Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-966/2020 10.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli Nisyə Alqı-satqı Müqaviləsinə əsasən 1220 manat gecikdirilmiş borcun, 50 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixdə İktech markalı su təmizləyici sisteminin alqı-satqısına dair Nisyə Alqı-satqı Müqaviləsi (Müqavilə) bağlandığını, həmin müqaviləyə əsasən İddiaçı MMC-nin ümumi dəyəri 1590 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdehin isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun malın dəyərini ödəməyi öhdəsinə götürdüyünü, cavabdehin üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozduğunu, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun öhdəliyində olan borclarını ödəməkdən yayındığını, hazırda onun əsas borc üzrə 1220 manat, cərimə üzrə 50 manat borcunun olduğunu, bunları nəzərə alaraq, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli Nisyə Alqı-satqı Müqaviləsinə əsasən 1220 manat gecikdirilmiş borcun, 50 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 392 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən, satıcı bu müqaviləyə Əlavə 1-də göstərilmiş əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə malın qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə alıcı satıcıya satılan mallara görə 1590 AZN ödəyəcəkdir. Müqavilə qiymətinə ƏDV daxildir. xx xxxxxxx 2020-ci il tarixli arayışa əsasən, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 392 nömrəli Müqavilə üzrə 1590 manat borc məbləğini 10 ay müddətində ödəməyi öhdəsinə götürmüş, 370 manat ödəniş etmiş, qalan borc məbləğini ödəməmiş, bununla da onun 1220 manat əsas borcu və 50 manat cərimə borcu yaranmışdır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə xx xxxxxx 2020ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 392 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən 1220 (min iki yüz iyirmi) manat gecikdirilmiş borc, 50 (əlli) manat cərimə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1300 (min üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 392 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən satıcı bu müqaviləyə Əlavə 1-də göstərilmiş əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə malın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxx 2020-ci il tarixli arayışa əsasən, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 392 nömrəli Müqavilə üzrə 1590 manat borc məbləğini 10 ay müddətində ödəməyi öhdəsinə götürmüş, 370 manat ödəniş etmiş, qalan borc məbləğini ödəməmiş, bununla da onun 1220 manat əsas borcu və 50 manat cərimə borcu yaranmışdır. Lakin cavabdeh Abbasov X1 qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə Müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 392 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən 1220 (min iki yüz iyirmi) manat gecikdirilmiş borc, 50 (əlli) manat cərimə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1300 (min üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-966/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-966/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver