Məhkəmə qərarları › İş №2(078)-970/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-970/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-970/2021 03.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat İddiaçı Cavabdeh qarşı Alqı-satqı Müqaviləsi üzrə yaranmış borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 1650.00 AZN əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 311.53 AZN pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçınə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, üzrlü səbəblərdən məhkəmə prosesində iştiraklarının mümkünsüz olduğunu, mövcud pandemiya səbəbindən təyyarə biletlərinin alınmasında bir sıra çətinliklər yarandığını, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X3” MMC) arasında şifahi formada bağlanmış inşaat materiallarının Alqı-satqı Müqaviləsinə əsasən müəssisənin istehsal etdiyi malları satıcıya satmağı, alıcının isə onu qəbul edib razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflərindən üzərlərinə götürdükləri öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirmədiyini, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəmədiyini və nəticədə 1650.00 (min altı yüz əlli) AZN məbləğində icra olunmamış borc öhdəliyinin qaldığını, tərəflər arasında alqısatqı yekunlaşdıqdan sonra 27 sentyabr 2017-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 1850.00 AZN borcunun olduğunu təsdiq etdiyini, növbəti dəfə, yəni 11 oktyabr 2018-ci il tarixdə imzalanmış növbəti üzləşdirmə aktına əsasən cavabdehin 1850.00 manat qalıq borcunu yenidən təsdiq etdiyini və 200 manat ödəniş edərək 1650.00 manat qalıq borcunun qaldığını, məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edildiyini, həmçinin, 03 iyun 2021-ci il tarixdə tərəflərindən cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmadığını, tərəflərindən üzərlərinə götürdükləri öhdəliklər tamamilə icra olunsa da, cavabdehin öz öhdəliklərini bu günə kimi yerinə yetirmədiyini, hər dəfə borcu ödəməkdən yayınmağa çalışdığını, bunun da iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələndiyini, cavabdehin müəssisənin tikinti materiallarından yararlanaraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla, müəssisənin pul vəsaitindən faydalandığını, bunları nəzərə alaraq, Cavabdeh yaranmış 1650.00 AZN əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 311.53 AZN pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: 10 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ilə İddiaçı MMC arasında inşaat materiallarının alqı-satqısı həyat keçirilmiş və cavabdehin müəssisəyə 1650.00 AZN məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Təqdim edilmiş ilk üzləşdirmə aktının 27 sentyabr 2017-ci il tarixdə tərtib edildiyini və qalıq borcun 1650.00 AZN təşkil etdiyini nəzərə alaraq əldən çıxmış faydaya görə borc məbləğinin miqdarı: 1 il üçün 5%-i- 82.5 AZN; 1 ay üçün 5%-i- 6.87 AZN; 1 gün üçün 5%-i- 0.22 AZN təşkil edir. Qeyd olunanlara əsasən, 27 sentyabr 2017-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 311.53 AZN təşkil edir. Üzləşdirmə aktına əsasən, Cavabdeh 27 sentyabr 2017-ci il tarixə “X3” MMC-yə qalıq borcu 1850 AZN təşkil edir. Üzləşdirmə aktına əsasən, Cavabdeh 11 oktyabr 2018-ci il tarixə İddiaçı MMC-yə qalıq borcu 1650 AZN təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanılmış, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1650 (min altı yüz əlli) manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 311.53 (üç yüz on bir manat əlli üç qəpik) manat pul məbləği və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1991.53 (min doqquz yüz doxsan bir manat əlli üç qəpik) manat məbləğində pul iddiaçı təşkilat İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, üzləşdirmə aktına əsasən, Cavabdeh 11 oktyabr 2018-ci il tarixə İddiaçı MMC-yə qalıq borcu 1650 AZN təşkil edir. 10 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh ilə İddiaçı MMC arasında inşaat materiallarının alqı-satqısı həyat keçirilmiş və cavabdehin müəssisəyə 1650.00 AZN məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. 27 sentyabr 2017-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 311.53 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1650 (min altı yüz əlli) manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 311.53 (üç yüz on bir manat əlli üç qəpik) manat pul məbləği və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1991.53 (min doqquz yüz doxsan bir manat əlli üç qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar