Məhkəmə qərarları › İş №2(079)-218/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-218/2024

01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-218/2024 01.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 20 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin mart ayının 6-dan 2024-cü ilin fevral ayına qədər ona dəyən maddi zərər olan 500 (beş yüz) manat və mənəvi ziyana görə 1000 (min) manat, məhkəmə üçün ödədiyi 36 manat və 2024-cü ilin fevral ayında gecikdirilən məhkəmə işi ilə bağlı olaraq Bakı şəhərinə gedərkən maddi ziyana düşdüyüm 200 manat - cəmi 1736 manat məbləğin mənə ödənilməsi öhdəliyinin Babək Təhsil Şöbəsinin keçmiş müdiri Cavabdeh1 və Babək rayon Təhsil Şöbəsinin baş mühasibi Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Babək şəhər 2 nömrəli məktəbdə müəllimə kimi çalışıram. 2022-ci ilin mart ayının 6-da beş uşağa görə güzəştli pensiyaya çıxmışam. Ancaq Babək rayon Təhsil Şöbəsi, mənim əmək kitabçamda olan Cəlilabad rayonunda çalışdığım 1987-1992-ci illəri, Naxçıvan Muxtar Respublikası Babək rayon Qoşadizə kənd orta məktəbində işlədiyim 1992-1996-cı illəri əmək stajım kimi götürməmiş, eyni zamanda 2013, 2014, 2015-ci illərdə aldığım əmək haqlarına görə sığorta ödənişi edilməmişdir və buna görə də 2022-ci ilin mart ayında mənə cəmi 227 manat pensiya yazılmışdır. Naxçıvan şəhər Arxivindən 1992-1996-cı illərin məzuniyyətə kağızlarını özüm aldım. Dəfələrlə müraciət etməyimə baxmayaraq, mənim sənədlərim 2013, 2014, 2015-ci illər fərdi uçotla bağlı tələb olunan əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olunma və azad olunma əmrlərinin, məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza, möhürlə təsdiqlənmiş surətləri və əmək haqqı aldığım bank hesabından həmin dövrlərə aid çıxarışlar yubadılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və onun tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş kimi göstərilsə də, əslində göndərilməmişdir. Bu səbəbdən də, mən özüm Bakı şəhərində Prezident Administrasiyasında, Milli Məclisdə, Sosial Müdafiə Nazirliyində, Sosial Müdafiə Fondunda, Təhsil Nazirliyində dəfələrlə olmuşam. Bakıya hər gedişim mənim üçün baha başa gəlib. 120 (yüz iyirmi) manat təyyarə pulum, hər getdiyimdə qızımın evinə və nəvəmə çəkdiyim xərc, bir günlük getdiyimi nəzərə aldığım üçün taksilərə tökdüyüm çoxlu pullar məni xeyli maddi ziyana salırdı. Nəzərə alanda ki, mənim 5 (beş) uşağım və bir şizofren xəstə uşağım var, maaşla yaşayan insan üçün bunun nə qədər çətin olduğu göz qabağındadır. İlk baxışda belə bir sual doğar: “Getməzdiniz, məktubla göndərərdiniz.’' Ancaq özüm şəxsən getməyə məcbur idim, çünki, bu iki şəxs Naxçıvan şəhər Mərkəzi Poçtundan mənim adımdan olan heç bir sənədi buraxmırdılar. Nümunə olaraq qeyd edim ki, Bakı şəhərində Sosial Müdafiə Nazirliyində Mirağa müəllimin qəbulunda olarkən bunun bir daha şahidi oldum. Mirağa müəllim Səhlalı müəllimin telefon nömrəsini məndən alıb ona zəng edərək mənə aid olan sənədlərin niyə göndərilmədiyini soruşanda Səhlalı müəllim ona dedi ki, sənədlərin hamısını göndərmişik. Mirağa müəllim də öz işçilərinə tez sənədlərə baxmağı əmr elədi. Geri qayıdan işçilər mənim adıma heç bir sənədin nazirliyə daxil olmadığını bildirdilər. Mirağa müəllim Səhlalı müəllimə zəng edib, “Həmin sənədin nömrəsini deyin axtarışa verim, bəlkə hardasa ilişib qalıb, səhv düşüb başqa yerə gedib'’ dedi. Səhlalı müəllimin cavabı nəinki Mirağa müəllimi, hətta o otaqda olan beş-altı nəfər işçini də təəccübləndirdi. “Müəllim, biz o sənədi Təbrizlə göndərmişik Bakıya” dedi. Mirağa müəllim, “Təbriz kimdir?" deyə soruşanda, Səhlalı müəllim cavab verdi ki, “Təbriz, şöbə müdirimiz Cavabdeh1 oğludur”. Mirağa müəllim əsəbiləşdi “Müəllim, siz harda görmüsüz ki, bir təşkilat dövlət sənədini başqa bir təşkilata əldə göndərə? Məsələ aydındır, demək sənəd göndərilməyib.” Bu insanlar hətta mənim özümü də öz iyrənc oyunlarına alət etdilər. Məni də nəvəmlə birgə Mərkəzi Poçta apararaq, güya, “Biz sənədləri dəqiq göndərdik öz yanında'’ deyə oyun oynadılar. Bax elə bu səbəbə görə də Cavabdeh1 yaxın olan Babək şəhər sakini Sevin xanımın Mərkəzi Poçtda müdir müavini işlədiyini, Həsən müəllimin oğlu Təbrizin də həmin poçtun işçisi olduğunu nəzərə alaraq, heç bir sənədimi poçtla göndərmədim. Şəxsən özüm əlimlə aparıb qəbullarına girdim. Və bu gün də həmin insanlar mənim bu müddət ərzində maddi və mənəvi olaraq nə qədər əziyyət çəkdiyimi yaxşı bilirlər. Cavabdeh1 şöbə müdiri işlədiyi müddətdə mənim dərslərimdə, ictimai fəaliyyətimdəki uğurlarımı, Nax TV-də işləyərək iki veriliş apardığımı, “Şərq Qapısı” qəzetindəki ardıcıl yazılan məqalələrimi, sertifikatlarımı, diplomlarımı, Ailə-Uşaq Cəmiyyəti xətti ilə keçirilən müsabiqələrdə çəkdiyim rəsm əsərlərimə görə qazandığım ikinci, üçüncü yerləri, şagirdlərimin Babək rayon tədbirlərində həmişə öndə olduqlarını, illərlə hazırlaşdırdığım şagirdlərimin qəbulda ən yüksək balı mənim fənlərimdən topladığını gözardı edərək “İlin müəllimi” adını sinif yoldaşı olan mənimlə eyni fənni tədris edən Hacıyev Həcər müəlliməyə. “Əməkdar müəllim" adını isə dədə qonşusu, dostunun bacısı, mənimlə eyni fənni tədris edən Şəmsiyyə müəlliməyə verdi. Halbuki, “Əməkdar müəllim” adını Təhsil Nazirliyindən Abdulla müəllim fəaliyyətimə görə Babək təhsil şöbəsinə mənim sənədlərimə baxaraq rəy vermələrini məsləhət görmüşdü. 2019-cu il oktyabrın 4-də gecə saat 11-də direktorumuz Allahverdi müəllim mənə zəng edərək bildirdi ki, bəs sizə yox Şəmsiyyə müəlliməyə verilib bu ad. Səhər tezdən Təhsil Nazirliyinə getdim. Nazirlə və Ovni müəllimlə görüşdüm, öz etirazımı bildirdim. Cavabdeh1 bunu bilən kimi, mənim qapıma X27 işçilərini göndərib polisə çağırdı. Polisdə mənə hədə qorxu gəlsələr də, məni susdura bilmədilər. Məcbur qalıb məndən qol kağızı aldılar: “Mən bir də məktəbdə heç bir dini təbliğat aparmayacağam'. Heç ağlıma gəlməyən bir yazı ilə qarşılaşmışdım. Nə din, nə təbliğat, bu nə demək idi? Tələbə oğlum yanımda idi, onlara etiraz etmək istədi, oğlum savaşmasın deyə ona mane olub sakitləşdirdim və polisin oğluma heç bir təzyiq göstərməməsi üçün mən bu yazıya qol çəkdim. Bu yazıya qol çəksəm də, DTX-ya, Prezident Administrasiyasına, Milli Məclisə qol çəkdiyim bu saxta yazı haqqında məlumat verdim. Cavabdeh1 şöbə müdiri işlədiyi müddətdə məni az qala sıfır dərəcəli müəllim kimi görüb. Çünki, haqqını müdafiə eləməyi bacaran müəllim, bir işçi olaraq ona lazım deyildi. Polisdə mənə “Sənin nə savadın var ki, məndən əməkdar müəllim adı istəyirsən?” deyəndə mən onun bu sözlərinə təəccüblənmədim. Çünki gərək insanın özündə savad ola ki, başqalarının savadını görə bilə, dəyərləndirə bilə. Bu yoxdursa, demək sözün bitdiyi yerdir. Səhlalı müəllimə gəlincə, o da mənə Təhsil Şöbəsinin buğaltrı olaraq az zərbə burmayıb. İllərlə beş uşağımın ən azı iki-üçü eyni vaxtda tələbə olsalar da, mənim maaşım güzəştsiz hesablanıb. Az qala hər sentyabr ayı mən maaşımın düzgün hesablanması üçün Səhlalı müəllimin qəbulunda olmuşam. Pensiyaya çıxan müddətdə Cəlilabadda işlədiyim illəri, 1993, 1994, 1995, 1996-cı illəri Sosial Müdafiə Fonduna adıma göndərməmiş, 2013, 2014. 2015-ci illərin sığorta hesabını adımda qeyd etməmişdir. 2013, 2014, 2015-ci illərin vedemostunda hətta mənim adım belə yoxuydu. Milli Məclisdən həmin illərdə aldığım maaşın surətini istəmişdilər deyə sənədlər açılanda bu illərin maaş cədvəlində heç birində mənim adımın olmadığı ortaya çıxdı. Səhlalı müəllim həmin sənədlərin hamısını bütün yay boyu şöbəyə gələrək yazıb təzələdi, adıma aldığım maaşlarım qeyd olundu. İmzalarsa nəinki mənim, hətta heç bir müəllimin öz imzası olmadı. Bu iki il müddətində də mənə “Hara gedirsən get, kimə deyirsən de” dediyi ilk gün kimi heç nəyi vecinə almadan həmişə mənim işimə saymazyana yanaşaraq, sənədlərimi Bakı şəhərinə istənilən ünvanlara göndərmədi. Və mənim bu qədər maddi, mənəvi ziyana düşməyimə şərait yaratdı. Bu iki il ərzində keçmiş şöbə müdiri Cavabdeh1 və baş mühasib Cavabdeh2 bu laqeyd hərəkətlərinə dözmək, həqiqətən, mənim üçün ağır oldu. Əsəblərimi tarıma çəkən, səhhətimdə özünü göstərən bu mənəvi zərbələr nəticəsində Naxçıvan şəhərində və Bakı şəhərində dönə-dönə yoxlandım, müalicələr aldım. Əlavə olaraq bildirirəm ki, 2013-cü il üzrə hesablanmış əmək haqqım güya texniki səhv olaraq sığorta şəhadətnaməsi **********865 nömrəli X11, 2014-cü il sığorta şəhadətnaməsi isə **********104 nömrəli X9 adına köçürülmüşdür. Həmin şəxslər nəinki Babək Təhsil Şöbəsində müəllim kimi fəaliyyət göstərməyib, hətta belə bir insan həyatda olmayıb. 2013, 2014-cü illərdə aldığım iki illik əmək haqqımın sığorta hissəsinin ödənilməsi nəhayət ki, bərpa olundu. 2023-cü il avqust ayında Prezident Aparatına müraciətimdən sonra oktyabr ayında mən 355 manat pensiya aldım. 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikası Təhsil naziri X19 vətəndaşlarla görüşdə olarkən ondan 2015-ci ilin əmək haqqımın sığorta hissəsinin bərpa olunması ilə bağlı Cavabdeh2 fəaliyyətinin yoxlanılmasını xahiş etmişəm və nəticəni gözləyirəm. Mənim hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyanın 1 000 (min) manat məbləğində dəyərləndirirəm və cavabdehlərdən tələb olunması zərurəti meydana gəlmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində qeyd olunanlara eynilə istinad etmiş, həmçinin Həsən müəllimin ona əməkdar müəllim adı verməməsinin cinayət olduğunu, onun əsassız yerə polisə aparıldığını, inzibati məhkəməyə müraciət etsə də xeyrinin olmadığını, 2013-2015-ci illərin sığorta haqlarının öz adına qeydiyyata alınmasını xahiş etdiyini, lakin işə baxılmadan mümkünsüz sayıldığını, özündə də qarşı tərəfin hüquqa zidd hərəkətləri nəticəsində əsəb pozuntusu yarandığını, bu çətinliklərə görə Həsən müəllimi görməmək üçün hətta Babək rayon Təhsil Şöbəsinin nəzdində olan məktəbdən çıxıb başqa kəndlərə gedib işləmək istədiyini, lakin Bakıda Korrupsiya qarşı Mübarizə İdarəsində işləyən Qabil müəllimin təklifi ilə oradan çıxmadığını, daha sonra Naxçıvan Dövlət Universitetində işləməyə başladığını, özünün Milli Məclisin tövsiyyəsi ilə DSFM-ə Anar müəllimin qəbuluna getdiyini, orada da Babək rayon Təhsil Şöbəsinin lazım olan və göndərilməsi təklif olunan sənədləri hələ ki sosial müdafiə orqanına göndərmədiklərini dediklərini, Babək rayon Təhsil şöbəsinə sənədlərin təqdim olunmasının yenidən təklif edildiyini, əgər sənədlər göndərilmişdisə nəyə görə DSMF tərəfindən yenidən sənədlərin təqdim olunmasının Təhsil Şöbəsinə təklif edildiyini, Babək rayon Rabitə İdarəsinin əməkdaşı Sevinc xanımın sənədlərini güya DSMF-yə göndərdiyini, amma bunun da qurma olduğunu, onlardan poçta şəxsən getməyi xahiş etmədiyini, lakin görüntü üçün onu poçta aparıb yanında sənədləri göndərdik görüntüsünü yaratdıqlarını, həmçinin Milli Məclisdən ona Kapital Bankdan adına olan çıxarışları gətirməyi təklif etdiklərini, Kapital Bankda adının olmadığını, Babək rayon Təhsil şöbəsinin müdiri və mühasibin sənədləri ona verməli olduqlarını, ona işinin ancaq təhsil şöbəsi ilə bağlı olduğunu, onların sənədləri göndərməli olduğunu, yalnız bundan sonra problemin həll oluna biləcəyini bildirdiklərini, Azərbaycan Respublikası Prezidentinə, Prezident Administrasiyasına, Milli Məclisə, Ali Məclisə məktublar göndərdiyini, hesabından çıxarış üçün Kapital Banka 36 manat ödədiyini, Naxçıvandan Bakıya 7 təyyarə biletinin birini 60 manatdan, 2 avtobus biletinin birini 30 manatdan aldığını, Bakıda yaşayan qızı və bacısıgilə hər gedəndə əliboş getmədiyini, məcbur qalıb nəvəsi və qohumları üçün lazım olan şeyləri alıb apardığını, Babək rayon Təhsil Şöbəsindən DSMF-yə sadəcə 2 məktub, əlavə olaraq 1 qoşma sənəd olmaqla cəmi 3 sənədin daxil olduğunu, həmin sənədlərin DSMF-də kameraların qarşısında tədqiq edildiyini, 2022-ci ilin avqust ayının 30-da sadəcə qoşmasız məktub daxil olduğunu və həmin məktuba idarə heyətinin sədr müavini Mətin Əsgər adlı şəxs tərəfindən cavab yazıldığını, cavabda DSMF-yə sığortaolunan haqqında məlumat, işə qəbul və işdən çıxarılma haqqında əmrlərin əslləri, həmçinin 2013-2015-ci illərdə özünün və digər sığortaolunanların əmək kitabçalarından çıxarışların, bank hesablarından çıxarışların təqdim olunmasının Babək Rayon Təhsil Şöbəsinə təklif edildiyini, 2022-ci ilin noyabr ayında yenə qoşmasız cavab məktubunun göndərildiyini, yeganə məktubların bunlar olduğunu, özünün bu səbəblərdən sənədləri Babək rayon poçt şöbəsindən göndərməyib əldə birbaşa apardığını, 2023-cü ilin yanvar ayının 31-də sənədlərin DSMF-yə göndərildiyini, bu dəfə də sığorta haqlarının adlarına yazıldığı şəxslər haqqında heç bir məlumatın göndərilmədiyini, halbuki həmin şəxslərin adına nə qədər və hansı aylarda pul yazılmışdırsa, hər üç ilin sənədlərinin işlərin üstünə tikilib göndərilməli olduğunu, beləcə səhv yazılmış şəxslərin sığorta haqqından kəsilib ona verməli olduqlarını, həmin 3 il ərzində Səhlalı müəllimin orada mühasib işlədiyini, daha sonra 2013 və 2014-cü illərin başqalarının adına səhv yazılmış sığorta haqlarına dair məlumatların yarımçıq olaraq göndərildiyini, 2015-ci ilin isə göndərilmədiyini, DSMF-də yenidən qəbulda olarkən məlumatların yarımçıq yazılmaqla göndərildiyini öyrəndiyini, kimin pulunun kəsilib ona ödənilməsinin müəyyən edilmədiyini bildirdiklərini, 2015-ci ilin sənədlərinin də ümumiyyətlə verilmədiyini, özünün orada qəbullarda olmasının əsas sübut olduğunu, orada hər dəfə qeyd edilən sənədlərin Təhsil Şöbəsindən DSMF-yə təqdim olunduqdan sonra müraciətə baxılacağını dediklərini, Təhsil Şöbəsi tərəfindən 2022-ci ildə 26 iyununda məktub və lazım olan sənədlərin göndərildiyi bildirilsə də, həmin məktubun da DSMF-ə göndərilmədiyini, həmçinin 01 dekabr 2022-ci il tarixli məktubun da göndərilmədiyini, Təhsil Şöbəsinin sadəcə gözdən pərdə asmaq üçün ona yalandan göndərildiyi barədə məlumat verdiyini, bunların hamısının cinayət olduğunu, Həsən müəllimin məhkəməyə təqdim etdiyi məktubların yoxlanılmalı olduğunu, 2022-ci ilin iyun ayında DSMF-də qəbulda olarkən onların Təhsil Şöbəsinə yazdığı məktubun surətini ona verdiklərini, orada yenə də Təhsil Şöbəsinə yuxarıda qeyd etdiyi sənədlərin təqdim olunmadığı halda müraciətə baxıla bilməyəcəyinin bildirildiyini, Təhsil Şöbəsinin də güya 2022-ci ilin avqust ayında sənədləri toplayıb oraya göndərdiyinə dair cavab verdiyini, DSMF tərəfindən 2022ci ilin 14 və 24 iyun tarixlərində Təhsil Şöbəsinə məktublar yazılsa da Şöbə tərəfindən bunlara cavab verilmədiyini, 2023-cü ilin yanvar ayının 5-də DSMF və ƏƏSMN-də olduğunu, ona heç bir sənəd daxil olmadığının bildirildiyini, Təhsil Şöbəsi tərəfindən məhkəməyə təqdim olunan məktubların saxta olduğunu, heç birinin təyinat yerlərinə göndərilmədiyini, Anar Kərimovun ona məktub yazaraq sənədlər daxil olan zaman birbaşa öz nəzarəti ilə pulların hamısının onun hesabına köçürüləcəyinin bildirildiyini, yanvar ayının 31-də sənədlər göndərilsə də tam olmadığının bildirildiyini, natamamlığa görə kimin adına yazıldığı bilinməyən sığorta haqqının onun adına yazılmasının mümkün olmadığını bildirdiklərini, yalnız Prezident Aparatı tərəfindən işə 2-ci dəfə əl atıldıqdan sonra DSMFnin pulunun 2 ilini yəni 2013-2014-cü illəri onun adına yazıldığını, lakin 2015-ci ilin qaldığını və həmin ilin də kimlərin adına yazılmasının araşdırılacağını, bunu isə ortaya qoymağa qorxduqlarını, çünki bunun daha böyük cinayət olduğununu, 2022-ci ilin 25 avqustunda sənədlərin DSMF-ə göndərildiyini bildirsələr də bunun yalan olduğunu, 18 may 2022-ci il tarixdə Həsən müəllimin DSMF-yə sənəd göndərdiyini qeyd etsə də bunun da yalan olduğunu, 28 oktyabr 2022-ci ildə də göndərilmədiyini, 04 və 05 avqust 2022-ci illərdə də məktub göndərilmədiyini, özünün bu sənədlərin niyə 2 dəfə ard-arda günlərdə göndərildiyini başa düşə bilmədiyini, bunun da yalan olduğunu, Həsən müəllimin oğlu Təbriz adlı şəxslə göndərildiyi bildirilsə də heç nə göndərilmədiyini, Səhlalı müəllimin isə Mirağa müəllim soruşduqda Təbrizlə göndərildiyini dediyini, onların sözlərində ziddiyyət olduğunu, Mirağa müəllimlə olan danışıqları da ortaya çıxartdıracağanı, çünki onun Səhlalı müəllimdən 2 dövlət orqanı arasında olan məktublaşmaların necə bir şəxs vasitəsilə göndərildiyini soruşduğunu, ələlxüsus da həmin sənədi şöbə müdiri Həsən müəllimin oğlunun apardığını, buna inanmaq üçün sadəlövh olmağın şərt olduğunu, özünün hər gün Babək Rayon Təhsil Şöbəsinin qapısına gəlib Səhlalı və Həsən müəllimə özünün sadəlövh adam olduğunu düşünməmələrini bildirdiyini, bu işin sonuna qədər gedəcəyini dediyini, əlində aparıb özünün DSMF-yə verməsi üçün sənədlərinin verilməsini xahiş etdiyini, niyə o sənədləri özünə yox, Təbriz adlı şəxs vasitəsilə göndərdiklərini, Təbrizin həmin sənədləri kimə təqdim etdiyini, sənədlərin nə DSMF, nə də ƏƏSMN-də olmadığını, cəmi 2 ədəd qoşmasız məlumat məktubu və 1 qoşmalı yarımçıq sənəd olan məktubun göndərildiyini, 20 may 2022-ci ildə də, 12 oktyabr 2022-ci ildə qoşmalı sənədlərin göndərilməsinə dair iddiaların da yalan olduğunu, Babək rayon Təhsil Şöbəsindən 17 oktyabr 2022-ci il tarixdə bir dəstə sənədin Müşfiq müəllim, Səhlalı müəllim, özü və oğlu Ələkbər ilə birlikdə poçta gedib güya sənədlərin göndərildiyi görüntüsünün yaratdıqlarını, əslində bunun bir oyun olduğunu onu sırf poçtun 2-ci mərtəbəsində Sevinc xanımın otağına aparıb onun əliylə göndərəndə bildiyini, halbuki sənədlərin göndərilməsi üçün Sevinc xanıma ehtiyacın olmadığını, sənədlərin göndərilmə qaydasının qanunla tənzimləndiyini və bunun üçün poçtun müdirinin birbaşa iştirakına zərurət olmadığını, lakin özünə oyun oynadıqlarını və bu oyunun Bakıda sənədlər tədqiq olunarkən ortaya çıxdığını, 01 dekabr 2022-ci ildə güya Həsən müəllimin DSMF-ə məktub yazdığını, məktubda İddiaçı 2013-cü ilə hesablanan əmək haqqının texniki səhv olaraq X11, 2014-cü il əmək haqınının isə səhvən X9 adına köçürüldüyünün bildirildiyi və təqaüd vaxtının çatdığı bildirilməkə yuxarıda göstərilən illərin əmək haqqının fərdi uçot sisteminə bərpa olunmasının xahiş edildiyi, lakin belə bir məktubun nə fonda, nə də nazirliyə daxil olmadığını, hazırda həmin məktubların göndərilməsinə dair qəbzlərin əlində olduğunu, həmin qəbzlərə dair poçtun rəisi Sevinc xanımın da cavabdeh olduğunu, əgər Bakıya belə bir məktublar göndərilməyibsə bu qəbzlərin yalandan necə ortaya çıxdığını, X22 və X9 ümumiyyətlə Təhsil Şöbəsinin nəzdində və ya ondan kənarda olan müəssisələrdə heç vaxt fəaliyyət göstərmədiklərini, Səhlalı müəllimin 2013-2015-ci illərin vedomostunda onun adının olmadığını dedikdə baxarkən həqiqətən də həmin illərdə öz adının və Cəfərqulu müəllimin adını görmədiklərini, Səhlalı müəllimin həmin vaxt özünün məzuniyyətə çıxdığını bildirdiyini, Milli Məclisə müraciət edəndə vedomostun şəklini çəkib təqdim etməyini, ümumiyyətlə işləyib-işləmədiyini və maaşının nə qədər olmasını bilmək istədiklərini, 26 aprel 2022-ci il tarixdə Milli Məclisdən Ali Məclisə göndərilən məktubda heç bir qoşma olmadığını, özünün öz təşəbbüsü ilə əməkhaqqı cədvəllərini aparıb verdiyini, özünün Milli Məclisə getdikdən sonra Səbinə xanımın yanına gəlib həmin cədvəllərin şəkillərini çəkdiyini, Kapital Bankdan çəkdiyi pulla həmin cədvəllərdə olan pulun üst-üstə düşmədiyini, maaşını və sığorta bazasını azaltdıqlarını, onları Səbinə xanımın iştirakı ilə özünün çıxartdığını, 2013-15-ci illərin cədvəlləri olduğunu, Kapital Bankda 2013-cü ildə 289 manat yazıldığını, həmin cədvəlləri zorla öz gücü hesabına əldə etdiyini, həmin cədvəlləri fonda verdiyini və oradan pulların özünün hesabına köçürülməsi üçün həmin pulların kimin hesabına köçürüldüyünün müəyyən olunmadığının bildirildiyi və məktublarda da səhv sığorta olunanların da adlarının və onlara köçürülən pulların mütləq qeyd edilməli olduğunun yazıldığı, bu səbəbdən verdiyi cədvəllərin özlüyündə bir faydasının olmadığını, 01 dekabr 2022-ci il tarixdə DSMF-yə təhsil şöbəsindən heç bir məktub göndərilmədiyini, bu proseslər başlananda babək rayon Təhsil Şöbəsində nə Səbinə xanım, nə də Müşfiq müəllim, nə nə Abbas müəllimin işləmədiyini, bütün işləri Səhlalı müəllimlə danışdığını, işlərə Səhlalı müəllimin rəhbərlik etdiyini, hər il sentyabrda onu Səhlalı müəllimin qəbul etdiyini, Səhlalı müəllimin həmin illərdə hansı vəzifəni tutması barədə əlində sənəd olmadığını, ancaq özünü həmişə Səhlalı müəllimin qəbul edib yola saldığını, lakin onun mühasib olduğunu, həmçinin baş mühasib məzuniyyətə çıxanda onun vəzifələrini Səhlalı müəllimin icra etdiyini, yalnız Səbinə xanım baş mühasib vəzifəsinə gəldikdən sonra sənədləri çıxarıb ona verdiyini, ondan qabaq heç nəyin ona verilmədiyini, Səhlalı müəllimin otağının üstündə mühasib sözünün yazıldığını, əmək haqqı ilə bağlı problemi olan bütün müəllimləri Səhlalı müəllimin qəbul etdiyini, Səbinə xanımın özünün ona kömək etdiyini, əmək haqqı cədvəllərini çıxartdığını, özüünün Bakı şəhəri X25 Hüquqi şəxsi tabeliyində olan X7nda 2023-cü ilin avqust ayında sinirlərində yaranmış narahatçılıqla bağlı müalicə aldığını, hər bir insanın 30 il işlədikdən daimi əmək fəaliyyətindən sonra əmək veteranı vəsiqəsi ala biləcəyini, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyindən həmin xəstəxanaya anası və özü üçün sənəd alıb apardığını, keçən il X3 müdirinin dəyişildiyini, Səhiyyə Nazirliyində olan qohumu vasitəsilə onun yardımı ilə ondan qol kağızı aldıqdan sonra özünə və anasıa veteran vəsiqəsi çıxartdırdığını, Babək Rayon Mərkəzi Xəstəxanasında götürülmüş analiz nəticələrinin yanlış olmadığını, çünki həkimlərin buna görə məsuliyyət daşıdığını, analizin nəticələrindən xəstə olmadığı, bütün dəyərlərin normasında olduğu görünsə də bundan qorxmadığını, Bakıya gedərkən çox yük apardığını, çünki Bakıda qohumlarının olduğunu, əliboş Bakıya gedə bilməyəcəyini, qızının evinə hər gün gedə bilmədiyi üçün gedəndə nəsə almalı olduğunu, əlavə olaraq Bakı şəhərində 2 qardaşı və 1 bacısının olduğunu, iddia ərizəsini yazarkən heç həmin xərcləri nəzərə almadığını, DSMF tərəfindən tələb olunan sənədlərdən 20 may 2022-ci il tarixdə sadəcə 2013, 2014, 2015-ci illərin sosial sığortaya cəlb olunan gəlirlərin cədvəli göndərildiyini, Səbinə xanımdan xahiş etdikdən sonra həmin illərin çıxarışlarının əldə edilib göndərildiyini, sığortanın kimin adına işlənməsi barədə də məlumatların tələb olunduğunu, sadəcə müvafiq şəxslərin adının göndərildiyini, lakin onlara nə qədər pulun göndərilməsi barədə məlumat olmadığını, həmin sığortaolunanaların dəqiqləşdirilmiş hesabatları, mənə aid əmək haqqı cədvəlləri, əmək müqavilələri, işə qəbul olunma və azad olunma əmrləri, bank hesabından çıxarışların surətlərinin heç birinin təqdim olunmadığını, Babək rayon Təhsil şöbəsi tərəfindən məktubların göndərildiyinin bildirildiyini, 25 avqust 2022-ci il tarixli məktubun 30 avqust 2022-ci il tarixdə fonda daxil olduğunu, həmin müşayiət məktubuna heç bir sənədin əlavə olunmadığını, halbuki o məktubda sənədlərin göndərildiyinin qeyd olunduğunu, Babək rayon Təhsil Şöbəsinin 28 oktyabr 2022-ci il tarixli məktubunun DSMF-nin 14 iyul 2022-ci il tarixli məktubuna cavab olaraq yazıldığı qeyd edilsə də əslində DSMF-nin məktubunun 14 iyun 2022-ci il tarixli olduğunu, 01 dekabr 2022-ci il tarixdə Təhsil şöbəsindən DSMF-yə yeni qoşma ilə bir məktub ünvanlandığını, həmin məktubun göndərildiyinə dair qəbzin olmadığını, yenə də X13 və X5 adına köçürülən pulların məbləği ilə bağlı heç nə olmadığını, 2015-ci ilə olan sığorta hesabının isə hələ də tapılmadığını, həmin vaxtın sığorta pulunun da məzuniyyətə çıxanların adına yazıldığını, 05 yanvar 2023-cü il tarixli DSMF-nin müdir müavini Anar Kərimovun ona ünvanlanan məktubunda təhsil şöbəsi tərəfindən sənədlər tam olaraq göndərildikdən sonra pensiya məsələsinə baxılacağını bildirdiklərini, bundan sonra da təhsil şöbəsi tərəfindən heç bir sənəd göndərilmədiyini, Naxçıvanın Sosial Müdafiə Fonduna 4 dəfə - 25 may 2022, 25 iyun 2022, 22 aprel 2022 və 25 aprel 2022-ci il tarixlərdə müraciət etdiyini, Milli Məclisdə 26 aprel 2022, 25 may 2022 və 22 sentyabr tarixlərdə qəbulda olduğunu, Azərbaycan Respublikası DSMF-də 29 aprel 2022, 20 iyun 2022, 17 oktyabr 2022, 05 yanvar 2023, 11 sentyabr 2023, 19 sentyabr 2023-cü illərdə qəbulda olduğunu, Bakı şəhərində Respublika Prokurorluğunda, Ali Məhkəmədə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və Prezident aparatında olduğunu, 2013-2014-cü illərin sığorta hissəsinin bərpa olunmasına baxmayaraq 2015-ci ilin qaldığını, onun da bərpa ediləcəyini, keçmiş hesablanmayan vaxtların kəsirinin də ona ödənildiyini, Cavabdeh1 ona “kasıb” dediyini, lakin mənəviyyatının zəng olduğunu, lazım olan sənədlər göndərilən zaman Həsən müəllimin onların sürətini telefonla çəkməyə imkan vermədiyini, həmin vaxt sənədlərin getməyəcəyini bildiyini, məhkəmədə danışmağının belə onun üçün mənəvi sarsıntı olduğunu, ürək döyüntüsünün artdığını, sinirinin sıxıldığını, bədənində turşuluğun çoxaldığını, bunların da istənilən həkimdə yoxlanılmasına etirazının olmadığını, 2022-ci ilin 18 iyulundan 01 avqusta qədər olan dövr ərzində müayinələrdən keçməməyinin səbəbinin uşaqlarının aylıq xərclərinin çox olması, təhsil almaları və bu səbəbdən də yüksək xərci olan xəstəxanalarda müayinədən keçə bilməməyi ilə bağlı olduğunu, ona görə də anasınının X6 həkimi olan Süleyman adlı həkiminin yanına getdiyini, Naftalanda da gedib müalicə aldığını, həmin xəstəxanaya verdiyi qol kağızı ilə həmin xəstəxanaya həmişə getdiyini və Naxçıvanda əmək fəaliyyəti ilə bağlı müddət amilinə görə əmək veteranı vəsiqəsinin verilmədiyini bildirdiyini, həkimin də anasının yaşlı qadın olduğunu və əvvəllər orada müalicə almasını nəzərə alıb “mən o vaxt sizə belə bir sənəd verə bilərəm ki, siz bunun sonuncu il olması barədə qol kağızı verəsiniz, əgər növbəti il gəlsəniz biz sizə həmin qol kağızını göstərib sizi qəbul etməyəcəyik” dediyini, qayıtdıqdan sonra DSMF-yə və Təhsil Nazirliyinə müraciət etdiyini, iyun ayının 10-da əmək veteranları vəsiqəsinin veriləcəyini dediklərini, bununla bağlı iki təşkilatdan da sübut alıb gətirə biləcəyini, sinir sıxılmasının analizlərdə görünə bilməyəcəyini, sinir sisteminin pozulmasının turşuluğa təsir etdiyini, 2022-ci ilin martından 2023-cü ilin avqust ayına qədər olan dövrün hesablanmamış sığorta haqqının kəsir məbləğinin ona ödənildiyini, əmək haqqının sığorta hissəsinin kəsirinin düzəldilməsi üçün lazım olan 18 ədəd sənədin Babək rayon Təhsil şöbəsində Səhlalı müəllimin otağında yığılıb hazırlandığını, sənədlərin ona göstərildiyini, DSMF tərəfindən tələb olunan sənədlərin həqiqətən də hamısının orada olduğunu, Həsən müəllimdən sənədlərin şəklini telefona çəkmək üçün icazə istəsə də icazə vermədiyini, Səhlalı müəllimin maşını ilə sənədləri poçta apardıqlarını, poçt şöbəsinin rəisi Sevinc xanımın yanına getdiklərini, Sevinc xanımın onları orada işləyən işçinin yanına gətirdiklərini, sənədləşmə işini həll etdikdən sonra poçtdan ona qəbz verdiklərini, bundan sonra Bakıya gedəndə sənədlərin oraya göndərilmədiyini dediklərini, onun yanında Səhlalı müəllimin Sevinc xanıma heç bir qanunsuz göstəriş vermədiyini, hətta Müşfiq müəllimin onun əvəzindən 5 manat poçta sənədlərin göndərilməsi üçün banderol xərcini ödədiyini, həmin qəbzi də məhkəməyə verdiyini, sənədləri 20 may 2022-ci ildə Səbinə xanım əldə edib göndərdiyini, sənədlərin içində 2013-2014-cü illərin əməkhaqqı cədvəllərindən çıxarışlar, əmək haqqı hesabından çıxarışlar, işə qəbul olunma-azadolunma əmrlərinin əlavə olunduğunu, lakin bankdan aldığı çıxarışlarla əmək haqqı cədvəllərinin düzgün gəlmədiyini, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı vərəqənin “Mərdəkan Əmək və X7” tərəfindən yazıldığını, özünün Naxçıvandan Bakıya məktub göndərmədiyini, şəxsən Bakıya gedib qəbullarda olduğunu, 26 aprel 2022-ci il tarixdən qabaq da Bakıda qəbulda olduğunu, həmçinin avtobusla Bakıya 2023-cü ildə 14 günlük iyul-avqust ayları ərəfəsində anası ilə getdiyini, 03 fevral 2024-cü il tarixdə isə Bakıya gedişinin maddi ziyana uğraması ilə bağlı olduğunu bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında Babək Təhsil Şöbəsinin dövlət orqanı olaraq pensiyaya çıxan vətəndaşa heç bir staj vermədiyini, vətəndaşın özünün Sosial Müdafiə fonduna əmək kitabçası ilə müraciət etdiyini və orada olan staj əsasında ona pensiya təyin edildiyini, yəni özlərinin bu proseslə əlaqələrinin olmadığını, 2013-2015ci illərdə özünün Təhsil Şöbəsində rəhbər vəzifəsində işləmədiyini, Səhlalı müəllimin də orada baş mühasib olmadığını, mühasib köməkçisi olduğunu, həmin illərdə sığorta kartlarının işlənməsinin ona aidiyyatının olmadığını, şəxsin 227 manat pensiya almasının da Təhsil Şöbəsinə aidiyyatının olmadığını, arxivdən lazımi sənədləri də vətəndaşın özünün müraciət edib almalı olduğunu, kiminsə kimin sənədini arxivdən götürə bilməyəcəyini, özlərinin lazım olan sənədləri DSMF-yə göndərdiklərini, bununla bağlı sübutları və qəbzləri təqdim etdiklərini, əmək haqqı cədvəllərinin heç bir halda vətəndaşa verilə bilməyəcəyini, iddiaçıya əmək haqqı cədvəlindən öz adına çıxarışın verildiyini, əmək kitabçasından çıxarışların verilməməsinin iddiaçının işlədiyi məktəbin rəhbərliyinin problemi olduğunu, bütün müəllimlərin sənədlərinin məktəblərdə saxlanıldığını, əmək müqaviləsi, işə qəbul, işdən azad olma və məzuniyyət əmrlərinin məktəblərdə saxlandığını, həmin sənədlərin də direktor tərəfindən verilməli olduğunu, əgər arxivdədirsə vətəndaşın şəxsən arxivə müraciət etməli olduğunu, onun Bakıya getməsinin, orada kimə nə qədər pul xərcləməsinin onlara aidiyyatının olmadığını, iddiaçının Naxçıvan MR DSMF və Babək rayon DSMF-ə müraciət etmədən birbaşa Azərbaycan Respublikası DSMF-yə müraciət etdiyini, bunun da özü üçün anlaşılmaz olduğunu, bu prosesin 2022-ci ildən davam etdiyini, iddia ərizəsinin yalanlarla dolu olduğunu, ərizədə oğlu Təbrizin adının qeyd edildiyini, oğlunun zamanında orada işləsə də məktubu onun qəbul etmədiyini, məktubu operatorların qəbul etdiklərini, ərizədə Sevinc xanımın adının çəkildiyini, özünün onunla heç bir münasibətinin olmadığını, onun sadəcə kəndlisi olduğunu, hər gün şöbəyə gəlib lazımsız sənədləri tələb etdiyini, bir dəfəsində isə Müşfiq müəllimin sənədləri hazırlayıb verərkən onlara “mən sizə inanmıram, sənədləri göndərməyə mən də sizinlə gedirəm” dediyinə görə Səhalı müəllimlə birlikdə onları maşınla poçta göndərdiyini, iddiaçının sənədləri şəxsən aparıb verdiyini dediyini, ağlı başında olan heç bir baş mühasib və ya müdirin sənədləri vətəndaşa başqa orqana verməsi üçün əldən verməyəcəyini, Səhlalı müəllimin vedomosta onun adını qeyd etmədiyini bildirdiyini, bəs o zaman iddiaçının o əmək haqqını necə aldığını, Səhlalı müəllimin 2013-2015-ci illərin vedomostunu 2015-ci ildə necə işlədiyini, hər bir vedomosta maliyyə idarəsi tərəfindən möhür vurulduğunu və əməkhaqqı verildiyini, onlara qarşı qaldırılan yalan ifadələrə görə özlərinin də iddia qaldıracaqlarını, həmçinin özünün kiməsə əməkdar müəllim adı verməyə səlahiyyətli şəxs olmadığını, bu səlahiyyətin prezidentə və ali məclisin sədrinə aid olduğunu, bununla bağlı onlardan sorğu belə edilmədiyini, özünün ümumiyyətlə bunlarla əlaqəsinin olmadığını, Şəmsiyyə müəllimə 2019-cu ildə əməkdar müəllim adı alanda iddiaçının Təhsil Nazirliyinə gedərək orada problem yaratdığına görə Babək Rayon Polis şöbəsinə dəvət edildiyini və özünün də oraya dəvət edildiyini, iddiaçını orada gördüyünü, orada özünün, icra nümayəndəsinin, iddiaçının və iddiaçının oğlunun olduğunu, lakin iddiaçının güya onu polisə verdiyini dediyini, 2 ildir iddiaçının hərəkətlərinə görə artıq təngə gəldiyini, Səhlalı müəllimin isə 2001-ci ildən Babək rayon Təhsil şöbəsində müxtəlif vəzifələrdə işləsə də sadəcə mühasib kimi orada işlədiyini, onun iş üzrə cavabdeh şəxs olmadığını, sənədləşdirmələrin ona aidiyyatının olmadığını, onun sadəcə özünün göstərişlərini yerinə yetirdiyini, göstərişlərdə isə sadəcə iddiaçının sənədlərini aparıb-gətirmək və s. işlər olduğunu, yəni onun cavabdeh kimi cəlb olunası adam olmadığını, bir çox insanın sosial sığorta haqlarının sistemə işlənməsi ilə bağlı problemin olduğunu, təxminən 150 min nəfər insanın sığorta haqlarının zamanında işlənmədiini və DSMF-də sistem dəyişilərkən bütün sistemin bir-birinə qarışdığını və bir çox adamın sığorta haqlarının başqa şəxsə işləndiyini, bunu tapıb düzəltməyin də çox çətin olduğunu, özünə deyilən digər sözlərin də cəfəngiyat olduğunu, özlərindən birbaşa əməkhaqqı cədvəllərinin surətinin istənildiyini, 3 vərəq əmək haqqı arayışını göndərdiklərini, əmrlərdən çıxarış və digər sənədləri isə məktəbdən alıb göndərdiklərini, həmin sənədlərin 2 dəfə göndərildiyinə görə məktubda qoşma hissədə təkrar yazılmadığını, qəbzlərdən də göründüyü kimi sənədlərin poçt vasitəsilə göndərildiyini, əmək haqqı cədvəllərinin surətini çıxarmağın 70-80 manat pul tutduğunu, ona görə bir dəfə göndərdiklərini, orada Qoşadizə kənd orta məktəbinin bütün 2 illik yəni 48 aylıq cədvəllərinin surətini çıxarıb göndərdiklərini, sənədlərin göndərilməsi ilə bağlı digər məktubları təqdim edəcəklərini, pensiyanın həmin illərə münasibətdə bərpa olunması barədə onlara heç nə deyilmədiyini, iddiaçının Bakı şəhərinə gedərkən özü ilə 43 kiloqramlıq yük apardığını, şikayətə gedən insanın bu qədər yük aparmasının ağlabatan olmadığını, iddia ərizəsinə əlavə olunanların təyyarə biletli deyil, baqaj kartoçkası olduğunu, iddiaçının təqdim etdiyi ambulator kitabçadan çıxarışın X4 aid olduğunu, həmin xəstəxananın şəxsə ambulator müalicə təyin edə bilməsinin mümkün olmadığını, iddiaçının veteran olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim olunmadığını, Babək Rayon Mərkəzi Xəstəxanasının analiz nəticələrinin də normal olduğunu, analiz kağızında iddiaçının dəyərləri və norma göstərildiyindən bunu anlamaq üçün həkimə ehtiyac olmadığını, iddiaçının birinci məhkəmə iclasından sonra onu hədələyib “ya pulumu verin ya sizin başınıza oyun açacağam” dediyini, halbuki özünün sənədlərin Babək rayon Təhsil Şöbəsində yığılıb poçta göndərildiyini etiraf etdiyini, buna görə əgər kimdənsə zərər tələb edəcəksə bunun onlar yox poçtun məsul şəxsləri olmalı olduğunu, 20 may 2022-ci il tarixli məktubun qoşma hissəsində 2013, 2014 və 2015-ci illərin əmək haqqı cədvəllərinin əlavə olunub göndərildiyini, məktubun qoşma hissəsində digər sənədlərin adını qeyd etməmə ehtimalının olduğunu, lakin həmin vaxt bütün sənədlərin göndərildiyini, iddiaçının bank hesabından çıxarışlar istisna olmaqla bütün tələb olunan sənədləri 120-130 manat xərc çəkərək DSMF-yə göndərdiyini, bank çıxarışlarının isə ancaq şəxsin özünə verildiyini, DSMF-dən məktub daxil olduqdan sonra 15-20 gün müddətində sənədləri hazırlayıb göndərdiklərini, baş mühasib Müşfiq Zamanov, iddiaçının özü, Səhlalı müəllim və sürücüsünün birlikdə gedib poçtdan həmin sənədləri göndərdiklərini, iddiaçının adına olan 2013, 2014 və 2015-ci illərin sosial sığorta pulunun kimin adına işlənməsinin tapılması üçün 2 aya yaxın vaxt sərf etdiklərini, 2013-2014-cü illər tapılsa da, 2015-ci ilin tapılmadığını, həmin ilərdə də isə özünün orada işləmədiyini, həmin məlumatların iddiaçının müraciətindən 1 ay yarım sonra əldə edilib göndərildiyini, həmin vaxt bütün mühasibatlığın iddiaçının işi ilə məşğul olduğunu, tarix olaraq dəqiq yadında qalmadığını, 3 dəfə bütün sənədlərin üzü çıxarıldığını, həmin sənədlərib bir dəfə faksla, iki dəfə isə poçtla göndərildiyini, həmin vaxt poçta 6 manata yaxın göndəriş pulu verildiyini, buna dair qəbzin də iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunduğunu, həmin sənədlərin müşayiət məktubu ilə göndərildiyini, iddiaçıya vedomostun şəklini çəkməyə icazə verməməsinin səbəbinin orada tək özünün yox, bütün müəllimələrin adının olması ilə bağlı olduğunu, iddiaçı xəstəxanada tanışı olduğunu bildirdiyini, əgər o əmək veteranı deyilsə necə əmək veteranları xəstəxanasında stasionar müalicə aldığını, 27 avqust 2023-cü il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtib edilməsi səbəbinin isə hər il 28 avqust tarixində müəllimlərin işə başlaması ilə əlaqədar olduğunu, əgər iddiaçı həqiqətən stasionar müalicə alacaq qədər xəstə idisə sırf dərsin başlamasından 1 gün əvvələ balniçni açdırmasının mümkün olmadığını, mülki şəxsin X7nda müalicə almasının mümkün olmadığını, həmçinin iddiaçının anasının da həmin xəstəxanada müalicə aldığını bildirdiyini, iddiaçınn sadəcə Bakıya qızını, qohumlarını görmək və anasının müalicəsi üçün getdiyinin öz izahatı ilə təsdiq olunduğunu, həmin tarixlərə anasının da biletlərinin iş materiallarında olduğunu, qeyd etdiyi orqanlara isə sadəcə yazılı məktublarla müraciət etdiyini, Mərdəkanda yerləşən X8 sanatoriya tipli müalicə mərkəzi olduğunu, orada müharibə veteranlarının müalicə olunduğunu, mülki şəxslərin orada müalicə alma hüququnun olmadığını, iddiaçı tərəfindən xəstəlik tarixçəsindən çıxarış və X2 alınan, şəxsin əmək qabiliyyətinin olmaması ilə bağlı ambulator kitabçadan çıxarışının iddia ərizəsinə əlavə edildiyini, 2022-2023-cü illərdə iddiaçının heç bir veteran vəsiqəsi olmadan özünün də etiraf etdiyi kimi qohumluq əlaqələrindən istifadə edərək həmin xəstəxanada müalicə aldığını, Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya təqdim olunan 04 avqust 2023-cü il tarixli labarotoriya analizinin nəticələrinin isə tamamilə normal və sağlam insanın nəticələri olduğunu, şəxs sağlam olduğu halda həmin ərəfədə stasionar müalicə aldığı və əmək qabiliyyətinin olmaması barədə arayış aldığını, həmin bülletenin necə alınmasının ortada olduğunu, iddiaçının qohumluq əlaqələrinə görə orada müalicə, daha sonra isə bülleten aldığını, mənəvi zərərlə bağlı tələbi bu kimi səbəblərdən qəbul etmədiyini, maddi zərərlə bağlı isə iddiaçının güya sosial təminatının düzəldilməsi üçün heç bir sənədin göndərilmədiyini bildirməsinə baxmayaraq əgər sənədlər göndərilməyibsə, pensiya təminatının necə bərpa edildiyini bildirmiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının bildirdiyi Hacıyeva və X5 1942-ci ildə oldüyünü, özünə də 1942-ci il təvəllüdlü adamın adının sistemdə niyə olduğunun maraqlı olduğunu, neçə ildir niyə çıxılmadığını, o sistemin özündə problem olduğunu, minlərlə insanın orada probleminin olduğunu, burda özlərinin günahının olmadığını, onların özlərinə yeni işçilərin kimliklərinin direktorlar tərəfindən onlara təqdim olunmasını və onlara verməklərini bunun əsasında sığorta şəhadətnaməsinin açılmasını bildirdiklərini, Mirağa müəllimlə də əlaqəsinin olmadığını, onun Əli müəllimin xidməti telefonu ilə əlaqə saxladığını, daha sonra müvafiq sənədlərin göndərildiyini və ən sonunda B/R DSMF-yə və poçt vasitəsilə əllərində olan sənədləri (əmək haqqı cədvələri xaric) emaillə həmin ünvana göndərdiklərini, qəzblərin də olduğunu, özünün burada iştirakına gərək olmadığını, çünkü özünün baş mühasib olmadığını, sənədlərin heç birində nə imza nə də qolunun olmadığını, 2013-14-cü illərin əmək haqqı cədvəllərində imzanın ola bilmiyəcəyini, onunla ədavətlərinin olmadığını, özünün ona harasa getməməyini deyə bilməyəcəyini, ona görə ona hara istəyirsə getməsini bildirdiyini, onun əməkhaqqısının həqiqətən olduğunu, özlərinin sadəcə yeni işçilərin kimliklərini DSMF-yə göndərdiklərini, burada özünün heç bir günahının olmadığını, iddiaçının 2013-14-cü il sənədlərinin göndərildikdən sonra niyə onların bərpa olunmaması barədə soruşduğunu, DSMF-nin də özünün də vətəndaşa hansı sənədlərin veriləcəyi barədə özündə çıxarış olduğu, iddiaçının təqdim etdiyi arayışda nisyə əməkhaqqının göstərildiyi, bankdan isə nağd əməkhaqqı çıxarılarkən orada vergilərin də çıxılmaqla çəkildiyinə görə bankdan alınan pulda hər zaman azalma müşahidə olunduğunu, bankomatdan və ya əldə imza edilməklə çəkilən pulun hər zaman vergilər çıxılmaqla hesablandığı, arayışlarda iddiaçının əməkhaqqısının dərəcəsi hesablanmaqla 5-10 faiz əlavə ilə 280 manata kimi müəyyən edildiyi, arayışda olan pulun 280 manat kimi qeyd olunduğu, lakin bankdan çəkilən pulun vergilər çıxılanda az olduğu, özünün həmin dövrdə baş mühasib işləmədiyini, orada özü ilə bərabər 6 nəfər işçinin olduğunu, niyə sırf özünün adının çəkildiyini, iddiaçı ilə elə bir problemlərinin olmadığını, sadəcə özünə həmin illərin sənədlərinin olmadığın bildiriləndə özünün ona hara lazımdırsa get dediyini, bu məsələlərin burdan yarandığını, həmin sistemin özü ilə bərabər 5 nəfərin də olduğunu, özünün orada mühasib olduğunu, hazırda baş mühasibin olmadığını, Səbinə müəllimənin icra etdiyini, həmin vaxt Abbas müəllimin yerinə başqa adam olduğunu, özünün baş mühasibi heç vaxt əvəz etmədiyini, özü ilə 1 ay müddətində iddiaçını qəbul etdiyini, göndərilən məktubların heç birinin özünün adına olmadığını, sənədlərin Bakıya göndərildiyini, heç bir saxtakarlıq olmadığını, daxil olan və göndərilən məktublara baş mühasibin cavabdeh olduğunu, tabeli qəbul edənin baş mühasib olduğunu, özünün olmadığını, özünün 2013-2014-cü illərdə baş mühasib vəzifəsini icra etmədiyini və onu əvəz etmədiyini, Səbinə xanımın başmühasibi əvəz etdiyini, o ola-ola özünün orada heç bir sənədə imza edə bilmədiyini, özünün hansı vəzifəni icra etdiyi ilə bağlı lazımi sənədləri məhkəməyə təqdim edəcəyini, 2022-dən bu yana baş mühasibi əvəz etmədiyini, pullarında başqa adamın adına yazılmasının səhvən olduğunu bildirmiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun 21 iyul 2023-cü il tarixli, 2-2/2-001975/2023 nömrəli məktubunda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq cari ayın 11-də Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz və Şərur rayonlarında yaşayan vətəndaşların qəbulu zamanı ərizə ilə müraciət edərək təqaüdə çıxmaq üçün Babək rayonu DSMF şöbəsinə müraciət etməsi, lakin sığorta hesabında 2013-2015-ci illərin sığorta pullarının ödənilmədiyini bildirilməsi və sığorta ödənişlərinin geri qaytarılması ilə bağlı köməklik göstərilməsinə dair müraciətin Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə araşdırılması Naxçıvan Muxtar Respublikası Prokurorluğuna tapşırılması, həmin müraciətin araşdırılaraq eyni məzmunlu iddia ərizəsi üzrə inzibati işin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatında olması, müraciətin inzibati işə əlavə edilib baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi müəyyən olunur; - Azərbaycan Respublikası Təhsil Nazirliyi xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddənin 1-ci hissəsinin tələblərinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Təhsil Nazirliyi 01 iyul 2022-ci il tarixdə İddiaçı xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, Babək qəsəbə 2 nömrəli tam orta məktəbin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olması nəzərə alınmaqla, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur; - 29 aprel 2022-ci il tarixli, ********* nömrəli məktubunda şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş müraciətinə baxıldığı, müraciətdə qeyd edilən məsələ ilə bağlı tərəflərindən müvafiq araşdırma aparıldığı araşdırma zamanı sığortaedən "Babək rayon təhsil şöbəsi" (SUN: **********1) tərəfindən 2013-2015-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma_B.3) adın sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində **********344 nömrəli fərdi şəxsi hesabında əks olunması, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatların dürüst və müəyyən olunmuş müddətdə təqdim etməyin sığortaedənin vəzifəsi olduğu, müraciətdə qaldırılan məsələnin ətraflı araşdırılması və düzəlişlərin edilməsi üçün 2013-2015-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hansı sığortaolunan(lar)ın adına işləndiyi haqqında məlumat və yoxlanılmasına zərurət yaranan sənədlər (2013-2015-ci illər üzrə şəxsin və digər sığortaolunan(lar)ın dəqiqləşdirilmiş (06) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ın (Forma B3), əmək kitabçalarının, əmək haqqı cədvəllərinin, əmək müqavilələrinin, işə qəbul olunma və işdən azad edilmə əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri, həmçinin 2013-2015-ci illər üzrə əmək haqqına dair bank hesablarından çıxarışların surətləri) Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunmalı olması, müvafiq sənədlər təqdim edildikdən sonra müraciətdə qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli, 3/85 nömrəli Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X32 Şəxsin Babək Rayon İdarəsinə ünvanlanmış məktubda 29 iyul 2022-ci il tarixli, 05/591 nömrəli məktuba əsasən haliyədə Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı adına 2013, 2014 və 2015-ci il üzrə hesablanmış əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olma əmrinin əslləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətlərinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsin **********8 nömrəli məktubuna əsasən həmin ünvana göndərilməsinin bildirildiyi müəyyən olunur. - xx.xx.2022-ci il tarixli, 3/185 nömrəli Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış məktubda haliyədə Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, sığorta şəhadətnaməsi **********344 nömrəli olan İddiaçı adına 2013-cü il üzrə hesablanmış əmək haqqı texniki səhv olaraq sığorta şəhadətnaməsi **********104 nömrəli X9 adına köçürüldüyü, İddiaçı təqaüd vaxtının çatdığını nəzərə alaraq göstərilən illərin əmək haqqını fərdi uçot sisteminə bərpa olunmasına köməklik göstərilməsinin xahiş edildiyi, X14 və X9 həmin illərdə və haliyədə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrində əmək fəaliyyəti göstərmədiyinin qeyd edildiyi müəyyən olunur. - xx.xx.2022-ci il tarixli, 3/185 nömrəli Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsinə ünvanlanmış məktubda 14 iyul 2022-ci il tarixli **********8 nömrəli məktubu əsasən haliyədə Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı adına 2013, 2014 və 2015-ci illər üzrə hesablanmış əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olunma əmrinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza, möhürlə təsdiqlənmiş surətlərinin göndərilməsinin bildirildiyi müəyyən olunur. - xx.xx.2022-ci il tarixli, 3/104 nömrəli Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsinə ünvanlanmış məktubda 14 iyul 2022-ci il tarixli **********8 nömrəli məktubu əsasən haliyədə Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı adına 2013, 2014 və 2015-ci illər üzrə hesablanmış əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olunma əmrinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza, möhürlə təsdiqlənmiş surətlərinin göndərilməsinin bildirildiyi müəyyən olunur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 oktyabr 2022-cü il tarixli məktubunda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların fərdi şəxsi hesabda əks olunması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisindən 22 sentyabr 2022-ci il tarixli məktubla daxil olmuş iddiaçının müraciətinə cavab olaraq müraciətdə qeyd edilən məsələ ilə bağlı sığortaedən Babək rayon Təhsil Şöbəsi (SUN: **********1) tərəfindən 2013-2015-ci illər üzrə "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda şəxsin (SSN:**********34422) adının sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların Nazirliyin X1 sisteminin "Sığorta’' (Hesabat) altsistemində şəxsə məxsus fərdi şəxsi hesabda əks olunmaması, sözügedən məsələnin ətraflı araşdırılması və düzəlişlərin edilməsi üçün zərurət yaranan sənədlərin (2013-2015-ci illər üzrə özünün və digər sığortaolunan(lar)ın əmək kitabçalarının, əmək haqqı cədvəllərinin, əmək müqavilələrinin, qəbul olunma və işdən azad edilmə əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri, həmçinin 2013-2015-ci illər üzrə əmək haqqına dair bank hesablarından çıxarışların surətləri) sığortaedən Babək rayon Təhsil Şöbəsi tərəfindən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmalı olduğu, Babək rayon Təhsil Şöbəsi tərəfindən zəruri sənədlər təqdim edildikdən sonra şəxsin 2013-2015-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların fərdi şəxsi hesabında əks olunması məsələsinə baxılacağı, bu baxımdan, şəxsin öz sığortaedəninə müraciət etməsinin tövsiyyə edildiyi, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2.1 -ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən nəzərdə tutulmuş məlumatları isə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinə tam və düzgün təqdim etməyin sığortaedənin vəzifəsi kimi müəyyən olunduğu bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********8 nömrəli Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Babək rayon Təhsil şəbəsinə ünvanladığı məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 2022-ci il 20 may tarixli 3/56 nömrəli müraciətə baxılması, sığortaedən "Babək rayon təhsil şöbəsi" (SUN: **********1) tərəfindən təqdim edilmiş 2013-2015-ci illər üzrə illik "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı Məhəmməd qızının adının sığortaolunan kimi qeyd olunmadığı üçün həmin dövrlərə dair məlumatların Nazirliyin "X1 Sistemi”nin “Sığorta (Hesabat)" altsistemində **********344 nömrəli fərdi şəxsi hesabında əks olunmadığı, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatların dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğu, müraciətdə qaldırılan məsələnin ətraflı araşdırılması və düzəlişlərin edilməsi üçün 2013-2015-ci illər üzrə sığortaolunan İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hansı sığortaolunan(lar)ın adına işləndiyi haqqında məlumat və yoxlanılmasına zərurət yaranan sənədlər (2013-2015-ci illər üzrə İddiaçı və digər sığortaolunan(lar)ın dəqiqləşdirilmiş (06) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları, əmək kitabçalarının, əmək haqqı cədvəllərinin, əmək müqavilələrinin, işə qəbul olunma və işdən azad edilmə əmrlərinin əsillərl İlə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri, həmçinin 2013-2015-ci illər üzrə İddiaçı və digər sığortaolunan(lar)ın əmək haqlarına dair arayışlar və bank hesablarından çıxarışların surəti) Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunma olduğu, müvafiq sənədlər təqdim edildikdən sonra müraciətdə qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 iyun 2022-ci il tarixli, **********8 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 2022-ci il 1 iyun tarixli 22/S-1707-107 nömrəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxıl olmuş müraciətə baxıldığı, müraciətdə qeyd edilən məsələ ilə bağlı tərəflərindən müvafiq araşdırma aparıldığı, araşdırma zamanı sığortaedən "Babək rayon təhsil şöbəsi" (SUN: **********1) tərəfindən 2013-2015-ci illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) adın sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların Nazirliyin "X1 Sistemi"nin ‘‘Sığorta’’ (Hesabat) altsıstemində **********344 nömrəli fərdi şəxsi hesabda əks olunmadığı, dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etməyin sığortaedənin vəzifəsi olduğu, müraciətdə qaldırılan məsələnin ətraflı araşdırılması və düzəlişlərin edilməsi üçün 2013-2015-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hansı sığortaolunan(lar)ın adına işləndiyi haqqında zərurət yaranan sənədlərin (2013-2015-ci illər üzrə şəxsin və digər sığortaolunan(lar)ın dəqiqləşdirilmiş (06) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqındaməlumat'larınız (Forma B3), əmək kitabçalarının, əmək haqqı cədvəllərinin, əmək müqavilələrinin, işə qəbul olunma və işdən azad edilmə əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri, həmçinin 2013-2015-ci illər üzrə əmək haqqına dair bank hesablarından çıxarışların surətləri) Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunmalı olduğu, Babək rayon təhsil şöbəsi tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra müraciətdə qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsinə ünvanladığı 25 avqust 2022-ci il tarixli, 3/104 nömrəli məktubunda 14 iyul 2022-ci il tarixli **********8 nömrəli məktuba əsasən haliyədə Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı adına 2013, 2014 və 2015-ci illər üzrə hesablanmış əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olma əmrinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş sürətlərinin göndərildiyi, köməklik göstərilməyin xahiş edildiyi müəyyən olunur. - Azərbaycan Respublikası Milli Məclisi Əmək və Sosial Siyasət Komitəsinin 25 may 2022-ci il tarixli, 63/9-254 nömrəli “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” X33n sədri cənab Rasim Bağırova ünvanladığı məktubunda Naxçıvan Muxtar Respublikasının Babək şəhəri, Qoşadizə məhəlləsində yaşayan İddiaçı Komitəyə ərizə ilə müraciət edərək pensiyaya çıxmasına köməklik göstərilməsini xahiş etdiyi, vətəndaş İddiaçı ərizəsini aidiyyəti üzrə göndərildiyi, müraciətin diqqətlə araşdırılıb qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmasının xahiş edildiyi, işin nəticəsi barədə Komitəyə məlumat verilməsinin xahiş edildiyi müəyyən olunur. - Azərbaycan Respublikası Milli Məclisi Əmək və Sosial Siyasət Komitəsinin 22 sentyabr 2022-ci il tarixli, 03/9-417 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasova ünvanlanmış mətubunda Naxçıvan Muxtar Respublikasının Babək şəhəri, Qoşadizə məhəlləsində yaşayan İddiaçı ərizəsinin aidiyyatı üzrə baxılması üçün göndərildiyi, müraciətin diqqətlə araşdırılıb imkan daxilində müvafiq köməklik göstərilməsi üçün göstəriş verilməsinin xahiş edildiyi, məktuba baxılmanın nəticəsi barədə vətəndaşa və Komitəyə məlumat verilməsi xahiş edildiyi müəyyən olunur. - Azərbaycan Respublikası Milli Məclisinin Aparatı Milli Məclisin, Komitələrin və Komissiyaların işinin Təşkili şöbəsinin 26 aprel 2022-ci il tarixli, 03/2/4152 nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisinə ünvanladığı məktubunda Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın ünvanına İddiaçı tərəfindən göndərilmiş müraciətə baxıldığı, İddiaçı müraciətinin aidiyyəti üzrə baxılmaq üçün göndərildiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Babək Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 20 may 2022-ci il tarixli, 3/56 nömrəli məktubda haliyədə Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, sığorta şəhadətnaməsi **********344 nömrəli olan İddiaçı adına 2013, 2014 və 2015-ci illər üzrə hesablanmış əmək haqqı texniki səhv olaraq sığorta şəhadətnaməsi göstərilmədiyindən fərdi uçot sisteminə daxil edilmədiyinin bildirildiyi, İddiaçı təqaüd vaxtının çatdığını nəzərə alaraq göstərilən illərin əmək haqqını fərdi uçot sisteminə bərpa olunmasına köməklik göstərilməsinin xahiş edildiyi, qoşma olaraq 3 vərəq əmək haqqı arayışının qeyd edildiyi müəyyən olunur. - 29 iyul 2022-ci il tarixli, 03/591 nömrəli daxil olma ştampının vurulduğu Babək rayon DSMF X33 tərəfindən Babək Rayon Təhsil Şöbəsinə ünvanlanmış məktubda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 08 iyul 2022-ci il tarixli **********2 nömrəli məktubuna əsasən, sığortaolunan İddiaçı 2013-2015-ci illər üzrə əməkhaqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olma və işdən azad edilmə əmrlərinin, məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş sürətləri və əməkhaqqı aldığı bank hesabından həmin dövrlərə dair çıxarışların özlərinə göndərilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş Babək Şəhər 2 saylı tam orta məktəbi tərəfindən verilmiş 2022-ci il üçün Əmək haqqı və gəlirlər haqqında arayışa əsasən İddiaçı 2013-cü ilin yanvar-iyun ayları üzrə 353.01 manat, iyul ayı üzrə 650.16 manat, avqust ayı üzrə ödəniş yoxdur, sentyabr ayı üzrə 439.08 manat, oktyabr-dekabr ayları üzrə 384.96 manat, cəmi 4362.18 manat, 2014-cü ilin yanvar-iyun aylarında 384.96 manat, iyul ayı üzrə 708.40 manat, avqust ayı üzrə 36.62 manat, sentyabr ayı üzrə 365.12 manat, oktyabr-dekabr ayı üzrə 365.00 manat, cəmi 4514.90 manat olmaqla, il ərzində ümumi gəlirin 8877.08 manat olduğu, bu arayışın müəssisənin rəhbəri – Cavabdeh1 və baş mühasib əvəzi S.Ş.Əliyeva tərəfindən imzalanaraq təsdiq edildiyi müəyyən olunur. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş Babək Şəhər 2 saylı tam orta məktəbi tərəfindən verilmiş 2022-ci il üçün Əmək haqqı və gəlirlər haqqında arayışa əsasən İddiaçı 2015-ci ilin yanvar-mart ayları üzrə 365.00 manat, aprel-may ayları üzrə 365.07 manat, iyun ayı üzrə 677.60 manat, iyul ayı üzrə ödəniş yoxdur, avqust ayı üzrə 382.45 manat, sentyabr ayı üzrə 416.42 manat, oktyabr-dekabr ayları üzrə 467.78 manat, cəmi 4704.95 manat olmaqla, il ərzində ümumi gəlirin 4704.95 manat olduğu, bu arayışın müəssisənin rəhbəri – Cavabdeh1 və baş mühasib əvəzi S.Ş.Əliyeva tərəfindən imzalanaraq təsdiq edildiyi müəyyən olunur. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X32 Şəxsi 08 fevral 2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası Prezidentin Səlahiyyətli Nümayəndəliyinin 01 fevral 2023-cü il tarixli qeydiyyat-nəzarət vərəqəsi ilə daxil olmuş müraciətinə cavab olaraq bildirmişdir ki, müraciətə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X33n Aparatında baxılmış, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə fondu" X33n Babək Rayon idarəsi tərəfindən 17 iyun 2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunması, pensiya təyinatı zamanı Babək Rayon Təhsil Şöbəsi tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə fondu" X33n Babək rayon şöbəsinə 2013- 2015-ci illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat'larda (Forma B3) şəxsin adı olmadığından həmin illərin pensiya sığorta kapitalının X1 Sistemində öz əksini tapmaması və nəticədə həmin illərin pensiya kapitalının nəzərə alınmaması, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığortası üzrə məlumatların X1 Sisteminin "Sığorta” alt sistemində əks olunması üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə fondu” X33 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X34 Departamentinə müraciət ünvanlanması, qeyd edilən məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində öz əksini tapdıqdan sonra fərdi hesabda qeyd olunan pensiya kapitalına əsasən pensiyasının hesablanmasına yenidən baxılacağı bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 05 yanvar 2023-cü il tarixli məktubunda iddiaçının 2013-2015-ci illər üzrə pensiya kapitalının fərdi şəxsi hesabında əks olunması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, sığortaedən - Babək rayon təhsil şöbəsi tərəfindən 2013-2015-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) adın sığortaolunan kimi qeyd olunmaması, bu səbəbdən şəxsə münasibətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və gəliri ilə bağlı məlumatların Nazirliyin X1 sisteminin “Sığorta" altsistemində olan fərdi şəxsi hesabında əks olunmaması, bu baxımdan müraciətdə qeyd olunan məsələnin ətraflı araşdırılması və düzəlişlərin edilməsi üçün 2013-2015-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hansı sığortaolunanın adına işləndiyi haqqında məlumat, 2013-2015-ci illər üzrə şəxsin və digər sığortaolunanların dəqiqləşdirilmiş hesabatı (Forma B3), əmək kitabçalarının, əməkhaqqı cədvəlləri, əmək müqavilələrinin, işə qəbul olunma və işdən azad edilmə əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən, imza və möhürlə təsdiqlənmiş surətlərinin, həmçinin 2013- 2015-ci illər üzrə əməkhaqqına dair bank hesablarından çıxarışların surətlərinin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsinin zəruri olduğu, qeyd olunan məlumatların sığortaedən - Babək rayon təhsil şöbəsi tərəfindən təqdim edildikdən sonra müraciətdə qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. - SN 00005 seriyalı, 962692 nömrəli əmək qabiliyyətinin olmaması ilə bağlı vərəqədə İddiaçı miokardın degenerasiyası diaqnozunun qoyulduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionarda olduğu, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək işdən azad edildiyi, 27 avqust 2023-cü il tarixdə işə başlamalı olduğu qeyd edilmişdir. - ambulator kitabçadan çıxarışlara əsasən İddiaçı Bakı Baş X25 Hüquqi Şəxsi X7nda müalicə aldığı müəyyən olunur. - xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən Babək Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna TT014302385AZ nömrəli göndərişin vurulduğu müəyyən olunur. - xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzlə Babək Rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna TT014302054AZ göndərişin vurulduğu müəyyən olunur. - mülki iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2-1(122)-380/2023 nömrəli qərarında İddiaçı cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinin Babək Rayon Təhsil Şöbəsinə qarşı “2013, 2014. 2015-ci illərdə aldığı üç illik əmək haqqının sığorta hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilərək həmin məbləğin ona verilməsinin təmin edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmadığı müəyyən olunur. - mülki iş materiallarında olan 2305.2022-ci il tarixli, ********* nömrəli qəbzlə Cavabdeh1 tərəfindən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna SS779816790AZ nömrəli göndərişlə məktub göndərildiyi müəyyən olunur. - mülki iş materiallarında olan Babək Rayon Məhkəməsinə ünvanlanmış 01 aprel 2024-cü il tarixli, 3/95 nömrəli məktubda Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində 3 illik (2013, 2014 və 2015-ci illər üzrə) əmək haqqının sığorta hissəsinin ödənilməməsinə dair yazılı müraciətlərinə əsasən müvafiq orqanlara göndərilmiş sənədlərin qəbzlərinə aid məktubların surətlərinin göndərildiyi, qoşma olaraq əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 18 may 2023-cü il tarixli, 1/100 nömrəli məktubda Babək şəhər 2 nömrəli tam orta məktəbin müəllimi İddiaçı 31 yanvar 2023-cü il və 06 fevral 2023-cü il tarixli ərizələrinin təhsil şöbəsinə daxil olduğu, həmin ərizələrə əsasən Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “X1 Sistemi”nin “X26 fərdi şəxsin hesabı”nda 2013-2015-ci illər əks olunmadığından Babək Rayon Təhsil Şöbəsinə daxil olmuş 14 iyun 2022-ci il tarixli **********8 nömrəli və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X32 Şəxsi Babək Rayon İdarəsinin 29 iyul 2022-ci il tarixli 03/591 nömrəli məktubuna əsasən sığorta olunan İddiaçı 2013-2015-ci illər fərdi uçotla bağlı tələb olunan əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olunma və azad olunma əmrlərinin, məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza, möhürlə təsdiqlənmiş surətləri və əmək haqqı aldığı bank hesabından həmin dövrlərə dair çıxarışlar 05 avqust 2022-ci il tarixdə 3/85 nömrəli məktub Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X32 Şəxsi Babək Rayon İdarəsinə, poçt vasitəsilə 25 avqust 2022-ci il tarixdə ********* nömrəli məxaric qəbzi tələb olunan ünvana göndərildiyi, əlavə olaraq həmin sənədlər yenidən 28 oktyabr 2022-ci il tarixdə 3/158 nömrəli məktubla, 01 dekabr 2022-ci il tarixdə saat 16:31-də Elektron ünvan e-mail ünvanına, 31 yanvar 2023-cü il tarixdə saat 17:01-də isə (+99412)434-60- 51 fax nömrəsi ilə Azərbaycan Respublikası Fonduna təkrar göndərildiyi, əlavə olaraq 2013-cü il üzrə hesablanmış əmək haqqı texniki səhv olaraq sığorta şəhadətnaməsi **********865 nömrəli X11, 2014-cü il isə sığorta şəhadətnaməsi **********104 nömrəli X9 adına köçürüldüyü, həmin şəxslərin göstərilən illərdə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə əmək fəaliyyəti göstərməmələri haqqında məlumat tələb olunan ünvana verildiyi, 2015-ci ilə olan fərdi uçot sistemində onun adına köçürülmüş əmək haqqı tapılmadığı, İddiaçı xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etdiyi, hal-hazırda işin məhkəmənin icraatında olduğu bildirilmişdir. - xx.xx.2022-ci il tarixli, 74503040 nömrəli qəbzlə Babək Rayon DSMF PHŞ tərəfindən Babək Rayon Təhsil Şöbəsinə SS779809096AZ nömrəli göndərişlə məktub göndərildiyi müəyyən olunur. - xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzlə Babək Rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı SS287921203AZ nömrəli göndərişlə məktub göndərildiyi müəyyən olunur. - xx.xx.2023-cü il tarixli, 3/23 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda 31 yanvar 2023-cü il və 06 fevral 2023-cü il tarixlərində ərizələrin şöbəyə daxil olduğu, həmin ərizələrə əsasən Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “X1 Sistemi”nin “X26 fərdi şəxsin hesabı”nda göstərilən illər əks olunmadığından Babək Rayon Təhsil Şöbəsinə daxil olmuş 14 iyun 2022-ci il tarixli **********8 nömrəli və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X32 Şəxsi Babək Rayon İdarəsinin 29 iyul 2022-ci il tarixli 03/591 nömrəli məktubuna əsasən sığorta olunan İddiaçı 2013-2015-ci illər fərdi uçotla bağlı tələb olunan əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olunma və azad olunma əmrlərinin, məzuniyyətdə olma əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza, möhürlə təsdiqlənmiş surətləri və əmək haqqı aldığı bank hesabından həmin dövrlərə dair çıxarışlar 05 avqust 2022-ci il tarixdə 3/85 nömrəli məktub Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X32 Şəxsi Babək Rayon İdarəsinə, poçt vasitəsilə 25 avqust 2022-ci il tarixdə ********* nömrəli məxaric qəbzi tələb olunan ünvana göndərildiyi, əlavə olaraq həmin sənədlər yenidən 28 oktyabr 2022-ci il tarixdə 3/158 nömrəli məktubla, 01 dekabr 2022-ci il tarixdə saat 16:31-də Elektron ünvan e-mail ünvanına, 31 yanvar 2023-cü il tarixdə saat 17:01-də isə (+99412)434-60-51 fax nömrəsi ilə Azərbaycan Respublikası Fonduna təkrar göndərildiyi, əlavə olaraq 2013-cü il üzrə hesablanmış əmək haqqı texniki səhv olaraq sığorta şəhadətnaməsi **********865 nömrəli X11, 2014-cü il isə sığorta şəhadətnaməsi **********104 nömrəli X9 adına köçürüldüyü, həmin şəxslərin göstərilən illərdə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə əmək fəaliyyəti göstərməmələri haqqında məlumat tələb olunan ünvana verildiyi, 2015-ci ilə olan fərdi uçot sistemində onun adına köçürülmüş əmək haqqı tapılmadığı bildirilmişdir. - xx.xx.2023-cü il tarixli, 3/121 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X32 Şəxsin Babək Rayon İdarəsinə ünvanlanmış məktubda haliyədə Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, sığorta şəhadətnaməsi **********344 nömrəli olan İddiaçı adına 2013-cü il üzrə hesablanmış əmək haqqının texniki səhv olaraq sığorta şəhadətnaməsi **********865 nömrəli Binəqədi rayon Biləcəri qəsəbə sakini X10, 2014-cü il isə sığorta şəhadətnaməsi **********104 nömrəli Bakı şəhər Binəqədi rayon sakini X9 adına köçürüldüyü, 2015-ci il üzrə hesablanmış əmək haqqının B3 hesabatında tapılmadığı, İddiaçı təqaüd vaxtının çatdığını nəzərə alaraq göstərilən illərin əmək haqqını fərdi uçot sisteminə bərpa olunmasına köməklik göstərilməsinin xahiş edildiyi, X14 və X9 həmin illərdə və haliyədə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrində əmək fəaliyyəti götərmədiyinin qeyd edildiyi müəyyən olunur. - xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzlə Babək Rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı SS827921203AZ nömrəli göndərişlə məktub göndərildiyi müəyyən olunur. - xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan İddiaçı Cavabdeh2 qarşı “2013-2015-ci illərdə ödənilmiş sığortanın sistemə işlənməməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin mediasiya sessiyasının cavabdehin iştirak etməməsi səbəbindən baş tutmaması müəyyən olunur. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin sözügedən hissədə qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli qərarının (bundan sonra – “Qərar”) 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. “Qərar”ın ikinci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. 10-cu maddəsinə əsasən isə həmçinin bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənin vəzifəsidir. Mülki iş üzrə məhkəmə araşdırması gedişində “Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemi”ndən iddiaçının gəlir məlumatları üzrə çıxarış və tərəflərin izahatlarından mübahisənin baş verdiyi dövrdə İddiaçı işəgötürəni “Babək rayon Təhsil şöbəsi” olmaqla “müəllim” işlədiyi və həmin dövrdə Cavabdeh1 isə Babək rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi mübahisəsiz qaydada müəyyən olunmuşdur. İddiaçının cavabdehlərə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, 2022-ci ilin mart ayında ona uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2013-2015-ci illəri əhatə edən məcburi dövlət sosial sığorta haqqına cəlb olunmuş gəlirləri fərdi şəxsi hesabında əks olunmamış və həmin dövr pensiya təyin olunarkən nəzərə alınmamışdır. Əmlak hüquqlarının bərpası üçün sığortaçı tərəfindən tələb olunan məlumatlar isə sığortaedən (işəgötürən) tərəfindən vəzifəsi olmasına baxmayaraq sığortaçıya təqdim olunmamış və bunlar şəxsi mənəvi zərərə uğratmışdır. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə, həmin qurumun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən isə xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə ünvanlanmış iddiaçının müraciətlərinə cavab məktublarında, həmçinin sözügedən orqan tərəfindən xx.xx.2022-ci il tarixdə Babək rayon təhsil şöbəsinə ünvanlanmış məktubda sığortaedən - Babək rayon təhsil şöbəsi tərəfindən 2013-2015-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) iddiaçının adının sığortaolunan kimi qeyd olunmaması, bu səbəbdən şəxsə münasibətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və gəliri ilə bağlı məlumatların Nazirliyin X1 sisteminin “Sığorta" altsistemində olan fərdi şəxsi hesabında əks olunmaması, sözügedən məsələnin araşdırılması üçün sığortaedən Babək rayon Təhsil şöbəsi tərəfindən 2013-2015-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hansı sığortaolunanın adına işləndiyi haqqında məlumat, 2013- 2015-ci illər üzrə şəxsin və digər sığortaolunanların dəqiqləşdirilmiş hesabatı (Forma B3), əmək kitabçalarının, əməkhaqqı cədvəlləri, əmək müqavilələrinin, işə qəbul olunma və işdən azad edilmə əmrlərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən, imza və möhürlə təsdiqlənmiş surətlərinin, həmçinin 2013-2015-ci illər üzrə əməkhaqqına dair bank hesablarından çıxarışların surətlərinin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsinin zəruriliyi qeyd olunmuşdur. Sözügedən yazılı sübutlardan və yuxarıda müəyyən olunmuş hallardan həqiqətən də iddiaçının müvafiq əmlak hüquqlarının bərpasının sığortaedən olaraq Babək rayon Təhsil şöbəsi və onun vəzifəli şəxslərinin qanundan irəli gələn müvafiq vəzifəsinin icrasından asılı olduğu müəyyən olunur. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutlardan isə belə məlum olur ki, 28 oktyabr 2022-ci il tarixdə Babək rayon Təhsil Şöbəsinin müdiri Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X32 Şəxsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Babək şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İddiaçı adına 2013, 2014 və 2015-ci illər üzrə hesablanmış əmək haqqı cədvəllərinin, əmək kitabçasının, əmək müqaviləsinin, işə qəbul olunma əmrinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiq olunmuş surətləri Sizə göndərilmişdir. Məktubun qoşma hissəsi mövcud olmasa da tərəflərin hər ikisinin məhkəməyə təqdim etdiyi ********* nömrəli, xx.xx.2022-ci il tarixli məxaric qəbzindən belə məlum olur ki, həmin tarixdə Babək rayon Təhsil Şöbəsi tərəfindən 4.00 manat rüsum ödənilmiş göndəriş sifarişli poçt vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Göndərişin rüsum məbləğinin həcmindən məktubun qoşma hissəsinə əlavə olunmasa da həmin tarixdə yalnız məktubun getmədiyi müəyyən olunur. Eyni zamanda iddiaçı xx.xx.2024-cü il tarixdə fasiləsiz audio yazısının aparıldığı sonuncu məhkəmə baxışı iclasında verdiyi izahatında “əmək haqqının sığorta hissəsinin kəsirinin düzəldilməsi üçün lazım olan 18 ədəd sənədin Babək rayon Təhsil şöbəsində Səhlalı müəllimin otağında yığılıb hazırlandığını, sənədlərin ona göstərildiyini, DSMF tərəfindən tələb olunan sənədlərin həqiqətən də hamısının orada olduğunu, Həsən müəllimdən sənədlərin şəklini telefona çəkmək üçün icazə istəsə də icazə vermədiyini, Səhlalı müəllimin maşını ilə sənədləri poçta apardıqlarını, poçt şöbəsinin rəisi Sevinc xanımın yanına getdiklərini, Sevinc xanımın onları orada işləyən işçinin yanına gətirdiklərini, sənədləşmə işini həll etdikdən sonra poçtdan ona qəbz verdiklərini, bundan sonra Bakıya gedəndə sənədlərin oraya göndərilmədiyini dediklərini, onun yanında Səhlalı müəllimin Sevinc xanıma heç bir qanunsuz göstəriş vermədiyini, hətta Müşfiq müəllimin onun əvəzindən 5 manat poçta sənədlərin göndərilməsi üçün banderol xərcini ödədiyini, həmin qəbzi də məhkəməyə verdiyini” bildirmişdir. Beləliklə iddiaçı öz izahatı əsasında əmlak hüquqlarının bərpası üçün sığortaedən (işəgötürən) Babək rayon Təhsil şöbəsinin vəzifəli şəxsi Cavabdeh1 tərəfindən lazım olan sənəd və məlumatların vaxtında sığortaçıya göndərildiyini təsdiq etmişdir. İddiaçının izahatında istinad etdiyi 18 vərəqdən ibarət sənədə görə 5 manat poçt göndərişinin rüsumunun məbləği isə xx.xx.2022-ci il tarixli məxaric qəbzində qeyd olunan məbləğ arasında əhəmiyyətli fərq olmamaqla eyniləşdirilə biləndir. Həmçinin məhkəməyə tərəflərin hər ikisinin təqdim etdiyi ********* nömrəli, xx.xx.2022-ci il tarixli məxaric qəbzindən belə məlum olur ki, həmin tarixdə Babək rayon Təhsil Şöbəsi tərəfindən 5.10 manat rüsum ödənilmiş göndəriş sifarişli poçt vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Daha sonra Babək rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2022-ci tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 18 vərəqdən ibarət qoşma sənəd əlavə olunmuş oxşar məzmunlu məktubun da yenidən göndərildiyi Cavabdeh1 məhkəməyə təqdim etdiyi yazılı sübutlarla istisna olunmur. Sözügedən sənədlərin müvafiq orqana göndərildiyinə dair məlumat isə xx.xx.2023-cü il tarixdə Babək rayon Təhsil şöbəsinin vəzifəli şəxsi Cavabdeh1 tərəfindən sifarişli poçt vasitəsilə İddiaçı rəsmi məktubla bildirilmişdir. Sözügedən faktı isə iş materiallarında olan ********* nömrəli, xx.xx.2023-cü il tarixli məxaric qəbzi təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Sözügedən halların mövcud olmadığını müəyyən edən məhkəmə faktın etiraf edilməsi barədə iddiaçının izahatını əsaslı sübut kimi qəbul edir və hesab edir ki, sözügedən hal mənəvi zərərin ödənilməsi tələbinin təmini üçün əsas dispozitiv şərt sayılan cavabdehin qanunsuz hərəkətsizliyinin mövcudluğunu istisna edir. Belə ki, “Qərar”ın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının sözügedən hüququnun bərpası üçün 2022-ci ilin aprel ayından etibarən müvafiq orqanlara müraciətlər etdiyi iş materialları ilə öz təsdiqini tapsa da şəxsin həmin müddətdə əmlak hüquqlarının məhdudlaşdırılmasının sırf iş üzrə cavabdehlərin təqsiri, qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. İddiaçı iddia tələbini 500 manat maddi ziyana dair hissədə isə onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən onun rabitə təşkilatları vasitəsilə göndəriş etmək hüququ planlı şəkildə məhdudlaşdırıldığından o əmlak hüquqlarının bərpası məqsədilə birbaşa müvafiq orqanlara qəbul qaydasında müraciət etməli olmuş və bu onun “Naxçıvan-Bakı” və əks istiqamətdə hava və quru yolundan istifadə etməsinə, həmçinin hər dəfə Bakı şəhərində yaşayan qohumlarına hədiyyələr alıb aparmasına və maddi ziyana uğramasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında vurğulanır ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının rabitə təşkilatları vasitəsilə müraciət imkanını məhdudlaşdıran qanunsuz hərəkətlərin edilməsi ilə mülki hüquq pozuntusunun törədilməsi sübuta yetirilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli müxtəlif orqanlardan iddiaçının müraciətlərinə cavab məktublarından isə həmin məktubların iddiaçının birbaşa (yəni həmin orqanlarda qəbulda olmaqla) və ya yazılı şəkildə göndərilmiş müraciətlərinə verilmiş cavablar olduğu müəyyən olunmur. xx.xx.2022, xx.xx.2022-ci il tarixli müraciətlərə cavab məktublarından isə iddiaçının məktubla daxil olmuş müraciətinin cavablandırıldığı müəyyən olunur. İddia tələbinin “2024-cü ilin fevral ayında gecikdirilən məhkəmə işi ilə bağlı Bakı şəhərinə gedərkən uğradığı 200 manat maddi ziyan” tələbinə münasibətdə qeyd edir ki, şəxsin sözügedən hissədə iddia tələbinin əsaslılığı da məhkəmədə sübuta yetirilməmişdir. Ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək hüququnun pozulmasının nədə ifadə olunması, bunun cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə qarşılıqlı əlaqəsinin nədən ibarət olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Məhkəmə Babək rayon Təhsi şöbəsinin baş mühasibi Cavabdeh2 qarşı iddia tələbinə münasibətdə isə qeyd edir ki, sonuncunun məhkəməyə təqdim etdiyi xx.xx.2020ci il tarixli, 43 nömrəli, xx.xx.2022 ci il tarixli, 19 nömrəli, xx.xx.2023-cü il tarixli, 18 nömrəli əmrlərdən müvafiq olaraq Babək Rayon Təhsil Şöbəsində baş mühasib vəzifəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək baş mühasib müavini X17 həvalə edildiyi, xx.xx.2022-ci il taixdən X18 baş mühasib vəzifəsinə təyin edildiyi, xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad olunduğu, həmin tarixdən X15 yenidən baş mühasib əvəzi vəzifəsinə təyin edildiyi və haliyədə həmin vəzifəni icra etdiyi müəyyən olunur. Yəni mübahisəli hüquq münasibətllərinin yarandığı və davam etdiyi dövrdə Cavabdeh2 Babək rayon Təhsi şöbəsinin baş mühasibi vəzifəsində çalışmadığı müəyyən olunur, şəxsin sözügedən orqanda həmin müddətdə və haliyədə mühasib vəzifəsində çalışması isə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16”sının 17-ci fəslinə görə müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir. Xərclər smetasının hazırlanmasını və icrasını təşkil edir. İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin aparılmasına, əməyin ödənişi fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasına nəzarət edir. Aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işləri yerinə yetirir. Ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, inzibatitəsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin mövcud qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsini və uçotdan silinməsini təmin edir. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə yetirilməsinə nəzarət edir. Mühasibat uçotu xidməti bölməsinin işçiləri arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik və nəzarət edir. Mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına diqqət yetirir. Göründüyü kimi mühasibat uçotunun təşkilinə nəzarət mühasibin deyil, baş mühasibin vəzifəsidir. İddiaçı əmlak hüquqlarının pozulması ilə maddi və mənəvi zərərə uğramasının Cavabdeh2 hansı təqsirli hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməməli, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd olunsun. İddiaçının ödədiyi 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar