Məhkəmə qərarları › İş №2(079)-189/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-189/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-189/2021 05.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu “xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən e t d i m: “xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində X1 Hüseyn Mahmud oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi Babək Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Bu sənədlər də biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir (maddə 150.0.2.). İddiaçı “xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olur ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi xx xxxxxx 2021-ci il tarixli, 04 nömrəli ödəniş tapşırığının surətini iddia ərizəsinə əlavə edilmişdi. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı “xxxx» KB Açıq Səhmdar Cəmiyyəti eyni şəxsə qarşı eyni tələblə xx xxxxxx 2021-ci ildə müraciət etmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi xx xxxxxx 2021-ci il tarixli, 04 nömrəli ödəniş tapşırığının əslini iddia ərizəsinə əlavə edilmişdi. Məhkəmənin “18” fevral 2021ci il tarixli, 2(079)-132/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış, qərardad xx xxxx 2021-ci ildə icraya yönələrək, bu barədə iddiaçıya məlumat verilmişdi. Hazırki iddia ərizəsinə “xxxx» KB Açıq Səhmdar Cəmiyyəti yenə də xx xxxxxx 2021-ci il tarixli, 04 nömrəli ödəniş tapşırığının surətini əlavə etdiyinidən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınaraq icraya yönəldiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, “xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə iddiaçı “xxxx» KB Açıq Səhmdar Cəmiyyətinə izah edir ki, həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur Həmçinin məhkəmə onu da iddiaçının nəzərinə çatdırır ki, xx xxxxxx 2021-ci il tarixli, 04 nömrəli ödəniş tapşırığının əsli əvvəlki iddia tələbi ilə bağlı mülki iş materiallarında saxlanılsa da, “xxxx» KB Açıq Səhmdar Cəmiyyəti hazırki iddia tələbi ilə bağlı əsli özündə olmayan sənədi təsdiqləyərək məhkəməyə göndərmişdi. Bu isə həmin sənədin qanuniliyini şübhə altına alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: “xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “xxxx» KB Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: imza Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar