Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-228/2021 28.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 744.11 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 0 manat cərimə borcu olmaqla, ümumilikdə 744.11 (yeddi yüz qırx dörd manat on bir qəpik) manat borcun və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıya bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol verilir. Tələbdən aydın olur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiasının qiyməti iki min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Bu səbəbdən də ərizənin MPM-in 23-1-ci fəslində nəzərdə tutulmuş normaların tələbləri daxilində verilib-verilmədiyi araşdırılmalıdır. MPM-in 284-4-cü maddəsində işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. MPM-in 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, xx xxxxxx 2020-ci il tarixində tərəflər arasında smile kredit xətti müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş tərəflərin imzaladığı müqavilənin əslindən belə məlum olur ki, həmin müqavilə ilə Bank Borcalana 750 (yeddi yüz əlli) manat məbləğində bərpa olunan kredit xətti açır. Borcalan isə bu müqavilənin şərtləri çərçivəsində açılmış kredit xətti üzrə məbləği komissiya haqqı ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış smile kredit xətti müqaviləsinin: - 1.3 və 1.4-cü bəndinə əsasən kredit xətti 36 (otuz altı) ay müddətinə açılır, kredit xəttindən istifadəyə görə faiz ödənişi nəzərdə tutulmur. - 1.6-cı bəndinə əsasən kredit xətti, bu müqavilə ilə müəyyən olunan şərtlər Borcalan tərəfindən icra edildikdən sonra Bank tərəfindən Borcalanın AZ23AZEN******************** nömrəli cari hesabına kredit məbləğinin köçürülməsi yolu ilə açılır və Əsas borcun və ona hesablanmış komisyon haqqının qaytarılması istisna olmaqla, bu hesabla bağlı bütün digər əməliyyatlar yalnız bank kartı vasitəsilə aparılır. - Bank və Borcalan arasında Bank kartı ilə əlaqədar münasibətlər Bankla Borcalan arasında bağlanmış "Bank hesabı müqaviləsi" (fiziki şəxsə bank kartları üzrə xidmətlərin göstərilməsi haqqında) ilə tənzimlənir. - 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə hər ayın sonunda ay ərzində aparılan hər bir əməliyyat üçün ayrılıqda ödəniş cədvəli yaranır və Borcalan Banka ödənişi əməliyyatın aparılması tarixindən asılı olmayaraq ayın 01-dən 10-dək ödəniş cədvəlinə əsasən həyata keçirir. - 4.1.1-ci bəndinə görə Bankın müqavilənin 5-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada müqaviləni ləğv etmək və Əsas borcun, komisyon haqqının və cərimənin dərhal qaytarılmasını tələb etmək hüququ vardır; - 5.1.5-ci bəndinə görə Borcalan müqavilə ilə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə Bank öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər; - 6.2-ci bəndinə əsasən, bu müqavilə bank tərəfindən müqavilənin 5.1-ci bəndində nəzərdə tutulan hallarda birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Bu halda Bank 10 (on) təqvim günü (əsas kimi poçt qəbzində göstərilən göndərilmə tarixi hesab olunur) qabaqcadan müqavilənin birtərəfli qaydada ləğv olunması barədə əsaslandırılmış xəbərdarlığı Borcalana göndərir. - 11.1 və 11.2-ci bəndlərinə görə isə bu müqavilə ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir, qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada kredit məbləğinin borcalanın müvafiq hesabına köçürülməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunmamışdır. İddiaçı balansdankənar məxaric orderi və qəbzi iddia ərizəsinə əlavə etməklə Cavabdeh plastik kartın verilməsini təsdiq edən sübutları təqdim etsə də, öz tələbini təsdiq edən halların mövcudluğu ilə bağlı əsas sübutlardan biri olan müqavilədən irəli gələn öhdəliyinin icrasının yerinə yetirilməsini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Məhkəmə bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyildir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından imtina olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 284-4.1-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. “xxxx” Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-228/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-228/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver