Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-223/2022 26.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “25” aprel 2022-ci ildə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh bankın xeyrinə 3782.4 (üç min yeddi yüz səksən iki manat, qırx qəpik) manat əsas, 334.18 (üç yüz otuz dörd manat, on səkkiz qəpik) manat miqdarında faiz borcu və 713.41 (yeddi yüz on üç manat qırx bir qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 4829.99 (dörd min səkkiz yüz iyirmi doqquz manat, doxsan doqquz qəpik) manat borcun və 64 (altmış dörd manat) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə (və ya iddia ərizəsi) ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsində kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin forma və məzmunu öz əksini tapıb. Həmin normanın tələbindən görünür ki, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir (284-3.2 və 284-3.2.4-cü maddələr). İddiaçı isə qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və ərizəsində öz tələbin əsaslığını təsdiq edən sənədləri göstərməmişdi. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. "Elektron Məhkəmə" informasiya sistemindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin həmin sistemdə qeydiyyatdan keçməsi müəyyən edilsə də o, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbinə əməl etməmiş və ərizəni poçt vasitəsi ilə məhkəməyə göndərmişdi. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1 və 150.1.2ci maddələrinin mahiyyətindən görünür ki, iddia ərizəsinə əlavə edilməli sənədlərdən biri dövlət rüsumunun ödənilməsi haqqında sənəddir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanlandığı ərizə və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olur ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi 06 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbzin surətini ərizəyə əlavə edilmişdi. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi ilə 13 yanvar 2022-ci ildə məhkəməyə müraciət etmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi 06 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbzi ərizəyə əlavə edilmişdi. Məhkəmənin “14” yanvar 2022-ci il tarixli, 2(079)-80/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış, qərardad 07 fevral 2022-ci ildə icraya yönələrək, bu barədə iddiaçıya məlumat verilmişdi. Hazırki ərizəsinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti yenə də 06 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbzi əlavə etdiyindən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınaraq icraya yönəldiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsi ilə müəyyən edilir ki, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə barədə ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-223/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-223/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver