Məhkəmə qərarları › İş №2(079)-199/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-199/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-199/2020 28.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddiaçı təşkilat İddiaçı X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4486.45 (dörd min dörd yüz səksən altı manat, 45 qəpik) manat əsas borcu, 372.55 (üç yüz yetmiş iki manat, 55 qəpik) manat faiz borcunun, cəmi 4859 (dörd min səkkiz yüz əlli doqquz) manatın, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı təşkilat İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı X1 Babək Rayon Məhkəməsinin ünvanına xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizəsində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4486.45 (dörd min dörd yüz səksən altı manat, 45 qəpik) manat əsas borcu, 372.55 (üç yüz yetmiş iki manat, 55 qəpik) manat faiz borcunun, cəmi 4859 (dörd min səkkiz yüz əlli doqquz) manatın, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etdiklərini, mülki iş üzrə Cavabdeh1 tərəfindən kredit borcunun tam ödənildiyini, bu səbəbdən də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiadan imtina etdiklərini və iddiaçı təşkilat İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair 2(079)-199/2020 saylı mülki iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçı təşkilat İddiaçı X1 iddiadan imtina etməsi barədə ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Hökumət Ödəniş Portalı vasitəsilə xx.xx.2020 il tarixdə ********* nömrəli qəbzlə iddiaçı təşkilat İddiaçı ASC tərəfindən 30 manat məbləğində ödədiyi dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı təşkilat İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı təşkilat İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı təşkilat İddiaçı X2 tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx.xx.2020 il tarixdə ********* nömrəli qəbzlə 30 manat məbləğində ödədiyi dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar