Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-986/2020 05.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(078)-273/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit məbləğdə hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat ilmaqla ümumilikdə 340 (üç yüz qırx) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə əməl olunmadan verilmişdir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizənin forma və məzmununa düzgün riayət olunmayaraq iddia ərizəsində Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(078)-273/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsini xahiş etsə də, sözügedən qətnamənin surəti iddia ərizəsinə əlavə edilməmişdir. Hazırki tələb üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(078)-273/2014 nömrəli qətnaməsinin iddia ərizəsinə əlavə edilməsi zəruridir. Belə ki, qətnaməyə uyğun olaraq tələbin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsi müzakirə edilməlidir. Eyni zamanda İddiaçı iddia ərizəsinə cavabdehin sayına görə iddia ərizəsinin surətini əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.1-ci maddələrinin tələbinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Sədrlik edən Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-986/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-986/2020
05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver