Məhkəmə qərarları › İş №2(079)-153/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-153/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-153/2021 03.05.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı “01” mart 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2016-cı il tarixli, 2(078)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 16 aprel 2008-ci ildə anadan olan X2 və 16 aprel 2009-cu ildə anadan olan X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh sabit məbləğdə bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə iki uşağa görə 350 (üç yüz əlli) manat miqdarında alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 02 may 2007-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşuq. Birgə nikahımızdan 16 aprel 2008-ci il təvəllüdlü X9 və 16 aprel 2009-cu il təvəllüdlü X10 dünyaya gəlmişdir. Biz yola gedə bilmədiyimizdən hazırkı iş üzrə cavabdehin Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı iddia tələbi nəticəsində məhkəmənin 13 dekabr 2011-ci il tarixli, 2(078)- 234/2011 nömrəli qətnaməsi ilə nikahımız pozulmuş, nikah pozulduqdan sonra hər iki övladımızın mənim yanımda saxlanılması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə X3 hər uşaq üçün 50 manat məbləğində alimentin alınıb mənim xeyrimə ödənilməsi qət edilmişdir. Bundan sonra mən övladlarımın maddi tələbatlarının ödənilməsində çətinlik çəkdiyimdən Naxçıvan Şəhər Məhkəməsində hazırkı iş üzrə cavabdehə qarşı aliment tələbinin artırılmasına dair iddia qaldırdım. Məhkəmənin həmin mülki işə baxması nəticəsində iddia tələbim qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli, 2(078)-234/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin tutularaq hər iki övladımın saxlanılması üçün mənim xeyrimə ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin məbləğ övladlarımın saxlanılmasına kifayət etmir. Mən özüm heç bir yerdə işləmirəm. Övladlarımın maddi tələbatlarının qarşılanmasında mən xeyli əziyyət çəkirəm. Ona görə də alimentin miqdarının artırılmasını xahiş edirəm. Övladlarım böyüdükcə onların maddi tələbatları artır. 15 aprel 2021-ci ildə iddiaçının vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair Babək Rayon Məhkəməsində iddia qaldırdığını, hazırda tərəflərin mübahisəni barışıqla həll etdiyini və buna dair müqavilə imzaladıqlarını və həmin şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər. Həmçinin mülki iş üzrə 03 may 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında işdə iştirak edən şəxslər həqiqətən də aralarında olan mübahisənin həlli barədə razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər: -İddiaçı Babayeva X12 Şəhər Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli, 2(078)- 234/2011 nömrəli qətnaməsi ilə ananın yanında saxlanılması (qalması) qət edilmiş övladı 16 aprel 2009-cu il təvəllüdlü X7 cavabdeh, yəni uşağın atası X5 himayəsinə (onun yanında qalmasına (saxlanılmasına) verir və həmin övladının atasının himayəsinə verilməsinə və onun yanında saxlanılmasına etiraz etmir; -Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli, 2(078)- 234/2011 nömrəli qətnaməsi ilə ananın yanında saxlanılması (qalması) qət edilmiş 16 aprel 2008-ci il təvəllüdlü X2 anasının yanında qalmasına və anasının yanında saxlanılmasına etiraz etmir; - İddiaçı və X11 hərəsinin yanında bir övladları qalması müqabilində bir - birlərinə qarşı hər hansı aliment tələbi yoxdur; - Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2016-cı il tarixli, 2(078)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər bir uşaq üçün hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında sabit məbləğdə alimentin tutularaq 16 aprel 2008-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmiş və barəsində icra vərəqəsi çıxarılmış müvafiq qətnamənin icra işinə (icra üzrə icraata) İddiaçı X8 qarşı bu razılaşmadan sonra hər hansı aliment tələbi olmadığından xitam verilməsi barədə razılığa gəlirlər; - Tərəflər bu razılaşma ilə bərabər həm İddiaçı X5 yanında saxlanılması (himayəyə verilməsi) müəyyən olunmuş X10 ilə hər həftənin şənbə günü saat 0900 dan həftənin bazar günü saat 0900-dək (gecəni qalmaq şərti ilə) ünsiyyətdə olmasına, onunla görüşməsinə, vaxt keçirməsinə, həm də X5 İddiaçı yanında saxlanılması müəyyən olunmuş X9 ilə hər həftənin bazar günü saat 1000 dan axşam saat 2100dək ünsiyyətdə olmasına, onunla görüşməsinə, vaxt keçirməsi və bir-birinə maneə törətməyəcəklərinə dair razılığa gəlirlər. -Tərəflərdən biri könüllü qaydada sazişin şərtlərini icra etməyəcəyi təqdirdə qarşı tərəfə xəbərdarlıq edəcək. Həmin xəbərdarlıqdan sonra da sazişin şərtləri icra edilməyəcəyi təqdirdə məcburi qaydada icra edilməsi üçün və icraya yönləndirilməsi üçün məhkəməyə müraciət edəcək. -Sazişin könüllü qaydada icra edilməyəcəyi təqdirdə qarşı tərəfin düşdüyü zərər sazişin şərtlərini könüllü qaydada əməl etməyən şəxs tərəfindən ödəniləcəkdir. Həmçinin onlar həmin barışıq sazişinin icra edilməsi ilə bağlı aşağıdakı öhdəlikləri üzərlərinə götürmək barədə razılığa gəlmişlər: -Babayeva X12 Şəhər Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli, 2(078)-234/2011 nömrəli qətnaməsi ilə ananın yanında qalması qət edilmiş 16 aprel 2009-cu il təvəllüdlü övladı X7 cavabdeh, yəni uşağın atası X5 himayəsinə (onun yanında qalmasına (saxlanılmasına)) verməyi, Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2016-cı il tarixli, 2(078)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər bir uşaq üçün hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında sabit məbləğdə alimentin tutularaq 16 aprel 2008-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmiş və barəsində icra vərəqəsi çıxarılmış müvafiq qətnamənin icra işinə (icra üzrə icraata) İddiaçı X8 qarşı bu razılaşmadan sonra hər hansı aliment tələbi olmadığından işə xitam verilməsinə dair yazılı ərizənin verilməsini, həmçinin X9 ilə hər həftənin bazar günü saat 1000 dan axşam saat 2100-dək ünsiyyətdə olmasına, onunla görüşməsinə, vaxt keçirməsinə heç bir maneə törətməyəcəyini öhdəsinə götürür. X1 Şəhər Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli, 2(078)-234/2011 nömrəli qətnaməsi ilə ananın yanında saxlanılması (qalması) qət edilmiş 16 aprel 2008-ci il təvəllüdlü X2 anasının yanında qalmasına etiraz etməməyi, X10 ilə hər həftənin şənbə günü saat 0900dan bazar günü saat 0900 dək (gecəni qalmaq şərtilə) ünsiyyətdə olmasına, onunla görüşməsinə, vaxt keçirməsinə, daima əlaqədə olması barəsində razılığa gəlir və heç bir maneə törətməyəcəyini öhdəsinə götürür. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmçinin həmin Məcəllənin 191.1-ci maddəsinin mahiyyətindən görə tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə qeyd edilən Məcəllənin 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduğu 12 aprel 2021-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 12 aprel 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Babayeva X12 Şəhər Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli, 2(078)- 234/2011 nömrəli qətnaməsi ilə ananın yanında saxlanılması (qalması) qət edilmiş övladı 16 aprel 2009-cu il təvəllüdlü X7 cavabdeh, yəni uşağın atası X5 himayəsinə (onun yanında qalmasına (saxlanılmasına) verir və həmin övladının atasının himayəsinə verilməsinə və onun yanında saxlanılmasına etiraz etmir.

2. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli, 2(078)- 234/2011 nömrəli qətnaməsi ilə ananın yanında saxlanılması (qalması) qət edilmiş 16 aprel 2008-ci il təvəllüdlü X2 anasının yanında qalmasına etiraz etmir.

3. İddiaçı və X11 hərəsinin yanında bir övladları qalmasına görə hazırda bir birlərinə qarşı hər hansı aliment tələbi yoxdur.

4. Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2016-cı il tarixli, 2(078)-173/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər bir uşaq üçün hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarında sabit məbləğdə alimentin tutularaq 16 aprel 2008-ci il təvəllüdlü X2 və 16 aprel 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmiş və barəsində icra vərəqəsi çıxarılmış müvafiq qətnamənin icra işinə (icra üzrə icraata) İddiaçı X8 qarşı bu razılaşmadan sonra hər hansı aliment tələbi olmadığından xitam verilməsi barədə razılığa gəlirlər.

5. Tərəflər bu razılaşma ilə bərabər həm İddiaçı X5 yanında saxlanılması (himayəyə verilməsi) müəyyən olunmuş X10 ilə hər həftənin şənbə günü saat 0900dan həftənin bazar günü saat 0900-dək (gecəni qalmaq şərti ilə) ünsiyyətdə olmasına, onunla görüşməsinə, vaxt keçirməsinə, həm də X5 İddiaçı yanında saxlanılması müəyyən olunmuş X9 ilə hər həftənin bazar günü saat 1000 dan saat 2100dək ünsiyyətdə olmasına, onunla görüşməsinə, vaxt keçirməsi və bir-birinə maneə törətməyəcəklərinə dair razılığa gəlirlər. 6.Tərəflərdən biri könüllü qaydada sazişin şərtlərini icra etməyəcəyi təqdirdə qarşı tərəfə xəbərdarlıq edəcək. Həmin xəbərdarlıqdan sonra da sazişin şərtləri icra edilməyəcəyi təqdirdə məcburi qaydada icra edilməsi üçün və icraya yönləndirilməsi üçün məhkəməyə müraciət edəcək. 7.Sazişin könüllü qaydada icra edilməyəcəyi təqdirdə qarşı tərəfin düşdüyü zərər sazişin şərtlərini könüllü qaydada əməl etməyən şəxs tərəfindən ödəniləcəkdir. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Sədrlik edən: Zamiq Əliyev. Bu ailə münasibətləri olduğundan bunu yazmaq olmaz. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar