Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-159/2024 11.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 29 yanvar 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 4000 (dörd) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki,Türkiyə Respublikası vətəndaşı kimi tanıdığım Kuzey Yurtcak adı ilə həqiqətdə isə azərbaycanlı olan Cavabdeh ilə 2022-ci ilin əvvəlində sosial şəbəkə vasitəsilə tanış oldum. Özünü xeyriyyəçi kimi tanıdan Abbas mütəmadi olaraq yardıma ehtiyacı olan xəstə insanlara sosial şəbəkədə paylaşaraq dəstək olmaq adı ilə mənimlə əlaqə saxlayırdı. Mən də əlimdən gələni əsirgəmərəyək həm öz səhifəmdə paylaşırdım, həm də maddi kömək göstərərək yardım etməyə çalışırdım. 2023cü ilin aprel ayında Abbas zəng edib, özünün Naxçıvanda rentakardan götürdüyü maşınla qəza keçirdiyini, təcili pula ehtiyacı olduğunu, məndən başqa ona kömək edəcək kimsənin olmadığını deyib 4000 (dörd min) manat borc pul istədi. Mən də Abbası bir xeyriyyəçi kimi tanıyıb bələd olduğumu zənn edərək, hətta özümdə həmin pul olmadığı üçün rəfiqəmdən istədiyi 4000 (dörd min) manat pulu alıb, Naxçıvan şəhərində “Kapital Bankın” qabağında görüşərək özünə verdim və o, səhərsi gün pulu qaytaracağını vəd edib, pulu məndən götürdü. Həmin pul rəfiqəmin əməliyyat pulu olduğu üçün məcbur qalıb bankdan kredit çəkərək rəfiqəmə geri qaytardın. Daha sonra Abbas Türkiyəyə geri dönərkən ona sərhəddə stop qoyulduğu üçün İğdırda qaldığını, 15 gün ərzində Azərbaycana geri dönə bilməyəcəyi, Türkiyədə olduğu müddətdə 4000 min borc pulu ödəyəcəyini bildirib, 1 ay məni süründürdü. Hər dəfə işlə bağlı problemlərinin olduğu üçün ödəyə bilmədiyini deyirdi. X4 Respublikasında iş yeri kimi bildirdiyi, həmin ünvanına gedib pulumu tələb etmək istəyəndə isə Abbasın mənə dediyi hər şeyin yalan olduğunu, adının Kuzey Yurtcak olmadığını, xeyriyyə adı ilə mənim kimi insanları aldadaraq topladığı pulları özü üçün xərclədiyini öyrəndim. Naxçıvana qayıdıb bu barədə Daxili İşlər Nazirliyinə müraciət etdim. Abbasın məndən aldığı borc puldan sonra ümumiyyətlə Türkiyəyə getmədiyini öyrənəndə özü ilə əlaqə saxladım. Məni aylardır aldatdığını, pulunu geri qaytarmağını istəyəndə isə hara şikayət edirsən et, mənim sənə verəcək pulum yoxdur dedi. Abbas borcunun olduğunu etiraf etsə də bir mənalı olaraq 2023-cü ilin aprel ayından bu günə kimi aldığı borc puldan bir qəpik belə geri qaytarmamışdır. Mənim hal-hazırda həmin pula çox böyük ehtiyacım var. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, Cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməli, tələb etdiyim 4000 (dörd min) manat pulun, o cümlədən də iş üzrə ödəmiş olduğum 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı 05 mart 2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhərində yaşadığından və yol uzaq olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh da 05 mart 2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təqsdiq edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə “05” mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı aralarında mübahisəni həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdi: - Cavabdeh İddiaçı ona qarşı olan 4000 (dörd min) manat məbləğində pul tələbini qəbul edir. Həmin məbləğin 2000 (iki min) manat hissəsini 2024-cü ilin aprel ayının 01-dək və qalan 2000 (iki min) manat hissəsini isə 2024-cü ilin may ayının 01-dən başlayaraq hər ay 666 (altı yüz altmış altı) manat olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 4000 (dörd min) manat məbləğində borcun 2000 (iki min) manat hissəsini 2024-cü ilin aprel ayının 01-dək və qalan 2000 (iki min) manat hissəsini isə 2024-cü ilin may ayının 01-dən başlayaraq hər ay 666 (altı yüz altmış altı) manat olmaqla, hissə-hissə ona ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər;http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları “05” mart 2024-cü tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən və barışıq sazişindən iddiaçının tələbinin təmin edilməsi müəyyən edildiyindən iddia qaldırılan zaman iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış “05” mart 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh İddiaçı ona qarşı olan 4000 (dörd min) manat məbləğində pul tələbini qəbul edir. Həmin məbləğin 2000 (iki min) manat hissəsini 2024-cü ilin aprel ayının 01-dək və qalan 2000 (iki min) manat hissəsini isə 2024-cü ilin may ayının 01-dən başlayaraq hər ay 666 (altı yüz altmış altı) manat olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürür;
2. İddiaçı Cavabdeh ona olan 4000 (dörd min) manat məbləğində borcun 2000 (iki min) manat hissəsini 2024-cü ilin aprel ayının 01-dək və qalan 2000 (iki min) manat hissəsini isə 2024-cü ilin may ayının 01-dən başlayaraq hər ay 666 (altı yüz altmış altı) manat olmaqla, hissə-hissə ona ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Cavabdeh 60 (altmış) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.