Məhkəmə qərarları › İş №2(079)-241/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-241/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-241/2020 18.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçıtəşkilat «xxxxxxxxxxxxxxxx» QBKT X1 cavabdeh MəmmədovFəyaz Xanlar oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki işə BabəkRayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasındabaxaraq, müəyyən etdi: İddiaçı təşkilat «xxxxxxxxxxxxxxxx» QBKT Məhdud MəsuliyyətliMüəssisəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdehəsas borc üzrə 1146.78 (bir min yüz qırx altı manat, 78 qəpik) manat, faizborcuna görə 70 (yetmiş) manat, cəmi 1216.78 (bir min iki yüz on altı manat, 78qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxx»QBKT MMM-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahişetmişdir. İddiaçı təşkilat iddia ərizəsində göstərmişdir ki, iddiaçı“FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh arasındabağlanmış xx.xx.2019-cu il tarixli, **********0360 saylı kredit müqaviləsinə əsasənborcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29% faiz dərəcəsiolmaqla 12 ay müddətinə 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun həray 148 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. X3 nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmindəpul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir.Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən,Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdətutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinəgötürür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görəkreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borcməbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh MəmmədovFəyaz Xanlar oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci iltarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borcüzrə 1146.78 AZN, faiz borcuna görə 70.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi1216.78 (bir min iki yüz on altı manat, yetmiş səkkiz qəpik) AZN təşkil edir.Cavabdeh ilə öhdəliyinicra edilməsi barədə danışıqlar iddiaçı təşkilat tərəfindən aparılmışdır,lakin, danışıqlar heç bir nəticə verməmişdir və iddiaçı təşkilat “FİNCAAzerbaijan” MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyəərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Sonda iddiaçı təşkilat qanunvericiliyin bir sıra müddəalarına istinad edərək iddianıntəmin edilməsi, Cavabdeh əsas borc üzrə 1146.78AZN, faiz borcuna görə 70.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1216.78(bir min iki yüz on altı manat, yetmiş səkkiz qəpik) məbləğində borcun və 30manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı təşkilat “FİNCA Azerbaijan”MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxx» QBKT MəhdudMəsuliyyətli Müəssisəsinin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdənkeçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarınçıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraatqaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu iltarixli, **********0360 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçıtəşkilat «xxxxxxxxxxxxxxxx» QBKT MMM ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəligələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 1-ci fəslinin şərtlərinəgörə “Kredit Alana”-a 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir.Həmin fəslin şərtlərinə əsasən borcalan Kreditora 12 ay müddətinə, illik 29% dərəcəsiilə faiz ödəməyi, faizlər kreditin “Borcalana” verildiyi gündən hesablanır vəbu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən kreditin qaytarılma cədvəlinəmüəyyən edilmiş qaydada və məbləğlərdə ödənilir. Həmin müqavilənin Kredit ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər kreditmüqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dairrazılığa gələrək həmin qrafiki imzalamışlar. İşmateriallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, kredit kartının mədaxil(qəbul) aktından məlum olur ki, xx xxxx 2019-cu il tarixli, **********0360saylı kredit müqaviləsinə əsasən Cavabdeh, üzərində “Fincard”adı qeyd edilmiş, **********776229 saylı kredit kartını iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ciil tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə iddiaçı təşkilata əsas borc üzrə 1146.78 (bir min yüz qırx altı manat,78 qəpik) manat, faiz borcuna görə 70 (yetmiş) manat, cəmi 1216.78 (bir min ikiyüz on altı manat, 78 qəpik) manat məbləğində borcu mövcuddur. İddiaçının ərizəsini və ona əlavəedilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiqedən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmişicraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyədaxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlərəsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçünçağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdirki, iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxx» QBKT MMM öz tələbinin əsası kimiistinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadəetdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin iddiaçıyaqaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdehmüqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinəyetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərininyerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edənsübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeydedilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası MülkiMəcəllənin; 385.1-ci maddəsinəəsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli,əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsininicrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranıgecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirməzamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditorqarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasənöhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyəborcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda buqayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununaəsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyunqaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsinhesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə qeyd edilən maddi hüquqnormalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləğiiddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehəfaizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyənedilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsiüzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulmasıhaqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədəgöstərir. Beləliklə, təqdim edilən sənədlərin işüzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrinvə ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh əsas borc üzrə 1146.78 (bir min yüz qırx altı manat, 78 qəpik) manat, faiz borcuna görə 70 (yetmiş) manat, cəmi 1216.78 (bir min iki yüz on altımanat, 78 qəpik) manat məbləğində pul tutularaq iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxx»QBKT MMMnin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu iləbağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan RespublikasıMülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddiaçı təşkilat «xxxxxxxxxxxxxxxx» QBKT MMM tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və AzərbaycanRespublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 1146.78 (bir min yüz qırx altı manat, 78 qəpik) manat, faiz borcuna görə 70 (yetmiş) manat, cəmi 1216.78 (bir min iki yüz on altı manat, 78 qəpik) manat məbləğində pulun tutularaq iddiaçı təşkilat xxxxxxxxxxxxxxxx» QBKT X1 xeyrinə ödənilsin. İddiaçı təşkilat «xxxxxxxxxxxxxxxx»QBKT X2 tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyigündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonraqanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar