2018 DS (SM J-415) KOD **********13327 **********13325; Telefon quraşdırma xidməti (digər) 0. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model-Samsung Galaxy Jx xxxx 2018 DS (SM J-415) KOD **********13327 **********13325; Telefon quraşdırma xidməti (digər) 0 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00970606 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Samsung Galaxy A30 DS (SM-A305) 32GB İMEİ KOD **********11766 **********11764; Samsung Galaxy A50 DS (SM-A505) İMEİ KOD **********27173 **********27171; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model-Samsung Galaxy A30 DS (SM- A305) 32GB İMEİ KOD **********11766 **********11764; Samsung Galaxy A50 DS (SM- A505) İMEİ KOD **********27173 **********27171; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh iddiaçı təşkilata olan borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh həmin tarixə müqavilələr üzrə ümumilikdə 2878 (iki min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Əliyeva X1 şəhəri, Babək 22/2 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı cavabdehə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq hər iki müqavilə üzrə ümumilikdə 4958 (dörd min doqquz yüz əlli səkkiz) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV və Sonorous Surefix asqı üçün 728 (yeddiyüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 218 (ikiyüz on səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51898 olan Samsung J2 markalı telefon üçün 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89927 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********11766 və **********27173 olan Samsung Galaxy A30 və Samsung Galaxy A50 markalı telefon üçün 1165 (bir min bir yüz altmış beş) manat ödənilməmiş hissə, 199 (bir yüz doxsan doqquz) manat dəbbə borcu olmaqla ümumilikdə 2878 (iki min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV və Sonorous Surefix asqı üçün 728 (yeddiyüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 218 (ikiyüz on səkkiz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********51898 olan Samsung J2 markalı telefon üçün 199 (bir yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89927 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********11766 və **********27173 olan Samsung Galaxy A30 və Samsung Galaxy A50 markalı telefon üçün 1165 (bir min bir yüz altmış beş) manat ödənilməmiş hissə, 199 (bir yüz doxsan doqquz) manat dəbbə borcu olmaqla ümumilikdə 2878 (iki min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddiaçı “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva