Məhkəmə qərarları › İş №2(078)-961/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-961/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-961/2022 26.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsini icraata qəbul etməkdən imtina haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh naxçıvan şəhər sakini Cavabdeh 14422 (on dörd min dörd yüz iyirmi iki) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 135 (bir yüz otuz beş) manat olmaqla ümumilikdə 14957 (on dörd min doqquz yüz əlli yeddi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(078)-274/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ona görə də iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı cavabdeh Naxçıvan Təmir Tikinti MMC-nə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 16000 (on altı min) manat pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 16030 (on altı min otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(078)-274/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Naxçıvan Təmir Tikinti MMC-dən 14421.31 (on dörd min dörd yüz iyirmi bir manat otuz bir qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14451.31 (on dörd min dörd yüz əlli bir manat otuz bir qəpik) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə rədd olunması barədə qətnamə çıxarılmışdır. Həmin mülki iş üzrə mübahisənin əsasları ilə hazırki iddia ərizəsində göstərilən əsaslar eynidir. Məhkəmə qeyd edir ki, mövcud qətnamə üzrə eyni tələbə və eyni əsasa baxılmışdır. Yenidən iddiaçının şirkətdən deyil, onun direktorunu cavabdeh olaraq qeyd etməsi fərqli tərəf hesab edilərək işin icraata götürməsinə əsas verən hal hesab edilə bilməz. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı tərəfindən X1 filialına 16 avqust 2022-ci il tarixdə 28225 nömrəli qəbzlə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul etməkdən imtina edilsin. İddiaçı tərəfindən X1 filialına 16 avqust 2022-ci il tarixdə 28225 nömrəli qəbzlə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar