Məhkəmə qərarları › İş №2(079)-132/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-132/2025

12.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-132/2025 12.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 10 yanvar 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6400 (altı min dörd yüz) manat borcu və iş üzrə ödəmiş olduğu 84 manat dövlət rüsumun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayonu, Cəhri kənd sakini Cavabdeh oğlum X10 ilə 23 may 2019-cu ildə ailə qurmuşdur. 2024-cü ilin aprel ayından isə ayrılıblar. Ailə mübahisələri üzrə Şahbuz Rayon Məhkəməsində işləri icraatdadır, oğlumla nikah dövründə Cavabdeh sosial şəbəkələrdə tanış olduğu şəxsə mənə və ailəmə aid olan 4500 manat dəyərində qızıl-zinət əşyalarını və 1900 manat pulu bizdən xəbərsiz vermişdir, bununla bağlı 03 may 2024-cü il tarixdə Abşeron rayonu, Qobu Polis bölməsinə şikayət etmişəm, araşdırmadan sonra cinayət tərkibi olmadığı üçün aidiyyəti üzrə Məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Mən isə Cavabdeh öz xətti ilə yazılmış ərizəsini almışam və şikayət etməmişəm, çünki o hissə-hissə ödəyəcəyini öz öhdəsinə götürmüşdür, amma buna baxmayaraq heç bir ödəniş etmədi, bu səbəbdən 6400 manat mənə borclandı. Qeyd etmək istəyirəm ki, polisə şikayət etdikdən sonra onun götürdüyü başqa pullar da məlum olmuşdur və bununla birlikdə ümumilikdə 6400 manat mənə borclanmışdır. Cavabdeh götürdüyü pul məbləğinin ərizəsində və polisin qərarında 800 manat olması qeyd olunur, lakin daha sonra biz evdən daha çox pulun 1900 manat pulun götürüldüyünü müəyyən etmişik. Pul məbləğinin az olmasını və qızılların isə öz qızılları olmasını iddia edir, cavabdehin iddiası əsassızdır, çünki ona məxsus olan qızıllarını yoldaşının müalicəsi üçün 01 yanvar 2022-ci ildə Laçın Ticarət mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan X8 2150 manata satmışdır, buna X5 arayışında satış qəbzini görmək mümkündür. Əldə olunan pulu isə müalicə üçün xərclədilər, götürdüyü qızıllar yoldaşımla mənim mülkiyyətimdədir, həmin pullar isə mənim qazancım hesabına toplanmışdır. Buna sübut olaraq sizə cavabdehin pulu verdiyi şəxslə yazışmalarını (CD), cavabdehin öz xətti ilə yazdığı ərizəni və Abşeron rayonu, Qobu Polis bölməsinin qərarını göndərirəm. Əlavə daraq götürdüyü pulu göndərilməsində X1 etmişdir, X2 şahid kimi çağırılmasını və Abşeron rayonu Qobu Polis bölməsindəki materialları sorğu vasitəsi ilə əldə edilməsini xahiş edirəm. Cavabdeh mənim evimdə olduğu müddətdə işləməmişdir, nə də ki, kənardan ona maddi dəstək olunmamışdır, yoldaşı isə mənim oğlum olduğu üçün ailə xərclərinin çoxunu özüm çəkmişəm. Cavabdeh tanış olduğu şəxsə verdiyi 1900 manat pul və 4500 manat dəyərində olan qızıl mənim və yoldaşımın əziyyəti qarşılığında toplanmışdır, qərarda qeyd etdiyi sırğa və iki ədəd üzük X13 alınmış qızıllar isə 4500 (manat) dəyərində hesabladığım yoldaşım və mənə məxsus qızıllara aid deyildir və hələ də harada olduğunu bilmirik. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlandığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının qeyd etdiyi xüsusatlar şər böhtan olmaqla həqiqəti əks etdirmir. Belə ki, qızıl zinət əşyaları mənə hədiyyə kimi verildiyindən mənə məxsus olmuş və iddiaçının qeyd etdiyi pul məbləği 1900 manat deyil, 800 (səkkiz yüz) manat pul da mənə məxsus olmuşdur. Bundan başqa İddiaçı mənə heç vaxt pul və ya qızıl-zinət əşyası vermədiyi halda məndən pul və ya qızıl tələb etməsi üçün subyektiv hüquqa malik deyil. İddia ərizəsində pul və ya qızıl əşyalarının ona məxsus olduğunu göstərsə də nəyə görə pul və qızıldan uzun müddət sonra xəbər tutduğuna heç bir aydınlıq gətirməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, onun verdiyi iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edim ki, Şahbuz rayon Məhkəməsinin icratında mənim cavadbeh X9 qarşı uşaq tələbinə dair iş vardır. İddiaçı məhkəmədə uduzduğunu görüb qərəzli olaraq, mənə qarşı təzyiq vasitəsi kimi iddia qaldırmışdır. Hesab edirəm ki, onun hazırkı iddia işə çıxış etmək üçün subyektiv hüququ olmadığından, həmçinin qızıl-zinət əşyaları və pul mənə məxsus olduğundan iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən Xahiş edirəm. İddiaya qarşı etiraz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 154-cü maddəsinin tələblərinə cavab vermədiyindən baxılmamış saxlanılaraq cavabdehə bu barədə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə müraciət edərək bildirmişdir ki, cavabdeh mənim iddiamla razılaşmamış bu haqda şəxsi kabinetindən sizə etiraz göndərmişdir, iddiamda işin hallarını tam olaraq izah etmiş aydınlıq gətirmişəm, cavabdeh isə iddia tələbimi yaxşı oxumamış yenə də əsassız olan etiraz etmişdir. Cavabdeh etirazını və əlavə olunmuş sənədləri mənə göndərməmiş və göndərilməsi haqda heç bir materialı etiraza əlavə etməmişdir. Mən iddiaçı olaraq iş barəsində sübutlarımı təqdim etmişəm, cavabdeh isə buna baxmayaraq əsassız sübutu olmadan etiraz edir, etirazında qeyd edir ki, “qızıl zinət əşyaları mənə hədiyyə kimi verildiyindən mənə məxsus olmuş və iddiaçının qeyd etdiyi pul məbləği 1900 manat deyil, 800 (səkkiz yüz) manat pul da mənə məxsus olmuşdur” buna cavab olaraq əri X7 qızıl-zinət əşyaları satılan mağazadan qəbzi və satıcının ərizəsini sübut kimi məhkəməyə təqdim etmişəm və əlavə olaraq da X7 öz ərizəsini də sizə təqdim edirəm, qeyd etmək istəyirəm ki, Cavabdeh mənim evimdə yaşadığı müddətdə işləməmişdir, başqa yerdən isə gəliri olmamışdır, ona aid pulun olmasını sübut edən dəlili məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, öz xətti ilə yazılıb imzalanmış ərizəsi vardır ki, hansı ki, orada yazmışdır “Mən Cavabdeh qeyd edirəm ki, internetdə tanış olduğum Elgün adlı şəxsə ehtiyacı olduğunu bildirdiyi üçün mənə və ailəmə məxsus olan qızıl zinət əşyalarımı (təqribi 4500 manat) həmin şəxsə ehtiyacı olduğu üçün vermişəm, daha sonra isə evimdən hissə-hissə 800 manat məbləğində pul vasitəsini eyni şəxsin bank kartına köçürtmə vasitəsi ilə vermişəm. Mənə və ailəmə aid olan qızıl və pul vasitəsini verdiyim üçün çox peşmanam. Yuxarıda qeyd etdiyim əməldən ailə üzvlərimin xəbəri yoxdur. “Burda aydın şəkildə başa düşülür ki, cavabdehin heç bir pay hüququ olmayan mənə və yoldaşıma məxsus olan 4500 manat dəyərində qızıl-zinət əşyalarını və pulu götürmüşdür, hansı ki özünə aid olan qızıllar 300 manatdan çox olmamışdır, çünki böyük hissəsini satmışdır, ondan əlavə isə qızılı olmamışdır. Əgər varsa da sübut etməli, sübut materiallarını etiraza əlavə etməlidir. Öz xətti ilə yazılan ərizəsini qəbul etmirsə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmalı, ərizənin özünə aid olması məlum olduqdan sonra cavabdehin məhkəməyə yalan ifadə verməsinə görə məsuliyyətə cəlb olunmalıdır. Qobu Polis bölməsində bu iş ilə əlaqədar olaraq sübutlar vardır, zəruri olduqda məhkəmənin təşəbbüsü ilə əldə oluna bilər. Cavabdeh isə əsassız formada etiraz etmiş, etirazına münasibətdə heç bir sübut əlavə olunmamışdır və belə nəticəyə gəlmək olur ki, məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişdir. Sonda etirazın baxılmamış saxlanılması və cavabdehin məhkəmə prosesini ləngitmək məqsədi ilə etdiyi əsasız etiraza görə cərimələnməsi xahiş olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək bildirmişdir ki, xəstəliyi və yol məsafəsinin uzaq olması ilə bağlı iclasda iştirak edə bilmirəm, bunu da rəsmi müayinə sənədləri ilə məhkəməyə təqdim etmişəm, göründüyü kimi cavabdeh məsuliyyətdən boyun qaçırmaq üçün hər yola əl atır. Məhkəməyə əlavə olaraq Cavabdeh özünə məxsus olduğunu iddia etdiyi yoldaşım X3 məxsus qızılların bir neçəsinin olduğu foto rəsmləri sizə təqdim edirəm, əlavə olaraq Cavabdeh iş materiallarına da əlavə etdiyim qızıl tükanında satış qəbzində qeyd edilən qızılların da foto rəsmlərini sizə təqdim edirəm. Cavabdehin özünə məxsus heç bir qızılı və pulu olmamışdır Əlavə olaraq qeyd edirəm ki, əgər cavabdeh etiraz edirsə, bunu sübut edəcək dəlilərini məhkəməyə təqdim etsin və öz dəsti xətti ilə işə əlavə olunmuş ərizəsi və digər materiallara etiraz edirsə, ekspertiza keçirilməsini tələb etsin. Əsassız etirazlarla məhkəmənin vaxtını almasın. MPM-in 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Şahid X6 real vaxt rejimində məhkəməyə videokonfrans əlaqə sistemindən istifadə edilməklə verdiyi ifadəsində qonşu Əsədin yoldaşı Atlası “Nəzrin” adı ilə tanıdığını, bir gün Nəzrinin onun evinə gələrək yoldaşı Əsədin adından “Vüsalədən get 700 manat kartıma pul at, maaş alanda həmin pulu gətirib verəcəyəm” dediyini bildirdiyini, həmin vaxt özündə pul olmadığını, lakin Əsədi yaxşı insan kimi tanıdığından başqa bir şəxsdən pul alıb vermək üçün çölə çıxdığını, həmin vaxt yenidən qayıdaraq bu barədə Əsədə heç nə deməməsini xahiş etdiyini, ona “bəs sən bir az bundan əvvəl gələrək Əsədin səni göndərdiyini və məndən 700 manat xahiş etdiyini bildirmədinmi?” deməklə ondan şübhlənədiyini, ona “anam məndən 700 manat alıb, sən mənə pulu ver, mən sənə 3 günə qaytaracağam” dediyini, pulu verməkdən imtina etdiyini, daha sonra isə ona mesaj yazaraq bu dəfə də 20 manat istədiyini, ona “məndə 20 manat yoxdur” dedikdə “məndə 20 manat var, sadəcə karta köçürmək lazımdır” dediyini, özünün də qızına kartdan deyilən hesaba 20 manat göndərməsini xahiş etdiyini və qızının onun verdiyi hesaba həmin pulu göndərdiyini, 20 manatı isə Nəzrindən aldığını, daha sonra isə təxminən 1-2 dəfə yenə onun 100 manat gətirərək həmin pulları başqa bir hesaba göndərilməsini xahiş etdiyini, ailəsi dağılmasın deyə özünün həmin məbləğdə pulu onun dediyi hesaba köçürdüyünü, daha sonra yenə ona müraciət edərək tanımadığı bir qadın və oğlunun onu şantaj edərək şəkillərini internetdə paylaşacağını və pul istədiklərini bildirdiyini, təxminən 200 manat verərək yenə başqa bir hesaba pul atılmasını xahiş etdiyini, qızın şantaj edildiyini dediyi “azad həsrət” adlı həmin profilə oğlunun “tiktok” səhifəsindən girib həqiqətən həmin hesabın mövcud olduğunu gördüyünü, ailəsi dağılmasın deyə yenə həmin hesaba 200 manat ondan pul alıb göndərdiyini, suallara cavabında isə həmin qızı Nəzrin adı ilə tanıdığını, ailə üzvlərinin də onu elə çağırdıqlarını, tərəflər arasında uşaq mübahisəsi ilə bağlı məhkəmə prosesi zamanı orada iştirak etdiyini və həmin vaxt da cavabdehin yadına sala bilmədiyi başqa adla çağırıldığını eşitdiyini, ona neçə dəfə və nə qədər pul verməsini və aparatdan ümumilikdə nə qədər köçürmə etməsini dəqiq xatırlamadığını, təxminən ona 3 dəfə pul verdiyini, qəbzlərin qaldığını, amma məbləğləri dəqiq bilmədiyini, ilk dəfə 20 manat olduğunu, qalan pulları isə dəqiq xatırlamadığını, pulları özünün Xırdalanda “Bizim Market” adlanan yerdəki bankomatdan köçürdüyünü, köçürülən zaman hesabın kodunu daxil etdiyini, həmin kodu da Nəzrinin ona verdiyini, ağladığı üçün ona yazığı gəldiyini və ikinci ailəsinin də dağılmasını istəmədiyi üçün ona pulları köçürməkdə kömək etdiyini, istintaqda verilən ifadəsində bildirdiyi 520 manat məbləği həmin vaxt dəqiq xatırladığını, indi isə üzərindən vaxt keçdiyindən dəqiq xatırlamadığını, ona qızıl vermədiyini, qeyri-rəsmi münasibətdə olduğu şəxs barədə ona heç bir məlumat vermədiyini, pulların köçürülmə tarixini dəqiq xatırlamadığını, amma 2024-cü il tarixdə olduğunu bildirmişdir. Məhkəmə iddia tələbinin özünə və ailəsinə məxsus olan qızıl-zinət əşyalarının dəyəri olan 4500 manat pul tələbi ilə bağlı qeyd edir ki, ilk növbədə iddia qaldırmış şəxsin sözügedən tələbə münasibətdə müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı özünə və ailəsinə məxsus qızıl zinət əşyalarının dəyəri olan 4500 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etsə də cavabdeh tərəfindən üçüncü şəxsə verildiyini iddia etdiyi həmin qızılların mövcudluğunu və özünə məxsus olduğunu, yəni tələbin həmin hissəsində hüquqi ixtiyara malik olmasını sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçı məhkəməyə ... tarixdə elektron kabinet vasitəsilə ünvanladığı ərizəsində arvadı X3 məxsus qızılların şəkillərini təqdim etməklə dəyərini tələb etdiyi qızılzinət əşyalarının özünə məxsus olmadığını da dolayısı ilə bidirmişdir. İddiaçının sözügedən hissədə sübut kimi istinad etdiyi cavabdeh tərəfindən yazıldığı iddia edilən əlyazmada qeyd olunmuşdur ki, “Mən Cavabdeh qeyd edirəm ki, internetdən tanış olduğum Elgün adlı şəxsə ehtiyacı olduğunu bildirdiyi üçüün mənə və ailəmə məxsus olan qızıl-zinət əşyalarımı (təqribi 4500 manatlıq) həmin şəxsə ehtiyacı olduğunu bildirdiyi üçün vermişəm. Daha sonra evimdən hissə-hissə 800 manat məbləğində pul vəsaitini eyni şəxsə bank karta köçürmə vasitəsilə vermişəm. Mənə və ailəmə aid olan qızıl və pul vəsaitini verdiyim üçün çox peşmanam, yuxarıda qeyd etdiyim əməldən ailə üzvlərimin xəbəri yoxdur”. Həmçinin iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli İddiaçı müraciəti əsasında toplanmış HK-1/1041 nömrəli materialı əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh sözügedən hissədə verdiyi ifadəsində “Elgün adlı şəxsə əri Əsədin uşaqlarının dünyaya gəlməsi münasibətilə ona pay verdiyi bir komplekt qızıl dəsti, anasının aldığı iki cüt sırğa və iki ədəd qızıl üzüyü verdiyini” bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında cinayət təqibi üzrə qüvvəyə minmiş qərarın preyudisiallığının subyektiv və obyektiv hədləri mülki iş üzrə tərəflər arasında hadisənin baş verməsini və cavabdehin həmin hadisəyə aidiyyətini deməyə əsas verir. Məhkəmə həmin qərarda cavabdehin ifadəsini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirir. Həmçinin məhkəmə sözügedən hissədə iddiaçının sübut kimi təqdim etdiyi cavabdehlə üçüncü şəxs arasında keçmiş yazışmalar və səs yazılarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə olan halda məhkəmə mübahisə tərəfləri arasında keçməyən sözügedən yazışmaları və səs yazılarını sübut kimi nəzərə almamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi X7 xx.xx.2022-ci il tarixdə qızıl-zinət əşyalarını satmasına dair fərdi sahibkar X11 tərəfindən verilmiş alqı-satqı qəbzi isə sözügedən hissədə cavabdehin üçüncü şəxsə verdiyi qızıl-zinət əşyalarının iddiaçıya məxsus olmasını deməyə əsas vermir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin “özünə və ailəsinə məxsus qızıl zinət əşyalarının dəyəri olan 4500 manat pul” hissəsinə münasibətdə iddiaçının subyektiv hüquqa malik olmasının müəyyən edilməməsi səbəbindən əsassız hesab edir. İddia tələbinin 1900 manat pul tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən cavabdeh tərəfindən yazılması mübahisələndirilməyən və məhkəmə tərəfindən sübut kimi qəbul edilən əlyazmada “Mən Cavabdeh evimdən 800 manat məbləğində pul vasitəsini Elgünə bank karta köçürmə vasitəsilə vermişəm” məzmunlu qeyd mövcuddur. Mülki Məcəllənin 529.3-cü maddəsində əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bununla birlikdə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh sözügedən hissədə verdiyi ifadəsində “Övladının ad günü münasibətilə, eləcə də evdə ümumi yığılmış və qayınatası Atlıxanın yatdığı çarpayısının altında olan 1900 manat puldan 520 manat götürdüyünü, həmin pulu qonşuluqda yaşayan Vüsalə adlı şəxsin vasitəsilə Elgünün ona təqdim etdiyi kart hesabına göndərdiyini” bildirmişdir. Cavabdeh həmin qərarda verdiyi izahatını şahid ifadəsi və işin müəyyən olunmuş halları ilə birlikdə qiymətləndirən məhkəmə belə hesab edir ki, cavabdehin iddiaçıya məxsus 520 manat pul vəsaitini gizli olaraq götürməklə törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya həmin məbləğdə ziyan vurması sübuta yetirildiyindən iddia həmin hissədə təmin edilməlidir. Belə ki, MM-in: - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin qalmış hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə sübuta yetirilməmişdir. Cavabdeh məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən əlyazmada evdən 800 manat pul vəsaitini götürüb verdiyini bildirsə də həmin vəsaitin bütünlüklə iddiaçıya məxsus olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla belə cavabdehin qərardakı ifadəsini şahid ifadəsi ilə birlikdə tədqiq edən məhkəmə cavabdehin mülki hüquq pozuntusu nəticəsində 520 manat məbləği sırf cavabdehin istifadəsində olan çarpayının altından gizli olaraq götürməklə ona həmin məbləğdə təqsirli olaraq ziyan vurduğu və cavabdehin həmin həddə iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıdığı qənaətinə gəlir. İddiaçı iddia ərizəsində sonradan əlavə olaraq 1100 manat pulun da evdən götürüldüyünü müəyyən etdiklərinə dair iddia ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbini sözügedən hissədə də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 520 (beş yüz iyirmi) manat pul alınaraq İddiaçı verilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 6.82 manat (altı manat səksən iki qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 6.82 manat (altı manat səksən iki qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar