Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-222/2021 27.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********06187 olan X1 8 markalı telefon üçün 610.4 (altı yüz on manat qırx qəpik) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat cərimə, ümumilikdə 671.4 (altı yüz yetmiş bir manat qırx qəpik) manat borcun, 30 manat dövlət rüsumu, cəmi 701.4 manatın Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan iddiasının qiyməti iki min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.4-cü maddələrinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2019-cu ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş müqavilənin əslindən belə məlum olur ki, müqavilənin predmeti iddiaçının özünə məxsus əşyanı - İMEİ Kodu **********06187, modeli X1 8 Pro 6/64 GB olan mobil telefonu, müqavilədə göstərilən şərtlərlə müştəriyə - Cavabdeh verməsi, müştərinin isə malı müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul etməsidir. Həmin müqavilənin: 2.2-ci bəndindən müqavilənin predmetini təşkil edən "Mal"a dair geniş məlumat və "Mal"ın qiymətinin müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə ilə müəyyənləşdirildiyi; 2.4-cü bəndindən "Müştəri" nin malı qəbul etməsi və yalnız "Mal"ı istifadə hüququnun ona keçməsinin nəzərdə tutulduğu; 2.5-ci bəndindən müqavilənin bütün şərtləri yerinə yetirildiyi təqdirdə "Mal"a mülkiyyət hüququnun "Müştəri"yə keçdiyi; 3.1-ci bəndindən "Müştəri"nin müqavilənin şərtini (şərtlərini) pozduğu halda, "Mal"ı "ABC" nin tələbi ilə geri qaytarmalı olduğu; 3.4-cü bəndindən "Müştəri"nin Müqavilə şərtlərini pozduğu halda, "ABC" malın istifadəsini mümkünsüz edə biləcəyi, o cümlədən əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya biləcəyi; 4.1-ci bəndindən isə bu müqavilədən irəli gələn bütün mübahisəli məsələlərin tərəflər arasında danışıqlar yolu ilə, əks halda yaranan mübahisələrin Azərbaycan Respublikasının məhkəmə sistemində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilməsinin nəzərdə tutulduğu məlum olur. Qeyd edilən müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən aydın olur ki, müqavilə üzrə verilmiş əşyaya dair ödənişin müştəri tərəfindən 12 aylıq müddətdə, hər ay 59.9 AZN olmaqla həyata keçirilməsi müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişdə əksini tapmış təhvil təslim aktından Cavabdeh sözügedən mobil telefonu tam qüsursuz halda təhvil aldığı məlum olur. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş xx xxxxx 2021-ci il tarixli maliyyə ödəniş cədvəlindən cavabdehin iddiaçıya ümumilikdə 671.4 manat borcunun qaldığı görünür. Həmçinin müqaviləyə əlavənin 5-ci bəndinə görə Müştəri Ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə "ABC"-nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 72 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Maliyyə arayışından “ABC”-nin “müştəri”dən müqavilənin qiymətinin ödənilməmiş hissəsini dərhal və mübahisəsiz yerinə yetirilməsini tələb etmək hüququnun yarandığı məlum olur. Həmçinin müqavilədən irəli gələn bütün mübahisəli məsələlərin tərəflər arasında ilk öncə danışıqlar yolu ilə həll edilməli olması nəzərdə tutulmuş, buna müvafiq olaraq da müştəriyə əşyanın tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğinin ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Lakin iddia əriəzsinə əlavə olunmuş sözügedən xəbərdarlıq məktubu “ABC” tərəfindən imzalanmamışdır. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatın 24-cü bəndindən aydın olur ki, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədi ilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsi ilə həyata keçirilir. Buradan belə bir nəticə hasil olur ki, imzasız olaraq iddia ərizəsinə əlavə edilmiş Xəbərdarlıq məktubu rəsmiləşdirilməmişdir, yəni heç bir hüquqi qüvvəsi yoxdur. Bu isə özlüyündə tərəflər arasında bağlanmış Müqavilənin 4.1-ci bəndində nəzərdə tutulan, müqavilədən irəli gələn bütün mübahisəli məsələlərin tərəflər arasında danışıqlar yolu ilə, əks halda yaranan mübahisələrin Azərbaycan Respublikasının məhkəmə sistemində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilməli olması barədə müddəasına əməl olunmadığını göstərir. Cavabdehin yalnız bu barədə lazımi qaydada edilmiş xəbərdarlığı nəticəsiz qaldığı təqdirdə məhkəməyə müraciət etmək, eyni tələbi məhkəmə qaydasında Müştəriyə qarşı irəli sürmək hüququna malik ola bilərdi. Lakin sözügedən tələbə əməl olunmaması onu deməyə əsas verir ki, "ABC"-nin əsaslandığı müştəriyə qarşı ödənişləri tələbetmə hüququ barədə mübahisə mövcuddur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.4-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-222/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-222/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver