Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-975/2020 24.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə xx xxxxxxxx 2019-cu il tarixli, GTGK1458715A115 saylı kredit müqaviləsinə əsasən 4250.29 AZN əsas, 967.83 AZN faiz, cəmi 5218.12 AZN məbləğində borcun, xx xxxxxxxx 2019-cu il tarixli, BRED1458717A115 saylı kredit xətti müqaviləsinə əsasən 299.88 AZN əsas, 87.20 AZN faiz, cəmi 387.08 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan şəhər 100 nömrəli Hərbi hissənin xx xxxxxx 2020-ci il tarixli, 3830 nömrəli məktubuna əsasən, kapitan Cavabdeh törətdiyi cinayət əməlinə görə 3 (üç) il 7 (yeddi) ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün Müdafiə nazirinin xx xxxx 2020-ci il tarixli, 0454 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin 2/194 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən, məhkum Cavabdeh xx xxxx 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində qeydiyyata alınmışdır. Hal-hazırda müəssisədə cəza çəkir. Göründüyü kimi, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Ona görə də, iddiaçı təşkilat "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi qanunverici, mülki işlərin ərazi aidiyyəti baxımından “rəsmi qeydiyyat” anlayışını əsas götürmüşdür ki, bu da qanunvericinin məhkəmələrin ərazi aidiyyəti ilə bağlı məsələlərdə pərakəndəliyin və müxtəlif növlü qərarlar qəbul edilməsi ehtimalının qarşısını almaq məqsədini ortaya qoyur. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X2rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-975/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-975/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver