Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-944/2020 16.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək,
1. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83133 olan Xiaomi Redmi 7 markalı telefon üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat dəbbə;
2. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP Pavilion kompyuter üçün 1995 (bir min doqquz yüz doxsan beş) manat ödənilməmiş hissə, 283 (iki yüz səksən üç) manat dəbbə;
3. Ümumilikdə 2697 (iki min altı yüz doxsan yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83133 olan Xiaomi Redmi 7 markalı telefon və HP Pavilion kompyuter almış və nəticədə 2697 (iki min altı yüz doxsan yeddi) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********83133 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə, 419 (dörd yüz on doqquz) manat olmaqla ondan, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2215 (iki min iki yüz on beş) manat (19 ay x 105 manat + 220 manat ilkin ödəniş) HP Pavilion kompyuter üçün ümumilikdə, 2278 (iki min iki yüz yetmiş səkkiz) manat olmaqla ondan, 1995 (bir min doqquz yüz doxsan beş) manat ödənilməmiş hissə, 283 (iki yüz səksən üç) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi 286 (iki yüz səksən altı) manat ödəniş etdiyini qeyd edən iddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “xxxx” MMC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin təşkilat xx.xx.2020-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək iddia tələbini müdafiə etdiyini, xx.xx.2020-ci il tarixdə saat 11:00-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında həqiqətən onunla iddiaçı təşkilat arasında xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə müqavilə bağlanmış, müqavilə üzrə bir sıra öhdəliklər müəyyən edilmiş və o, İMEİ kodu **********83133 olan Xiaomi Redmi 7 markalı telefon və HP Pavilion kompyuter almışdır. Maddi imkanı olmadığı üçün üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirə bilmədiyini, iddiaçı təşkilata cəmi 286 manat ödəniş etdiyini, borc öhdəliyini inkar etmədiyini, lakin Bakı şəhərində yaşadığı vaxt işlədiyini, ona görə borclarını ödədiyini, pandemiya ilə əlaqədar işin bağlandığını, məcburən Naxçıvana qayıtdıqlarını, burada heç bir iş tapa bilmədiyini, yoldaşının fəhləlik edib ancaq ərzağı qazandığını, üç uşağı ancaq saxladığını, işləyə bilmədiyi üçün borcu ödəyə bilmədiyini, işlədiyi vaxt borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00953467 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Xiaomi Redmi 7 3GB/32GB İMEİ KOD **********83133 **********83141; Telefon quraşdırma xidməti (digər) 0. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhvil-təslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Xiaomi Redmi 7 3GB/32GB İMEİ KOD **********83133 **********83141; Telefon quraşdırma xidməti (digər) 0 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 01100271 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- HP Pavilion 15-cs0056ur i7/8/nv2/1tb/free/slv KOD 5CD912CQ9L. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhvil-təslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- HP Pavilion 15-cs0056ur i7/8/nv2/1tb/free/slv KOD 5CD912CQ9L tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh iddiaçı təşkilata olan borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh həmin tarixə iki müqavilə üzrə ümumilikdə 2697 (iki min altı yüz doxsan yeddi) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83133 olan Xiaomi Redmi 7 markalı telefon üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP Pavilion kompyuter üçün 1995 (bir min doqquz yüz doxsan beş) manat ödənilməmiş hissə, 283 (iki yüz səksən üç) manat borcu olmaqla ümumilikdə 2697 (iki min altı yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********83133 olan Xiaomi Redmi 7 markalı telefon üçün 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HP Pavilion kompyuter üçün 1995 (bir min doqquz yüz doxsan beş) manat ödənilməmiş hissə, 283 (iki yüz səksən üç) manat dəbbə borcu olmaqla ümumilikdə 2697 (iki min altı yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddiaçı “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva