Məhkəmə qərarları › İş №2(079)-168/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-168/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-168/2021 15.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Babək Rayon Məhkəməsinə müraciət edərək 432 (dörd yüz otuz iki) manat əsas borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 452 (dörd yüz əlli iki) manat məbləğində pul vəsaitinin X1 alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı cavabdeh X2 qarşı olan iddiasının qiyməti iki min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Həmin əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olunmamasıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, xx xxxxxx 2019-cu ildə tərəflər arasında malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş tərəflərin imzaladığı müqavilənin əslindən belə məlum olur ki, iddiaçının – alıcının müqavilədən irəli gələn əsas öhdəliyi SAMSUNG GALAXY A20 S 32 GB BLACK markalı mobil telefonu keyfiyyəti yoxlanılmaqla cavabdehə satıcıya təhvil vermək, sonuncunun müqavilədən irəli gələn əsas öhdəliyi isə müqavilə ilə müəyyən edilmiş müddətdə həmin müqavilə əsasında əldə etməli olduğu əmlakın dəyərini hissə-hissə ödəməkdir. Belə ki, satıcı İddiaçı ilə alıcı X3 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinin:  1.1-ci bəndinə əsasən satıcı SAMSUNG GALAXY A20 S 32 GB BLACK markalı mobil telefonu aıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində həmin müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.  2.1-ci bəndinə əsasən satıcı müqavilə qüvvəyə mindiyi gündən sonrakı növbəti 1 (bir) iş günü ərzində əmlakın işlək vəziyyətini yoxlayır və tam yararlı vəziyyətdə alıcıya təhvil verir.  4.2-ci bəndinə əsasən alıcı müqaviləyə əsasən aldığı əmlak barəsində yalnız sahiblik və istifadə hüquqlarını əldə edir. Alıcı əmlak barəsində sərəncam vermək hüququnu əmlakın dəyərini tam ödədikdən sonra əldə edir.  9.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:  386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.  567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.  600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.  600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar qüvvədə olur.  441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.  441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.  163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.  152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin olunmuş imkanıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Hazırki vəziyyətdə isə iddiaçının öz tələbini təsdiq edən halların mövcudluğu ilə bağlı təqdim etməli olduğu əsas sübutlardan biri müqavilə üzrə müəyyən edilmiş əşyanın borcluya təhvil verilməsi ilə əlaqədar olsa da, o, müqavilə üzrə öhdəliyinin icrası, yəni SAMSUNG GALAXY A20 S 32 GB BLACK markalı telefonun cavabdehin sahibliyinə verilməsinin təsdiqi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyildir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə İddiaçınə izah edilsin ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı X2 qarşı pul tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçınə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar