Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-246/2020 25.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, iddiaçı «xxxxxxx» KB X3 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxx» KB ASC xx xxxxxx 2020-ciil tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1000 (bir min) manat əsas, 120.11 (bir yüz iyirmi manat, 11 qəpik) manat faiz, və 7.73 (yeddi manat, 73 qəpik) manat cərimə olmaqla, cəmi 1127.84 (bir min yüz iyirmi yeddi manat, 84 qəpik) manat manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatməbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxxxxx» KB ASC ərizəsini onunla əsaslandırmışdır ki, «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 120 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə görə “Borcverən” bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə və faizlə “Borcalana” kredit xətti ayırır. “Borcalan” isə öz növbəsində bu müqavilənin 4.3.2-ci bəndinə əsasən “Krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə “Bank”-a qaytarır”. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir nəticə verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçı «xxxxxxx» KB X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəfin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə «xxxxxxx» KB ASC ilə arasında bağlanmış 16351sAHM/19 saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1.1 və 4.3.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə əsasən Bank “Borcalana” 120 ay müddətinə, illik 35 % faiz olmaqla 20.000 (iyirmi min) mant məbləğdə kredit limiti ayırır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, Balansdankənar Məxaric orderindən məlum olur ki, Cavabdeh, üzərində “Sevimlikart” adı qeyd edilmiş, 929292******1530 saylı kredit kartını iddiaçı təşkilatdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materialların əlavə olunmuş Borcalanın mobil telefon nömrəsinə göndərilən SMS kreditdən məlum olur ki, iddiaçı təşkilat xx.xx.2019-cu il tarixdə Cavabdeh 18 aylıq, 1000 (bir min) AZN məbləğində, illik 29.5 faizlə krediti cavabdehin hesabına köçürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə «xxxxxxx» KB ASC-nə 1000 (bir min) manat əsas, 120.11 (bir yüz iyirmi manat, 11 qəpik) manat faiz, və 7.73 (yeddi manat, 73 qəpik) manat cərimə olmaqla, cəmi 1127.84 (bir min yüz iyirmi yeddi manat, 84 qəpik) manat məbləğində borcu mövcuddur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «xxxxxxx» KB ASC və Cavabdeh arasında 16351sAHM/19 saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh 120 ay müddətinə, illik 35 % ödəmək şərti ilə 20000 (iyirmi min) manat ümumi məbləğində kredit limiti ayrılmış və kredit müqaviləsi şərtlərinə borclu Cavabdeh tərəfindən əməl edilməmiş, o, yaranmış pul borcu və həmin borca hesablanmış faiz və cərimə pulunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun «xxxxxxx» KB ASC qarşısında 1000 (bir min) manat əsas, 120.11 (bir yüz iyirmi manat, 11 qəpik) manat faiz, və 7.73 (yeddi manat, 73 qəpik) manat cərimə olmaqla, cəmi 1127.84 (bir min yüz iyirmi yeddi manat, 84 qəpik) manat manat məbləğində borcu yaranmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı «xxxxxxx» KB ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh iddiaçı «xxxxxxx» KB ASC-dən aldığı kredit üzrə əsas , faiz və cərimə borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatdan məlum olur ki, Cavabdeh Babək rayonu, Aşağı Buzqov kəndində qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunıı ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1000 (bir min) manat əsas, 120.11 (bir yüz iyirmi manat, 11 qəpik) manat faiz, və 7.73 (yeddi manat, 73 qəpik) manat cərimə olmaqla, cəmi 1127.84 (bir min yüz iyirmi yeddi manat, 84 qəpik) manat manat tutularaq iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nə verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiatəmin edilsin. Cavabdeh 1000 (bir min) manat əsas, 120.11 (bir yüz iyirmi manat, 11 qəpik) manat faiz, və 7.73 (yeddi manat, 73 qəpik) manat cərimə olmaqla, cəmi 1127.84 (bir min yüz iyirmi yeddi manat, 84 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı «xxxxxxx» Kommersiya Bankı X3nə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-246/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-246/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver