Məhkəmə qərarları › İş №2(078)-983/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-983/2020

25.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-983/2020 25.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Bağırova (Dikova) Türkanə Təvəkkül qızının və Cavabdeh iştirakı ilə iddiaçı Bağırova (Dikova) Türkanə Təvəkkül qızının Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : Bağırova (Dikova) X3 Şulan Oqtay oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulacaq olan 76 manat alimentin miqdarının 300 manatadək artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bağırova (Dikova) Türkanə Təvəkkül qızı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh qarşı Naxçıvan Şəhər Məhkəməsində nikah qeydinin pozulması və aliment tələbinə dair iddia qaldırdığını, həmin iddiası üzrə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən (hakim X2) 2(078)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnamə çıxarıldığını, həmin qətnaməyə əsasən Cavabdeh ilə birgə nikahlarından olan qızı xx xxxx 2016-cı il təvəllüdlü X5 onun yanında saxlanılmaqla hər aya X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsinin qət edildiyini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-429/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulacaq olan 76 manat alimentin miqdarının 300 manatadək artırılmalı olduğunu, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən təyin edilən 76 manat aliment məbləğinin indiki dövrdə bir uşağın ay ərzində saxlanılması üçün tələbatını ödəmədiyini, müəllimə işləsə də, ata evində qaldığını və ailənin yükünün də onun üzərində olduğunu, 1 balasını saxlamaq üçün hər bir əziyyətə qatlaşıb işlədiyini, amma Cavabdeh 76 manat alimenti ödəməklə atalıq borcunu ödəmiş sayıldığını, bu məbləğin 1 övladın hər hansı kurs xərclərini belə qarşılamadığını, dövlət tərəfindən respublika vətəndaşlarına, xüsusilə də, uşaqlara böyük diqqət, qayğı göstərildiyini və bu səbəbdən də yaşayış minimumunun hər il artırıldığını, ona görə də, övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 300 (üç yüz) manat aliment tələb etdiyini, bunları nəzərə alaraq, övladı xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulacaq olan 76 manat alimentin miqdarının 300 manatadək artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən Bağırova (Dikova) Türkanə Təvəkkül qızı iddianı müdafiə edərək, cavabdehlə ayrıldıqlarını, atası evində yaşadığını, uşağının onunla qaldığını, cavabdehin 76 manat aliment ödədiyini, bu məbləğin uşağın tələbatlarını ödəmədiyini, özünün də işlədiyini, ancaq uşağı saxlamaqda çətinlik çəkdiyini, iddia ərizəsində 300 manatadək aliment istədiyini göstərdiyini, qarşı tərəflə razılaşdıqlarını, cavabdehin 170 manat aliment ödəməsinə razı olduğunu, özünün də həmin məbləğlə razı olduğunu, müvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul edərək, keçmiş həyat yoldaşı İddiaçı ona qarşı məhkəmədə aliment tələbi ilə iddia qaldırdığını, hal-hazırda övladının saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat pul ödəməyə etirazının olmadığını bildirdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-429/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Naxçıvan şəhər Nikah Evində xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış 449 nömrəli nikah pozulmuş, boşanmadan sonra xx xxxx 2016-cı il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılmış və Cavabdeh xx xxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. AZ-İİİ seriyalı, 534342 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, iş üzrə tərəflərin xx xxxx 2016-cı il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" xx xxxx 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilməklə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Ona görə də, dəyişdirilən aliment məbləği sabit məbləğdə müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-429/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutularaq, anası Bağırova (Dikova) Türkanə Təvəkkül qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da tam təmin edildiyinə görə, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət e t d i:

İddia təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(078)-429/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, xx xxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat miqdarında aliment tutularaq, anası Bağırova (Dikova) Türkanə Təvəkkül qızına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar