Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-965/2021 20.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 134 C ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 380.52 (üç yüz səksən manat əlli iki qəpik) manat məbləğində əsas borc və 204.42 (iki yüz dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 584.94 (beş yüz səksən dörd manat doxsan dörd qəpik) manat məbləğində borcun və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 17 yanvar 2020-ci il tarixli, 200804-837189/1 nömrəli istehlak krediti müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən borcluya 18 ay müddətinə illik 23% dərəcəsi ilə, 700 (yeddi yüz) manat məbləğində kredit verildiyini, borcalanın əsas öhdəliyini lazımınca icra etmədiyini və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozduğunu, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onun banka olan borcunu ödəmədiyini, 26 iyul 2021-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 380.52 (üç yüz səksən manat əlli iki qəpik) manat məbləğində əsas borc və 204.42 (iki yüz dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 584.94 (beş yüz səksən dörd manat doxsan dörd qəpik) manat məbləğində kredit borcunun yarandığını, borcalanın krediti vaxtında ödəmədiyini və nəticədə gecikdirilmiş kredit yarandığını, bunları nəzərə alaraq, Cavabdeh 380.52 (üç yüz səksən manat əlli iki qəpik) manat məbləğində əsas borc və 204.42 (iki yüz dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 584.94 (beş yüz səksən dörd manat doxsan dörd qəpik) manat borcun və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, 200804-837189/1 nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinin tələbinə əsasən, bank borcalana 700 (yeddi yüz) manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 23% dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Kredit 18 (on səkkiz) ay müddətinə verilir. Kredit şəxsi istehlak məqsədi üçün verilir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu 20 fevral 2020-20 iyun 2021-ci il tarixləri aralığında 46.44 AZN, 17 iyul 2021-ci il tarixdə isə 46.28 AZN ödəməyi öhdəsinə götürmüşdür. 26 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 26 iyul 2021-ci il tarixə 380.52 (üç yüz səksən manat əlli iki qəpik) manat məbləğində əsas borc və 204.42 (iki yüz dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 584.94 (beş yüz səksən dörd manat doxsan dörd qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 248 gün təşkil edir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 11 avqust 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 11 avqust 2021ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 380.52 (üç yüz səksən manat əlli iki qəpik) manat məbləğində əsas borc və 204.42 (iki yüz dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 584.94 (beş yüz səksən dörd manat doxsan dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 17 yanvar 2020-ci il tarixli, 200804-837189/1 nömrəli Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh aralarında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 380.52 (üç yüz səksən manat əlli iki qəpik) manat məbləğində əsas borc və 204.42 (iki yüz dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 584.94 (beş yüz səksən dörd manat doxsan dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-965/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-965/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver