Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-153/2023 28.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “06” fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (və başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutulması barədə Babək Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli, 2(079)-04/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək, Cavabdeh hər ay 220 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 10 avqust 2009-cu ildə rəsmi nikah qeyd etdirərək evlənmişik. Birgə nikahımızdan 18 sentyabr 2010-cu il təvəllüdlü X4 olmuşdur. Babək Rayon Məhkəməsinin 12 fevral 2012-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuş, övladımın mənim yanımda saxlanılması və Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub Ayselin yetkilik yaşma çatanadək saxlanması üçüün mənə verilməsi müəyyən edilmişdir. Hazırda cavabdeh hər ay 80 manat aliment ödləyir. Cavabdeh tərəfindən ödənilən bu aliment Ayselin günü-gündən artan tələbatını ödəmir. Belə ki, mən özüm Şıxmahmud kənd tam orta məktəbdə xadimə işləyərək hər ay 286 manat əmək haqqı alıram. Hər ay 90 manat ödəməklə Ayseli hazırlıqlara qoyuram. Mənim əmək haqqım və cavabdeh tərəfindən verilən alimentlə uşağın digər lazım olan tələbatlarını layiqincə ödəyə bilmirəm. Cavabdeh həm təqaüd alır, həm də Naxçıvan Abadlaşdırma İdarəsində əmək haqqı almasına baxmayaraq verdiyi 80 manat alimentlə kifayətlənir. Bu aliment övladımın tələbatlarını ödəmədiyindən alimentin miqdarının artırırılaraq cavabdeh tərəfindən hər ay hər bir uşağa 220 manat aliment ödəməsini istəyirəm. Mülki iş üzrə 02 mart 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini dəyişərək Babək Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli, 2(079)-04/2012 nömrəli qətnaməsinin qəbul edilməsindən sonra 2016-cı ilə Şahbuz Rayon Məhkəməsinə müraciət etdiyini, həmin məhkəmənin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsi ilə alimentin miqdarının dəyişdirildiyini və cavabdehdən hər ay 80 (səksən) manat miqdarında aliment tutularaq ona ödənilməsinin qət edildiyini, bu səbəbdən də iddia tələbinə Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi kimi baxılmasını xahiş etmişdi. İddiaçı məhkəmədə verdiyi izahatında cavabdehlə 2009-cu ildə ailə qurduğunu, birgə nikahlarından 2010-cu il təvəllüdlü bir qız övladının olduğunu, Rövşənlə aralarında bağlanmış nikahın 2012-ci ildə Babək Rayon Məhkəməsində pozulduğunu, həmin vaxt məhkəmə tərəfindən uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasının müəyyən edildiyini, Rövşənin əvvəlcə hər ay 25, daha sonra isə 40 manat miqdarında aliment verdiyini, qızı 6 yaşı olanda isə alimentin artırılması ilə bağlı Şahbuz Rayon Məhkəməsində iddia qaldırdığını, həmin məhkəmənin qətnaməsi ilə Rövşəndən hər ay 80 manat miqdarında aliment tutulmasının müəyyən edildiyini, cavabdehin alimenti vaxtlıvaxtında verdiyini, alimentin müəyyən edilməsindən çox zaman keçdiyini, qızının böyüdüyünü, onu təhsili ilə bağlı hazırlıqlara qoyduğunu, özünün xadimə işlədiyini, ayda 325 manat əmək haqqı aldığını, həmçinin səhhətində problem olduğundan tez-tez Bakı şəhərinə gedib gəlməli olduğunu, buna görə də qızının ehtiyaclarını qarşılaya bilmədiyini, onun saxlanılmasında maddi köməyə ehtiyacı olduğunu qeyd edərək, yekunda uşağın saxlanılması üçün cavabdehdən hər ay 220 manat aliment miqdarında tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddianı qismən qəbul etdiyini, iddiaçı ilə 2009-cu ildə ailə qurduğunu, onunla altı ay birlikdə yaşadıqdan sonra yola getmədiklərindən elə həmin il ayrıldıqlarını, 2012-ci ildə isə boşandıqlarını, birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, bu günədək qızını görmədiyini, əvvəlcə iddiaçıya hər ay 25 manat aliment ödədiyini, daha sonra isə bunu 40 manata qaldıqdığını, sonradan Reyhanın alimentin miqdarının artırılması üçün Şahbuz Rayon Məhkəməsinə müraciət etdiyini, onun tələbi əsasında alimentin miqdarının 80 manat müəyyən edildiyini, bu günədək vaxtlı-vaxtında alimenti verdiyini, uşağın saxlanılması üçün iddiaçıya alimentdən başqa əlavə köməklik etmədiyini, özünün bir böyrəyinin çıxarıldığını, bu səbəbdən də çox işləyə bilmədiyini, özünün pensiya aldığını, həmçinin başqa şəxslə ailə qurduğunu, həmin evliliyindən də bir uşağının olduğunu, cavabdehin tələb etdiyi miqdarda aliment ödəyə bilməyəcəyini, hər ay 130-140 manat aliment verməyə ancaq imkanının olduğunu bildirmişdi. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 10 avqust 2009-cu ildə nikah bağlanması, onların birgə nikahından X4 adlı ümumi uşağın olması, tərəflər arasında bağlanmış nikahın pozulması, bağlanmış nikahın pozulmasından sonra Babək Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli 2(079)-04/2012 nömrəli qətnaməsi ilə onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması və Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsi ilə alimentin miqdarının dəyişdirilməsi mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli, 2(079)-04/2012 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən tərəflər arasında 10 avqust 2009-cu ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş və Babək rayonu, Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 504717 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 18 sentyabr 2010-cu il tarixdə X4 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 mart 2012-ci il tarixli, AZ-İ seriyalı, 152127 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli, 2(079)-04/2012 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından olan X2 iddiaçının yanında qalması və onun saxlanılması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsinin qət olunması; - iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsindən isə Babək Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli, 2(079)-04/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli, 2(079)-04/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılmaları üçün aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini tələb etdiyindən məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçı tərəf Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində ciddi dəyişikliyin olmasını təsdiq edən sübutlar təqdim etməyib. İddiaçı tələbini uşağın böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin övladının saxlanılmasına yetməməsi, özünün xadimə işləməklə ayda 300 manat əmək haqqı alması, cavabdehin isə həm işləməsi, həm də pensiya alması ilə əsaslandırmışdı. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X7 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdi. Lakin uşağın təhsillə bağlı yaranmış ehtiyaclarını və iddiaçının bununla bağlı çəkdiyi xərci, həmçinin 2016-cı illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh məhkəmə 02 mart 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikahından olan Aysel Məhərrəmlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıya 130 (bir yüz otuz) manat məbləğində aliment ödəməyə etirazının olmadığını bildirmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin 6 saylı Mənzil İstismar İdarəsində çilingər işləməsi, onun aylıq əmək haqqının 353 manat olması və İİ qrup əlil kimi 327,21 manat pensiya alması qeyd edilir. Həmçinin orda olan məlumatdan o da görünür ki, cavabdeh hazırda ailəlidir və onun həmin evlilikdən 10 aprel 2014-cü il təvəllüdlü bir övladı var. Bundan əlavə "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatdan İddiaçı Babək Rayon Təhsil Şöbəsində bağban işləməsi və ayda 374 manat əmək haqqı alması aydın olur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı yaranmış xərcləri, həmçinin bundan sonra aliment ödənilməli olan dövrü, aliment ödəməli olan şəxsin ailəli olmasını, onun əlilliyini, hər iki tərəfin işləməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay cavabdehdən 140 (bir yüz qırx) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (220x12= 2640. 2640-(12x80)=1680). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x140=1680. 1680-(12x80)=720) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 15 (on beş) manat, 82 (səksən iki) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 18 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 140 (bir yüz qırx) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli; - iş üzrə Cavabdeh 15 (on beş) manat, 82 (səksən iki) qəpik miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; - iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin 11 mart 2016-cı il tarixli, 2(090)-47/2016 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 18 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 140 (bir yüz qırx) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 15 (on beş) manat, 82 (səksən iki) qəpik miqdarında rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-153/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-153/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver