Məhkəmə qərarları › İş №2(079)-111/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-111/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-111/2025 11.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 26 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2385 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə bir yerdə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdik. 2022-ci ilin yanvar ayının ortalarında cavabdeh məndən həyat yoldaşının müalicə xərclərinin qarşılanması üçün borc pul istədi. Cavabdehə kredit götürmək üçün arayış verilmədiyindən mənim adımdan götürməyə qərara gəldik. Lakin mənim adıma bankda 6000 (altı min) manat kredit var idi. Mən krediti yeniləyib 6500 manat ümumi olaraq 11500 (on bir min beş yüz) manat məbləğində kredit götürdüm. Həmin pulu bölərək yarısını cavabdehə, digər yarısını isə həmin kredit müqaviləsi üzrə zamin olan X3 verdim. Kredit ödənişlərini ödəməyə başladığımız müddətdən 3 ay ödədikdən sonra 5 gün müddətində həbs olundu. Həbsdən çıxdıqdan sonra ailə vəziyyətinə görə krediti ödəyə bilmədi. 7 ay kredit müqaviləsi üzrə ödənişləri gecikdirdikdən sonra borc gecikməyə görə artaraq 2885 manat oldu. 2024-cü ilin mart ayında atam ilə birlikdə cavabdehin qayınatasının evinə getdik və onunla belə bir razlılığa gəldik ki krediti Royalın qayınatası ödəyəcək. Aprel ayında bizə söz verdiyi 1000 - bir min manatdan 500 manatı ödəsə də, sonra heç bir ödəniş etmədi. Halbuki Röyalın qayınatası bizə söz vermişdi ki, kredit götürərək Röyalın mənə olan borcunu ödəyəcəkdi. Həmin vaxtdan etibarən Röyal heç bir ödəniş etməyib, kredit üzrə ödənişlər mənim və X4 tərəfindən ödənilməkdədir. Dəfələrlə bununla bağlı Röyal ilə əlaqə yaratmağa çalışsam da hər dəfə müxtəlif bəhanələrlə məni yola verir. Məndə məcbur qalaraq məhkəmə yolu ilə mübahisəni həll etməyə çalışıram. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında Röyalla 2020-ci ildən iş yoldaşı olduqlarını, 2023-ə qədər birlikdə işlədiklərini, müharibədən sonra heç kimə sənəd verilmədiyi üçün bankdan pul götürməyin mümkün olmadığını, lakin özünün götürə bildiyini, ilk öncə özünün 6000 manat kredit götürdüyünü, 2-3 ay həmin pulu ödədikdən sonra Röyalın ona yoldaşının müalicə olunacağını bildirdiyi üçün və İmranın da pula ehtiyacı olduğu üçün onların xahişi ilə krediti yeniləyib İmran Novruzov zamin olmaqla Naxçıvan bankdan 11500 manat pul götürüb onlara verdiyini, 11500 manatın 5000 manatını özünün ödəyəcəyini, qalan pulu və əlavə hesablanan 1800 manat faizi isə İmran və Röyalın verməli olduğunu, pulun faizinin də hər ikisi arasında bölünməsi şərtilə razılığa gəldiklərini, Röyala 4450 manat pulu Elsevər kafesində faizini çıxmaqla 3800 manat olmaqla pul verdiyini, orada yanlarında İmranın da olduğunu, hazırda öz borcunu ödəyib bitirdiyini, həmin vaxt 4450 manatı cavabdehə verdiyini, cavabdehin pulu bəzən əlbəəl, bəzən də karta ataraq qaytardığını, bir müddət ödəniş etdikdən sonra ödənişi dayandırdığına görə 2885 manat pul qaldığını, pulun aybaay ödənilməsi barədə razılaşdıqlarını, hər ay 200-300 manat ödəniş edilməli olduğunu, onu da ödəmədiyini, Röyal həbsdə olduğu üçün gecikmə olmasın deyə pulu özünün banka ödədiyini, sonra işdən çıxdığı üçün pulu ödəyə bilmədiyini, daha sonra bankın ona və İmrana qarşı iddia qaldırdığını, hazırda İmran və özünün banka olan 7000 manat pulu ödədiklərini, hazırda pulun ondan çıxıldığını, 80 manat veteran pulunun 40 manatının borca ödəndiyini, İmranın da maaşının yarısının çıxıldığını, buna görə atasıyla birlikdə 6-8 ay bundan qabaq Röyalın qayınatasıgilə getdiyini, ondan pulu tələb etdiklərini, o da ayın sonu 1000 manat verəcəyini bildirdiyini, növbəti ay isə bankdan pul götürüb hamısını bağlayacağını bildirdiyini, həmin ayın sonunda cavabdehin qaynatasının 500 manat verdiyini, sonra isə daha pulu verə bilməyəcəyini dediyini, buna görə də məhkəməyə müraciət etdiyini, indi isə 2385 manat borcun qaldığını, cavabdehin pulu Kəngərli məhkəməsində hazırlıq iclasında etiraf etdiyini, faizi yox, əldən verdiyi pulun qaytarılmasını istədiyini, cavabdehin burada yaşadığını, səs yazılarında da pulu etiraf etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında verdiyi izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsindən İddiaçı xx.xx.2022-ci il tarixdə 24 ay müddətinə illik 15 % dərəcəsi ilə 11500 manat məbləğində "xxxx" ASC-dən kredit götürməsi və xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə əsasən X2 İK ******* nömrəli müqavilə üzrə zamin olaraq müştərək məsuliyyət daşıması müəyyən olunur. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında predmeti pul məbləği olan borc hüquq münasibətləri yaranmış, iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə verməyi, cavabdeh isə razılaşdırılmış şərtlərlə pul məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli razılaşma tərəfləri, Cavabdeh və İddiaçı bildirmişlər ki, Cavabdeh Kəngərli rayon, Təzəkənd kənd sakini İddiaçı 2885 manat "xxxx" ASC-dən qalıq borcunu yanvar ayının 20-dən etibarən 9 ay müddətinə hər ay 350 AZN məbləğində ödəniş etməyi öz öhdəsinə götürür. Mülki iş üzrə cavabdeh iddianın etirafı barədə 11 fevral 2025-ci il tarixli ərizə ilə məhəməyə müraciət edərək İddiaçı 2385 (iki min üç yüz səksən beş) manat borcu olduğunu etiraf etmiş və borcunu hər dəfə 100 manat olmaqla ödəməyə maddi imkanı olduğunu, üzürlü səbəbdən səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 2385 (iki min üç yüz səksən beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi 43.85 (qırx üç manat, səksən beş qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2385 (iki min üç yüz səksən beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 43.85 manat (qırx üç manat, səksən beş qəpik) miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar