Məhkəmə qərarları › İş №2(079)-219/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-219/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-219/2021 23.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********03781 olan BQ-7098G markalı telefon üçün 170.4 (bir yüz yetmiş manat qırx qəpik) ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, ümumilikdə 187.4 (bir yüz səksən yeddi manat qırx qəpik) manat borc, 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 207.4 (iki yüz yeddi manat qırx qəpik) manatın Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan iddiasının qiyməti iki min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, xx xxxx 2020-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə X1 arasında malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, həmin müqavilənin tərəfi ərizədə cavabdeh qismində göstərilmiş Cavabdeh deyildir. İddia ərizəsinə əlavə olunmuş müqavilənin əslindən belə məlum olur ki, müqavilənin predmeti iddiaçının özünə məxsus əşyanı - modeli BQ-7098G 8GB, İMEİ Kodu **********03781 olan mobil telefonu, müqavilədə göstərilən şərtlərlə müştəriyə verməsi, müştərinin isə malı müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul etməsidir. Müqavilədə isə müştəri qismində X1 göstərilmişdir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:  386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.  567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.  600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Hazırki vəziyyətdə iddiaçının öz tələbini təsdiq edən halların mövcudluğu ilə bağlı təqdim etməli olduğu əsas sübutetmə vasitəsi iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsidir. Bu səbəbdən də məhkəmə MPM-in 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilədə, müqavilədən irəli gələn bütün mübahisəli məsələlərin tərəflər arasında ilk öncə danışıqlar yolu ilə həll edilməli olduğu nəzərdə tutulmuş, bununla bağlı olaraq "Müştəri"yə müvafiq xəbərdarlıq ünvanlanmış, lakin müştəriyə göndərilmiş xəbərdarlıq imzalanmamışdır. Halbuki hüquqi şəxsin adından sənədlər onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Məhkəmə onu da qeyd edir ki, MPM-in 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq qərar v e r d i m: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim:- Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar