Məhkəmə qərarları › İş №2(079)-210/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-210/2020

06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-210/2020 06.07.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, iddiaçı “Ayakkabı Terlik, Gida Dayanaklı tüketim malları otomotiv Ev Gereçleri” İİSTLŞ-nin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Babək Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Ayakkabı Terlik, Gida Dayanaklı tüketim malları otomotiv Ev Gereçleri” İİSTLŞ nümayəndəsi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 142685 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun alınıb “Ayakkabı Terlik, Gida Dayanaklı tüketim malları otomotiv Ev gereçleri” İİSTLŞ-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddiaçının iddia ərizəsini imza etmiş şəxs barəsində heç bir səlahiyyəti təsdiq edən sənəd iş materiallarında olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə isə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bundan əlavə mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanını da istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblərə yerinə yetirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 149.1, 150.0 və 150.0.3-cü maddələrinin mahiyyətindən isə aydın olur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsini İddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi X6 tərəfindən ona verilmiş xx xxxxxx 2020-ci il tarixli 01744 nömrəli etibarnamə əsasında imzalamışdı. Etibarnamədə isə X3 səlahiyyətli olması barədə, onun vəzifəsini təsdiq edən, yəni hüquqi şəxsin adından belə etibarnamə vermək səlahiyyətini təsdiq edən təsis sənədi, nizamnamə, hüquqi şəxsin qeydiyyatına dair çıxarış, xidməti vəzifəsini bildirən hər hansı digər sənəd iddia ərizəsinə əlavə edilməmişdi. Halbuki, yuxarıda qeyd edilən prosessual norma ilə müəyyən edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İşin qeyd edilən faktiki halı isə özlüyündə X1 olmasını müəyyən edilməsinə təsir edir. Belə olan halda aydın olur ki, iddiaçı “Ayakkabı Terlik, Gida Dayanaklı tüketim malları otomotiv Ev Gereçleri” İİSTLŞ-nin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizə imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı təşkilat tərəfindən Kapitalbank Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 53072 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı “Ayakkabı Terlik, Gida Dayanaklı tüketim malları otomotiv Ev Gereçleri” İİSTLŞ-nin Cavabdeh qarşı «pul tələbinə» dairiddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı təşkilat tərəfindən X5 filialına xx.xx.2020-ci il tarixdə 53072 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar