Məhkəmə qərarları › İş №2(078)-984/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-984/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-984/2023 26.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş kredit borcuna görə 417 (dörd yüz on yeddi) manat, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 6 ay üzrə 388.02 (üç yüz səksən səkkiz manat iki qəpik) manat, 280 (iki yüz səksən) manat vəkil xərci, 20 (iyirmi) manat marka pulu və 32 (otuz iki) manat dövlət rüsumu olmaqla ümumilikdə 1137.02 (bir min bir yüz otuz yeddi manat iki qəpik) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə və vəkil vasitəsilə təmsil edilmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi iş üzrə iddiaçı Bayramov X1 şəhəri, “Gənclik” adlanan ticarət mərkəzində məişət avadanlığı mağazası işlədirdi. Onunla ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında bağlanmış 23 iyun 2022-ci il tarixli, 12377 nömrəli kredit müqaviləsi ilə 776 (yeddi yüz yetmiş altı) manat dəyərində bir ədəd paltaryuyan Cavabdeh kreditə verilmişdir. Kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdehin öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış 12377 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 776 (yeddi yüz yetmiş altı) manat, ilkin ödəniş məbləği 65 (altmış beş) manat, kreditin qalıq məbləği 711 (yeddi yüz on bir) manat olmaqla 11 (on bir) ay müddətində aylıq 64.67 (altmış dörd manat altmış yeddi qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə iddiaçıya kredit borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh 12377 nömrəli kredit müqaviləsinə üzrə ilk vaxtlar kredit borcunu ödəyərək İddiaçı ilkin ödəniş daxil olmaqla 776 (yeddi yüz yetmiş altı) manat kredit borcundan cəmi 359 (üç yüz əlli doqquz) manat borcunu qaytarmamışdır. Lakin cavabdeh kredit borcundan qalmış 417 (dörd yüz on yeddi) manat pulu 2022-ci ilin dekabr ayından bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdehə bir neçə dəfə iddiaçıya borclu qaldığı pulun qaytarmasını bildirsədə və bu barədə ona yazılı ərizə göndərilsə də cavabdeh hər dəfəsində müxtəlif bəhanələrlə iddiaçıya ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Artıq bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edərək bildirirəm ki, cavabdeh ilə bağlanılmış 12377 nömrəli kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən iddiaçı ilə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün malın ödənilməmiş qalmış dəyərinin 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin iddiaçıya 23 iyun 2022-ci il tarixli, 12377 nömrəli kredit müqaviləsi üzrə 6 (altı) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 10 (on) faiz olmaqla, ödənilməmiş 6 ay üzrə 388.02 (üç yüz səksən səkkiz manat iki qəpik) manat borcu var. Vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli, 12377 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh 776 (yeddi yüz yetmiş altı) manat dəyərində bir ədəd paltaryuyan almışdır. Kredit müqaviləsi üzrə tərəflərin imzası ilə imzalanaraq bağlanmış 12377 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 776 (yeddi yüz yetmiş altı) manat bir ədəd paltaryuyan maşın, ilkin ödəniş məbləği 65 (altmış beş) manat, kreditin qalıq məbləği 711 (yeddi yüz on bir) manat olmaqla 11 (on bir) ay müddətində aylıq 64.67 (altmış dörd manat altmış yeddi qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə iddiaçıya qaytaracağını öhdəsinə götürülməklə müqavilə bağlanmışdır. Cavabdeh 12377 nömrəli kredit müqaviləsinə üzrə ilk vaxtlar kredit borcunu ödəyərək İddiaçı ilkin ödəniş daxil olmaqla 776 (yeddi yüz yetmiş altı) manat kredit borcundan cəmi 359 (üç yüz əlli doqquz) manat borcunu qaytarmışdır. Cavabdeh kredit borcundan qalmış 417 (dörd yüz on yeddi) manat pulu 2022-ci ilin dekabr ayından bu günədək iddiaçıya qaytarmamışdır. Müqavilə şərtlərində gecikdirilmiş hər ay üçün qalan malın dəyərinin 10% miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə borcun qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, müqavilədə müəyyən edilmiş paltaryuyan maşını iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 23 iyun 2022-ci il tarixli, 12377 nömrəli alqı-satqı müqaviləsi üzrə 417 (dörd yüz on yeddi) manat əsas borc, hər ay üçün əsas borca hesablanan gecikdirilmiş 6 ay üçün hesablanmış 388.02 (üç yüz səksən səkkiz manat iki qəpik) manat cərimə olmaqla ümumilikdə 805.02 (səkkiz yüz beş manat iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə məhkəmə məsrəfi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən vəkilə hüquqi yardım üçün xx.xx.2023-cü il tarixli 04/322 nömrəli müqavilə əsasında ödənilmiş 280 (iki yüz səksən) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Eyni zamanda 20 (iyirmi) manat marka xərci Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023cü il tarixli 19587 nömrəli qəbzlə ödənilmiş ödənilmiş 30 (otuz) manat və xx.xx.2023-cü il tarixli 15273 nömrəli qəbzlə ödənilmiş 2(iki) manat olmaqla ümumilikdə 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 417 (dörd yüz on yeddi) manat əsas borc, 388.02 (üç yüz səksən səkkiz manat iki qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 805.02 (səkkiz yüz beş manat iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 19587 nömrəli qəbzlə ödənilmiş ödənilmiş 30 (otuz) manat və xx.xx.2023-cü il tarixli 15273 nömrəli qəbzlə ödənilmiş 2(iki) manat olmaqla ümumilikdə 32 (otuz iki) dövlət rüsumu, vəkilə hüquqi yardım üçün ödənilmiş 280 (iki yüz səksən) manat xidmət haqqı və 20 (iyirmi) manat marka xərci Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar