Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-944/2021 13.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyun 2019-cu il tarixli, SBNPU-2253 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASCnin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, SBNPU-2253 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə, 5000 (beş min) manat məbləğində cavabdehə kredit verildiyini, 12 iyun 2019cu il tarixli, SBNPU-2253 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, SBNPU-2253 saylı kredit müqaviləsinə görə cavabdehin kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 12-dən gec olmayaraq hər ay 254.48 (iki yüz əlli dörd manat qırx səkkiz qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlıvaxtında və lazımi qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 12 iyun 2019-cu il tarixli, SBNPU-2253 saylı kredit müqaviləsi üzrə borcunun məbləğinin əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat təşkil etdiyini, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 12 iyun 2019-cu il tarixli, SBNPU-2253 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat pul tutulmalı olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 12 iyun 2019-cu il tarixli, SBNPU-2253 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, SBNPU-2253 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcverən borcalana istehlak məqsədilə 5000 (beş min) AZN məbləğində kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan Kreditin Ödəniş Cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən, kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. Kreditə görə illik 20 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 21.58% təşkil edir. 27 aprel 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 20 aprel 2021-ci il tarixə əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində borcu vardır. Ödəniş cədvəlinə əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 12 iyul 2019- 12 may 2021-ci il tarixləri aralığında 254.49 AZN, 12 iyun 2021-ci il tarixdə isə 254.33 AZN olmaqla, cəmi 6107.60 AZN məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 04 avqust 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 04 avqust 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh 12 iyun 2019-cu il tarixli, SBNPU- 2253 nömrəli Kredit Müqaviləsinin şərtlərini pozmuşdur. 27 aprel 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 20 aprel 2021-ci il tarixə əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1441.58 (min dörd yüz qırx bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 103.65 (yüz üç manat altmış beş qəpik) manat, cəmi 1545.23 (min beş yüz qırx beş manat iyirmi üç qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-944/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-944/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver