Məhkəmə qərarları › İş №2(079)-222/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-222/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-222/2020 04.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı təşkilat “xxxxxxxxxxx” X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat “xxxxxxxxxxx” MMC xx xxxx 2020-cil tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehxx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40688 olan Samsung Galaxy J6 markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 244 (iki yüz qırx dörd) manat məbləğində pulun “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxxxxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********40688 olan Samsung Galaxy J6 markalı telefon almış və nəticədə 224 (iki yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 612 manat olan İMEİ kodu **********40688 olan Samsung Galaxy J6 markalı telefon üçün ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat olmaqla, 204 manat ödənilməmiş hissə, 61 manat cərimə hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 20 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 408 manat təşkil edir. Məhkəmə iddiaçı təşkilat “xxxxxxxxxxx” X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də cavabdeh “xxxxxxxxxxx” MMC-dən İMEİ kodu **********40688 olan Samsung Galaxy J6 markalı telefon almış, müqavilənin şərtlərinə görə,“xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh həmin müqavilə üzrə əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqaviləsi üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq “xxxxxxxxxxx” MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “xxxxxxxxxxx” MMC üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərinödənilməsini gecikdirmiş və “xxxxxxxxxxx” MMC-yə olan borcunu ödəməmişdir. Cavabdehə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli, 00349901nömrəli müqaviləsindən görünür ki, iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC və Cavabdeh arasında Samsung Galaxy J6 markalı telefon olan əşyanın alqı-satqına dair müqavilə imzalanmışdır. Müqavilənin 1 və 2-ci fəslinə əsasən, müqavilənin predmeti Samsung Galaxy J6 markalı telefon olan əşyanın Kreditorun müştəriyə verilməsinə dair, müştəri isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada Kreditora ödənişlərin edilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.2.-ci maddəsinə əsasən müqavilənin predmeti təşkil edən mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, 00349901nömrəli müqaviləsinə Əlavədə görünür ki, tərəflər alqı-satqı müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Həmin Əlavədən görünür ki, müqavilənin qiyməti 612 manat təşkil edir, onun ödəmə qaydası müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq müştəri ödəməyi öhdəsinə götürmüşdür. Həmin əlavənin 2-ci maddəsinə əsasən “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Həmin əlavənin 3-cü maddəsinə əsasən ödəniş edilən zaman hesablanmış peniya aşkarlanarsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Həmin əlavənin 5-ci maddəsinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və ya 62 AZN məbləğində cərimənin ödənilməsini müştəridən tələb edə bilər. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, 00349901nömrəli müqavilə üzrətəhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung Galaxy J6 markalı telefon olan əşyanı iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə “xxxxxxxxxxx” MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40688 olan Samsung Galaxy J6 markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin verdiyi arayışdan məlum olur ki, Cavabdeh Babək rayonu, Hacıvar kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC-dən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4.-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5.-ci maddəsinə görə, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından da göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC-dən 612 manat məbləğində Samsung Galaxy J6 markalı telefon almış və imzaladığı müqaviləyə əsasən həmin məbləği və hesablanmış faiz məbləğini “xxxxxxxxxxx” MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********40688 olan Samsung Galaxy J6 markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 manat cərimə, ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul tutularaq iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı təşkilat “xxxxxxxxxxx” MMC tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx xxx 2020-cu il tarixli, TT ********* nömrəli qəbz ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiatəmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********40688 olan Samsung Galaxy J6 markalı telefon üçün 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat məbləğində pulalınaraq iddiaçı təşkilat “xxxxxxxxxxx” X2 ödənilsin. xxxxxxxxxxx” MMC tərəfindən Hökumət Ödəniş Portalı vasitəsilə xx xxx 2020-cu il tarixli, TT ********* nömrəli qəbz ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar