Məhkəmə qərarları › İş №2(079)-187/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-187/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-187/2020 19.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə əsas borc üzrə 1149.12 (bir min yüz qırx doqquz manat, 12 qəpik) manat, faiz borcu üzrə 171.48 (bir yüz yetmiş bir manat, 48 qəpik) manat, cəmi 1320.60 (bir min üç yüz iyirmi manat, 60 qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 nümayəndəsi E.Məmmədov tərəfindən məhkəmənin ünvanına “18” avqust 2020-ci il tarixdə daxil olmuş ərizəsində iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsaslanaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmiş və işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 Hökumət Ödəniş Portalı ilə xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə 30 manat məbləğində ödədiyi dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı təşkilat «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 Hökumət Ödəniş Portalı ilə xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə 30 manat məbləğində ödədiyi dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar