Məhkəmə qərarları › İş №2(078)-95/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-95/2024

23.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-95/2024 23.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənеtdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3616 (üç min altı yüz on altı) manat pulun, 57 (əlli yeddi) manat dövlət rüsumunun, ümumilikdə 3673 (üç min altı yüz yetmiş üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh tərəfindən imzalanmış 13 fevral 2024-cü il tarixli notarial təsdiqli ərizə təqdim edildi. Ərizəyə əsasən: Naxçıvan Şəhər Məhkəməsində İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, borc pul məbləği olaraq tələb etdiyi 3613 (üç min altı yüz on altı) manatın, 57 (əlli yeddi) manat dövlət rüsumunun, ümumilikdə 3673 (üç min altı yüz yetmiş üç) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişi zamanı aşağıdakı şərtlərlə razılığı əldə etmişik. Xahiş edirik aşağıdakı şərtlərlə aramızda bağladığımız barışıq sazişini təsdiq edəsiniz. Cavabdeh iddia tələbində göstərilən 3673 (üç min altı yüz yetmiş üç) manat puldan 1973 (min doqquz yüz yetmiş üç) manat keçməklə, hazırda iddiaçının tələb etdiyi 1700 (min yeddi yüz) manat pulu 31 mart 2024-cü ildə birdəfəlik olmaqla, nağd yolla İddiaçı ödəməyi öhdəsinə götürür. İddiaçı məhkəmə baxışı iclasında ərizə yazaraq, Cavabdehla aralarında razılıq əldə etdiklərini, tələb etdiyi pul məbləğinin bir hissəsini cavabdehə güzəşt edərək istəmədiyini, cavabdehlə aralarında ona 1700 manat ödəyəcəyi barədə notarial qaydada müqavilə bağladıqlarını, həmin müqaviləni barışıq sazişi kimi qəbul edib iş üzrə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə bağlanmış barışıq sazişinin təsdiq edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 114.1 və 114.1.4-cü maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 03 noyabr 2023-cü il tarixli, 9765 nömrəli qəbzlə ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər mübahisə barəsində öz aralarında aşağıdakı şərtlər və öhdəliklərlə razılaşdılar: “Cavabdeh iddia tələbində göstərilən 3673 (üç min altı yüz yetmiş üç) manat puldan 1973 (min doqquz yüz yetmiş üç) manat keçməklə, hazırda iddiaçının tələb etdiyi 1700 (min yeddi yüz) manat pulu 31 mart 2024-cü ildə birdəfəlik olmaqla, nağd yolla İddiaçı ödəməyi öhdəsinə götürür” məzmununda barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 03 noyabr 2023-cü il tarixli, 9765 nömrəli qəbzlə ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad, ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar