Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-218/2020 23.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, iddiaçı təşkilat «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X2 nümayəndəsi X5 iştirakı ilə, iddiaçı təşkilat «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı təşkilat «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsində göstərmişdir ki, iddiaçı təşkilat “FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********7366 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailəkəndli təsərrüfatının yaradılması və (və ya) yaxşılaşdırılması üçün illik 25 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********7366-127850 və **********7366-127851 saylı Zaminlik müqavilələri ilə Cavabdeh3 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borcuna görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) AZN, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) AZN, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) AZN, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) AZN təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar iddiaçı təşkilat tərəfindən aparılmış, lakin, danışıqlar heç bir nəticə verməmişdir və iddiaçı təşkilat “FİNCA Azerbaijan” MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, təmsil etdiyi «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X4 ilə cavabdehlər Cavabdeh1 arasında illik 25 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilməsinə dair xx.xx.2019-cu il tarixli, **********7366kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə ilə kreditin ödəniş qaydası tərtib edilərək tərəflər imzalamışlar, eyni zamanda həmin kreditin təminatı kimi «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X4 ilə Cavabdeh2 arasında xx xxxx 2019-cu il tarixli, **********7366- 127851 saylı, eyni zamanda Cavabdeh3 ilə Bank eyni tarixli **********7366-127850 saylı Zaminlik müqavilələri bağlanmışdır. İddiaçı təşkilat «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X4 üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməyərək kredit şərtlərini pozmuşdur. Cavabdehlərə bununla bağlı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə vermədiyindən məcbur qalıb məhkəməyə müraciət ediblər. Hal-hazırda Cavabdeh1 Banka əsas borcuna görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat məbləğində borcu vardır. Sonda nümayəndə K.Nəcəfov qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, **********7366 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 1-ci fəslinə əsasən, X14 alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün, illik 25% dərəcəsi ilə, 24 ay müddətinə 10000.00 (on min) manat məbləğində pul vəsaitini (bundan sonra Kredit) verməyi, Kredit alan isə verilmiş Kredit, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit Verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməsinə dair pul öhdəliyidir. Həmin Müqavilənin 1.4.-cü maddəsinə görə X15 üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "X1" (bundan sonra "Ödəniş Cədvəli" adlandırılacaq) müvafiq olaraq ödəyir. Ödəniş Cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. X15 məbləğinin bir hissəsini və Kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. Əgər Ödəniş Cədvəli ilə Müqavilənin 1.2.-ci bəndi də daxil olmaqla, bu Müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, Ödəniş Cədvəlində göstərilən rəqəmlər üstün tutulacaqdır. Həmin müqavilənin 2.1.4.-cü maddəsinə görə Kredit Alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya Kredit Alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq edə bilər. Həmin müqavilənin 3.2.1-ci maddəsinə görə X15i faizləri ilə birlikdə və Cədvələ uyğun tərzdə qaytarmaq öhdəliyi vardır. Həmin Müqavilənin 4.1-ci maddəsinə görə Kreditin və Kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilir. Həmin müqavilənin 6.2-ci maddəsinə görə Kredit verən tərəfindən Kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit Alan 10 (on) günü ərzində Krediti və (və yaxud) ona aid digər ödənişləri ödəmədikdə, Kredit Verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit Alana təqdim edilməməsi Kredit Verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz . Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Həmin müqavilənin 8-ci bəndində isə göstərilən kreditin ödəniş cədvəlinə əsasən Cavabdeh1 "FİNCA Azerbaijan" X6 X7 götürdüyü krediti faizləri ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, sonuncu ay istisna olmaqla, ayda 536 AZN, sonuncu ay isə 533 AZN olmaqla, cəmi 12861.00 AZN (məbləğ cəmi 10000 manat, faiz məbləği 2861 manat) məbləğində pulu xx xxxx 2021-ci il tarixədək "Bank"a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, **********7366 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsində nəzərdə tutulmuş pul öhdəlikləri xx xxxx 2019-cu il tarixli, **********7366-127850 və **********7366-127851 saylı Zaminlik müqavilələri ilə təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, **********7366- 127850 saylı Zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh3 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1.1.-ci maddəsinə görə Zamin xx.xx.2019 tarixli, **********7366 saylı kredit müqaviləsinə əsasən ("Kredit Müqaviləsi"), həmin müqavilə üzrə Kredit Alan olan Cavabdeh1 ("Kredit Alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən Kredit Alan 24 ay müddətində 10000.00 AZN məbləğində pul vəsaitini illik 25.00 faiz dərəcəsi ilə Kredit Verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci maddəsinə görə Tərəflər razılaşırlar ki, Kredit Alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Kredit Alan, Kredit Verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm Kredit Alam, həm Zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit Verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, **********7366- 127851 saylı Zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı təşkilat «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1.1.-ci maddəsinə görə Zamin xx.xx.2019 tarixli, **********7366 saylı kredit müqaviləsinə əsasən ("Kredit Müqaviləsi"), həmin müqavilə üzrə Kredit Alan olan Cavabdeh1 ("Kredit Alan") tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən Kredit Alan 24 ay müddətində 10000.00 AZN məbləğində pul vəsaitini illik 25.00 faiz dərəcəsi ilə Kredit Verənə qaytarmağı öz öhdəsinə götürmüşdür Həmin Müqavilənin 2.1-ci maddəsinə görə Tərəflər razılaşırlar ki, Kredit Alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Kredit Alan, Kredit Verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm Kredit Alam, həm Zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit Verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli, **********7901619 nömrəli Fincard Kreditvermə qəbzin surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 hesabına 10.000 (on min) manat məbləğində pul iddiaçı təşkilatdan həmin tarixdə köçürülmüş və bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, kredit kartının mədaxil (qəbul) aktından məlum olur ki, xx xxxx 2019-cu il tarixli, **********7366 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1, üzərində “Fincard” adı qeyd edilmiş, **********901619 saylı kredit kartını iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 həmin tarixə Banka əsas borcuna görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 Babək rayonu, Payız kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh2 Babək rayonu, Payız kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Babayev X3 şəhəri, 22-ci məhəllə, döngə 6, ev 1-də qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı təşkilat cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı təşkilat cavabdehlərə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq əsas borcuna görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borcuna görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat məbləğində pul iddiaçı təşkilat «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı təşkilat «FİNCA Azerbaijan» MM QBKT tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borcuna görə 8156.86 (səkkiz min yüz əlli altı manat, 86 qəpik) manat, faiz borcuna görə 1518.00 (bir min beş yüz on səkkiz) manat, cərimə borcuna görə 50.93 (əlli manat, 93 qəpik) manat, cəmi 9725.79 (doqquz min yeddi yüz iyirmi beş manat, 79 qəpik) manat məbləğində pulun tutularaq iddiaçı təşkilat «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X2 xeyrinə ödənilsin. İddiaçı təşkilat «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli X4 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-218/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-218/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver