Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-153/2022 13.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" X3 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" X3 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" Bank ASC-nin xeyrinə əsas borc üzrə 6956.58 (altı min doqquz yüz əlli altı manat əlli səkkiz qəpik), 04.02.2022-ci il tarixə faiz borcu üzrə 80.50 (səksən manat əlli qəpik) manat olmaqla cəmi 7037.18 (yeddi min otuz yeddi manat on səkkiz qəpik) manat kredit borcunun və 90.50 (doxsan manat əlli qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" X3 Cəmiyyəti ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 1 (bir) faiz dərəcəsi ilə 6956.58 (altı min doqquz yüz əlli altı manat əlli səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələsinin 1.2-ci bəndinə əsasən cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərtilə kredit verilir. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 60 ay müddətinə verilir və müqaviləyə əlavədə göstərilmiş cədvəl üzrə ödənilir. Faizlərin hesablanması kreditin borcalana verildiyi gündən hesablanır və kreditin müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Müqaviləyə əsasən cədvəl üzrə vaxtında aparılmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə müqavilənin 2.2-ci bəndində göstərilən dəbbə pulu hesablanır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə banka əsas borc üzrə 6956.58 (altı min doqquz yüz əlli altı manat əlli səkkiz qəpik), 04.02.2022-ci il tarixə faiz borcu üzrə 80.50 (səksən manat əlli qəpik) manat olmaqla cəmi 7037.18 (yeddi min otuz yeddi manat on səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 18 mart 2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək nəqliyyat problemi və məsafə uzaqlığı baxımından məhkəmə iclasında iştiraklarının mümkünsüz olduğunu, borc tələbinə dair mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdiklərini bildirmişdir. Cavabdeh məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişlərində iddia tələbinə qarşı etirazların əsası kimi istinad etdiyi halların təsdiqi üçün onda olan bütün zəruri sübutların məhkəməyə təqdim olunması təklif olunmuş, həmçinin işdə iştirak edən şəxslərin sübutları təqdim etməməsinin işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmayacağı barədə xəbərdarlıq olunmuş, buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı hər hansı etiraz və onu təsdiq edən sübut daxil olmamışdır. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" X3 Cəmiyyəti ilə Cavabdeh arasında problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsinin bağlanmış olması, bank tərəfindən Cavabdeh restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə kreditin hesaba köçürmə yolu ilə verilməsi, Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməməsi və iddiaçıya borcunun qaldığı, cavabdehə müqavilənin ləğvi və öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 05 dekabr 2019-cu il tarixli, ******* saylı müqavilədən "xxxx" Bank ASC ilə Cavabdeh arasında problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsinin bağlanması, həmin müqavilənin bankla borcalan arasında bağlanmış 14.05.2014-cü il tarixli, 107-N-2456 nömrəli kredit müqaviləsinə əsasən borcalana verilmiş və vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi üzrə şərtləri müəyyən etməsi; - Cavabdeh məxsus hesabdan çıxarışdan onun aralarında bağlanmış 14.05.2014-cü il tarixli, 107-N-2456 nömrəli kredit müqaviləsi üzrə 05.12.2019-cu il tarixə banka 6956.58 manat ödənilməli olan kredit qalığının olması; - bildiriş-xəbərdarlıqdan və poçt xəbərnaməsindən "xxxx" Bank ASC tərəfindən cavabdehə müqavilənin ləğvi və öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi və xəbərdarlıq məktubunun rəsmi qaydada verildiyi aydın olur. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh "xxxx" Bank ASC-nin xeyrinə əsas borc üzrə 6956.58 (altı min doqquz yüz əlli altı manat əlli səkkiz qəpik), 04.02.2022-ci il tarixə faiz borcu üzrə 80.50 (səksən manat əlli qəpik) manat olmaqla, cəmi 7037.18 (yeddi min otuz yeddi manat on səkkiz qəpik) manat kredit borcunun tutularaq Bank ASC-nin hesabına ödənilməsi isə işin mübahisəli halıdır. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə predmetini bankla borcalan arasında bağlanmış 14.05.2014-cü il tarixli, 107-N-2546 nömrəli kredit müqaviləsinə əsasən borcalana verilmiş və vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi üzrə şərtləri müəyyən etmək və bankla borcalan arasında yaranmış münasibətləri tənzimləmək təşkil edir; - müqavilənin 1.2-ci bəndindən aydın olur ki, bank borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. - müqavilənin 1.3-ci bəndindən aydın olur ki, kredit restrukturizasiya olunan qalıq kredit məbləğinin ödənilməsi məqsədilə verilir. - müqavilənin 1.4-ci bəndindən aydın olur ki, Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilədə göstərilmiş qaydada həyata keçirir. - müqavilənin 2.1-ci bəndindən aydın olur ki, bu kreditin verilməsi hesabına borcalanın 14.05.2014-cü il tarixli, 107-N-2546 nömrəli kredit müqaviləsinə xitam verilir. - müqavilənin 2.2-ci bəndindən aydın olur ki, 6956.58 manat məbləğində kredit 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti ilə 1 (bir) faiz dərəcəsi ilə ödəniş şərti müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. - Kredit üzrə faizlər ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə borcun olduğu günlər üzrə borc qalığı məbləğinə hesablanır. - Müqavilənin 21.2-ci bəndinə uyğun faizlərin hesablanması kreditin borcalana verildiyi gündən hesablanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. - müqavilənin 3.1.3-cü bəndinə görə müqavilədən irəli gələcək öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə biləcək aşağıdakı hallarda müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək bankın hüququdur: Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və ya onun faizini 1 saylı əlavədəki ödəniş qrafiki üzrə ödəmədikdə; Borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə və s. - müqavilənin 3.4.1-ci bəndindən aydın olur ki, kredit borcunu müqavilənin 2.3cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək borcalanın öhdəliyidir. - müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir; - müqavilənin 6.1-ci bəndinə əsasən borcalan qəbul edir və öhdəlik götürür ki, müqavilə üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmədikdə müqavilə müddəti başa çatdıqdan sonra kreditin tam qaytarıldığı günədək vaxtı keçmiş əsas borca görə faizlərin hesablanması davam edir; - müqavilənin 6.5-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir, qarşılıqlı razılıqla həll edilməyən məsələlər aidiyyəti məhkəmələr vasitəsilə həll edilir. - müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsi bu müqavilənin qüvvədən düşməsinə səbəb olmur. - Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra etmiş, iddiaçının borcalandan kreditin iddia qaldırılana qədər hesablanmış faizi ilə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. 04.02.2022-ci il tarixli Cavabdeh "xxxx" bank ASC-ə olan kredit borcu haqqında arayışdan belə məlum olur ki, cavabdehin 04.02.2022-ci il tarixə ödənilmiş əsas borc 0 manat, ödənilmiş faiz borcu 70 manat, son ödəniş tarixi və məbləği 05.01.2021-ci il tarixində 0.5 qəpik olmaqla iddia qaldırılan günə əsas kredit borcu 6956.58 manat, 04.02.2022-ci il tarixə faiz borcu 80.60 manat olmaqla cəmi 7037.18 manat təşkil edir. İddiaçı 13 aprel 2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşməyə dair ərizə ilə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia ərizəsinin xahiş etdim hissəsində faiz borcunun 80 manat 50 qəpik kimi göstərildiyini, həmin məbləğin 80 manat 60 qəpik kimi qəbul edilərək qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alaraq iddiaya dəqiqləşdirilmiş iddia elementləri nəzərə alınmaqla baxmışdır. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni də nəzərə alaraq hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar tələb olunan əsas və faiz borcunun məbləğinə münasibətdə borcun əsaslılığı nəticəsinə gəlmək üçün kifayətdir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğvi tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, müqavilənin ləğv edilməsi məsələləri Mülki Məcəllənin 421-424cü maddələri ilə tənzimlənir. Mülki məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.2-ci maddə). İddia ərizəsinə əlavə olunmuş iddiaçının cavabdehə rəsmi qaydada təqdim olunmuş xəbərdarlıq məktubunda bankın müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək və verdiyi krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb etmək hüququnun mövcudluğu qeyd olunmuşdur. Həmçinin borcalana məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün banka olan kredit borcunun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə xitam verilərək kredit borcunun tam olaraq məcburi qaydada tələb olunması barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən bankın xəbərdarlıq məktubuna heç bir şəkildə münasibət bildirilmədiyi müəyyən olunmuşdur. Maddələrin məzmunundan bəlli olur ki, müqavilənin ləğv edilməsi yalnız müqavilə qüvvədə olduqda, yəni müqavilədə müəyyən edilmiş onun qüvvədə olma müddəti başa çatmadıqda, habelə tərəflərin razılaşması ilə və ya məhkəmənin qərarı ilə vaxtından əvvəl ləğv olunmadıqda mümkündür. Tərəflər arasında kredit müqaviləsi 05 dekabr 2019-cu il tarixdə 5 il müddətinə bağlanmışdır. Mülki məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödəniş qrafikinə uyğun ödənişlər edilməməklə kredit müqaviləsi əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə olan halda "xxxx" X3 Cəmiyyəti ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixdə bağlanmış problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar ******* nömrəli kredit müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Son olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, "xxxx" X3 Cəmiyyəti ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixdə bağlanmış problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar ******* nömrəli kredit müqaviləsi ləğv olunmalı, Cavabdeh "xxxx" X3 Cəmiyyətinin xeyrinə əsas borc üzrə 6956.58 (altı min doqquz yüz əlli altı manat əlli səkkiz qəpik), faiz borcu üzrə 80.60 (səksən manat altmış qəpik) manat olmaqla, cəmi 7037.18 (yeddi min otuz yeddi manat on səkkiz qəpik) manat kredit borcu tutulmalıdır. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 90.50 (doxsan manat əlli qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. "xxxx" X3 Cəmiyyəti ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixdə bağlanmış problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar ******* nömrəli kredit müqaviləsi ləğv olunsun. Cavabdeh "xxxx" X3 Cəmiyyətinin xeyrinə əsas borc üzrə 6956.58 (altı min doqquz yüz əlli altı manat əlli səkkiz qəpik), faiz borcu üzrə 80.60 (səksən manat altmış qəpik) manat olmaqla, cəmi 7037.18 (yeddi min otuz yeddi manat on səkkiz qəpik) manat borc tutularaq "xxxx" X3 Cəmiyyətinə ödənilsin. Cavabdeh 90.50 (doxsan manat əlli qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" X3 Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-153/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-153/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver