Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-247/2020 16.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdehn və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ordubad rayonu, Kotam kəndində yerləşən “xxxxxxxxx” MMC-yə olan 6455,40 (altı min dörd yüz əlli beş manat, 40 qəpik) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, rəhbəri olduğu “xxxxxxxxx” MMC-də çalışan Cavabdeh ilə xx xxxxxx 2020-ci ildə işə başlayıblar, əvvəllər vasitəçilər vasitəsi ilə iş birlikəlri olub, xx xxxxxx 2020-ci il tarixdən sonra birbaşa şəxsən özü ilə əməkdaşlığa başlayıblar.Taleh Naxçıvan şəhərində yerləşən “Dan Yeri” AVM-də 700 AZN əmək haqqı müqabilində qəssablıq fəaliyyətinə başlayıbdır, Taleh işə başladığı vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci tarixdədək təftiş olunub, bu zaman məlum olub ki, xxxxxxxxx MMC-yə ödəməli olduğu məbləğin 5012 AZN-i çatışmır, Cavabdeh 5012 manat məbləğində pulu ödəyəcəyinə, 1080 manat dəyərində isə əti geri qaytaracağına, 750 AZN nisyədə olduğunu və 3182 AZN -nin 11 ay müddətinə hər ay 300 AZN əmək haqqından tutulmaqla ödəyəcəyinə söz veribdir, sonra 3 ay ərzində 900 AZN ödəyib və nisyədə olan 750 AZN pulu qaytarıbdır, 1080 AZN-lik ət (90 kq) təhvil veribdir. Araşdırma zamanı məlum olub ki, Cavabdeh “xxxxxxxxx” MMC-dən gizli olaraq Babək şəhər Badaşqan kəndində yaşayan Həvva xanım adlı qadının şəxsi həyətində 2 baş iribuynuzlu mal gətirərək kəsibdir. Məlum olmuşdur ki, həmin iri buynuzlu malların əti qoca və keyfiyyətsiz olubdur, sonra bir neçə gün soyuducusuz şəraitdə saxlayaraq satılmamaq bəhanəsi ilə və ticarətin zəif olması adı ilə 90 kq əti geri qaytarıb, qalan 157.200 kq əti pis şəraitdə saxlayaraq xx xxxxx 2020-ci il tarixdə “Dan yeri” AVM-də qalıq ət kimi qaralmış vəziyyətdə təhvil veribdir. Cavabdeh 1080 manat məbləğində (90 kq ətin dəyəri ), 1886.4 manat məbləğində (157.200 kq ətin dəyəri) cəmi 2966.40 manat qalıq borcun ödənməsini tələb edirlər. Sonradan 2020-ci il iyun ayının 25-dən iyul ayının 5-i tarixinə qədər “xxxxxxxxx” MMC-nin “Sizin market” AVM-də çalışan işçisi Səfərin atası xəstə olduğundan Teleh onu əvəz edibdir. Əmək haqqının 100 manat artırılması müqabilində işlədiyi müddət ərzində yenidən 1639 manat pul kəsiri hesabat vaxtı aşkaralanıbdır, şirkətdə aparılan hesabatdan sonra məlum olubdur ki, Cavabdeh onlardan dələduzluq yolu ilə mənimsədiyi pula maşın və danalar alıbdır, bu faktları Cavabdeh özü də təsdiqləyir, inəkləri borcunu əvəzi olaraq “xxxxxxxxx” MMC-nin direktoruna təhvil vermək istəsə də, MMC-nin işçiləri bunu qəbul etməyibdir. Sonradan inəkləri Babək şəhəri Nehrəm qəsəbəsində yaşayan Feyzulla adlı şəxsə satmış və pulunu “xxxxxxxxx “ MMC-yə ödəyəcəyini bildiribdir, pulu axşam Feyzulladan alaraq şəxsi borcunu öz imzası olan sənəddə göstəribdir. Bu faktı Feyzulla adlı şəxs təsdiqləyə bilər. Cavabdeh “xxxxxxxxx” şirkətinə olan borcu xx xxxxx 2020-ci il tarixə 1850 manat, 1080 manat, 1866.40 manat, cəmi borc 4816.40 manat əlavə olaraq xx xxxx 2020-ci tarixə 1639 manat təşkil edir. X6 ümumi borcu 6455.40 manat təşkil edir. Sonda iddiaçı qeyd olunanları nəzərə alaraq X3 Ordubad rayon Kotam kəndində yerləşən “xxxxxxxxx” MMC-yə olan 6455.40 (Altı min dörd yüz əlli beş) manat 40 qəpik pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəmədə iddiaçını vəkil-nümayəndə Vəkil1 təmsil etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 izahatında bildirdi ki, təmsil etdiyi İddiaçı iddia ərizəsində işin mahiyyəti barədə ətraflı məlumat göstəribdir, əlavə olaraq o bir daha vurğulayır ki, xx xxxxxx 2020-ci il tarixdən Cavabdeh “xxxxxxxxx” MMC-də 700 manat maaş müqavilində işə girib, onun həmin tarixdən xx xxxx 2020ci il tarixədək qısa müddət ərzində 5012 manat kəsiri olubdur, dəfələrlə əti qaraldıb xarab edibdir, bu bir dəfə baş verməyibdir, bilinir ki, Taleh ətləri qəsdən qaraldıb, xarab edibdir, ona dəfələrlə güzəşt olunubdur, Cavabdeh “xxxxxxxxx” MMC-yə iddia ərizəsində göstərilənlərdən də əlavə maddi ziyan vurubdur, 25.06-xx.xx.2020-ci il tarixlərdə Səfərin atası xəstə olduğu üçün Taleh onun işini görüb və hər ay əlavə 100 manat alıbdır, Cavabdeh 1639 manat borcu olması şahid ifadələri ilə də təsdiq olunur, Cavabdeh Havanın həyətində malları aparıb kəsib və həmin malların pulları ilə özünə maşın alıbdır, maşını gizlətmək məqsədi ilə onun başqasının adına sənədləşdiribdir, lakin sübut olundu ki, maşın Havanın həyətində olubdur, şahid Feyzullanın ifadəsindən aydın olur ki, Cavabdeh borcu var, lakin o borcunu ödəməyibdir, sonda vəkil-nümayəndə Vəkil1 göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Vəkil1 bildirdi ki, Cavabdeh ilə “xxxxxxxxx” MMC ilə əmək müqaviləsi bağlanmayıbdır, Cavabdeh şirkətlə şifahi razılaşma əsasında fəaliyyət göstəribdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh izahatında bildirdi ki, o iddianı qəbul etmir, 2020-ci ilin fevral ayının 1-dən o, “xxxxxxxxx” şirkətinin ferma müdiri Elşadın vasitəsi ilə şirkətlə şifahi razılığa əsasən Elşaddan ət qəbul edərək “Danyeri”ndə qəssab kimi ət satıbdır, bir müddət işlədikdən sonra onunla Ordubad rayonunda fermada haqq-hesab etdikdən sonra ona 2377 manat borcu olduğunu bildiriblər, həmin borcun 750 manatı nisyə satılıbdır, nisyə satdığı 750 manat qaytarıb və əlavə olaraq 33 mal kəsibdir, həmin malların çəkisindən “quruma” itkiyə getməsi çıxılmayıbdır, həmin mallara görə 432 manat güzəşt edilibdir, qalan borcu 1850 manatı isə deyiblər “başıvı sal aşağı hər ay 300 manat ödəyərsən”, o 1850 manat borcunun olması ilə bağlı sənədə ona təzyiq etdiklərinə görə imza edibdir, həmin borcdan o heç bir ödəniş etməyibdir, iddia ərizəsində göstərilən 1639 manat pul xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək dövr arası qalan puldur, Əmir müəllimin bacıoğlusu Şəhriyar gəlib deyibdir ki, 2020-ci ilin 25-dən iyunun 27-dək haqq-hesab olunmayıbdır, iyunun 27-dən xx xxxx 2020-ci ilədək haqq-hesab ediblər, qalıq qalan əti o Musaya veribdir, qaytardığı ətin dəyəri 1639 manat olubdur, onun qaytardığı ətin pulunu deyiblər ödəyəcəksən, yenə də dedilər “başıvı sal aşağı hər ay 300 manat ödəyərsən”, bundan sonra 1639 manat borcdan 600 manat pulu o Musaya veribdir, 1039 manat pulu isə o ödəyə bilməyibdir, o 600 manat pulu Şəhriyar dediyi üçün Musaya veribdir. İddia ərizəsində göstərilən 90 kq dəyəri 1080 manat və 157 kq dəyəri 1886.40 manat göstərilən əti ona 2020-ci ilin mart ayının ortasında Elşad “Danyerinə” gətiribdir, həmin vaxt o Elşada ətlərin xarab olduğunu, “Danyerində” təmizləyə bilməyəcəyini Babək rayonu, Badaşqan kəndində cücə saxladığı həyətə aparmağı, həmin həyətdə malların ətinin sümükdən ayırmağını deyibdir, bundan sonra onlar həmin əti “Uaz” markalı avtomobillə Babək rayonu, Badaşqan kəndinə gətiriblər, burada əti endirdikdən sonra Elşad 50 ədəd iki aylıq cücənin pulunu verib götürüb gedibdir, o isə gətirdikləri əti sümükdən ayırıb, səhəri gün “Cahan AVM”də olan yeməkxanaya təhvil vermək üçün aparıbdır, yeməkxana əti xarab olduğu üçün qəbul etməyibdir, o da həmin əti “Cahan AVM”də olan “Ləzzət” şirkətinin dondurucularına yığıbdır, bir gün sonra həmin əti Elşadın özünə təhvil veribdir, təhvil verən zaman əti çəkiblər 85 kq və 157 kq olubdur, bundan sonra Elşad həmin ətləri götürüb gedibdir, cavabdeh əlavə olaraq bildirdi ki, Şahid4 yalan deyir, 2020-ci ilin fevral, mart aylarında ona əti Elşad veribdir, həmin vaxtlarda 90 kq və 157 kq əti də Elşad ona veribdir, sonda Cavabdeh qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, o 2020-ci ilin fevral ayından 2020-ci ilin iyul ayına qədər “xxxxxxxxx” şirkətinin “Dan yerində” ətini satıbdır, fevral və mart ayları ona əti satması üçün Elşad gətiribdir, mart ayından sonra isə Şəhriyar gətiribdir, razılığa əsasən ona verilən əti satıb pulunu ödəməli idi, satılmayan qalan əti isə o şirkətə geri qaytarmalı idi, Elşadın gətirdiyi 90 kq və 157 kq ət xarab olduğundan o sata bilməyibdir, həmin əti də geri qaytarıbdır, 1639 manat olan borcu da geri qaytardığı ətə görə yaranıbdır, 2020-ci ilin mart ayının ortalarında Elşadın gətirdiyi 90 kq bir və 157 kq bir olan iki ədəd inək olubdur, Elşad həmin malları “Dan yerinə” gətirib o isə Elşada, ətin xarab olduğunu, həmin əti “Dan yerində” təmizləyə bilməyəcəyini, bundan sonra həmin malların ətini o Elşadla birlikdə “Uaz” markalı avtomobillə Almaz xanımın həyətinə gətiriblər, Elşad həmin vaxt Almaz xanıma və qızı Havaya pul veribdir ki, ona əti sümükdən ayırmasına köməklik etsinlər, Almaz xanımla o Badaşqan kəndinə şərikili olaraq cücə saxlayıbdır. O saxladığı 1500 ədəd cücəni satıb əvəzində biri 500 manat olan iki ədəd dana alıbdır və Əmir müəllimdən iki ədəd danaları göütürüb onun borclu olduğu 1850 manatdan çıxılmasını istəyibdir, lakin ona iki danaya görə 600 manat təklif olunduğu üçün o razı olamayıbdır. Əlavə olaraq Cavabdeh bildirdi ki, ona iki danaya görə təklif olunan 600 manat pul 1850 manat borcuna görə deyil 1639 manat borcundan çıxılmasını istəyibdir, həmin borc isə onun təqsiri olmadan xarab olan ətin əvəzinə ödənilməsini istədikləri borc olubdur, halbuki onun borcu olmayıbdır, o məcbur edilibdir və o borcunun olması barədə sənədə imza edibdir, 1639 manat borcundan isə o 600 manat ödəyə biləcəyini bildiribdir, həmin 600 manatı isə o Musaya ödəyibdir, Feyzulladan iki danaya görə aldığı 1000 manat puldan o 600 manatını Musaya veribdir ki, onun 1639 manat borcundan çıxılsın, lakin həmin pul onun borcundan çıxılmayıbdır, “xxxxxxxxx” MMC ilə onun arasında isə əmək müqaviləsi bağlanmayıbdır, o həmin şirkətdə şifahi razılaşma əsaında qəssablıq edibdir. Məhkəmədə Cavabdeh vəkili Vəkil2 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh işin mahiyyəti barədə geniş izahat veribdir, digər tərəf olan İddiaçı nümayəndəsi iş üzrə əhəmiyyətli olan hallar barədə açıqlama verə bilməyibdir, İddiaçı iddia ərizəsində göstəribdir ki, 90 kq və 157 kq əti Cavabdeh şirkətə qaytarıbdır və şirkətlə cavabdeh arasında olan razılığa əsasən Cavabdeh satdığı ətin pulunu ödəmək öhdəliyi götürübdür, satılmayan əti isə şirkət geri götürüb Cavabdeh borcundan çıxmaq öhdəlik götürübdür, iddia ərizəsindən görünür ki, Cavabdeh tələb edilən əti iddiaçı təşkilata qaytarıbdır, eyni zamanda həmin əti şirkət tərəfindən Cavabdeh təhvil verilməsi və həmin ətin Cavabdeh təqsiri ucbatından xarab olması ilə bağlı iddiaçı tərəf heç bir sübut təqdim edə biməyibdir, əlavə olaraq vəkil bildirdi ki, xx.xx.2020-ci idən Talehlə “xxxxxxxxx” arasında iş birliyi olubdur, lakin Talehə 900 manat əmək haqqı vəd olunsa da, 700 manat əmək haqqı verilbdir, hər ay əmək haqqısından 300 manat tutulubdur, ətin verilməsi barədə heç bir əməliyyat aparılmayıbdır, Talehə hədə-qorxu ilə borcu olmasına dair sənədə imza etdiriblər, iddia ərizəsində xx xxxxx 2020-ci ildə 1850 manat borc yazılıb, təqdim olunan hesabatda isə göstərilibdir ki, hər ay 300 manat olmaqla üç ay ödəniş aparılıbdır, bundan əlavə “xxxxxxxxx” MMC arasında əmək müqaviləsi bağlanmayıbdır, Cavabdeh şifahi razılaşma əsasında həmin MMC-də fəaliyyət göstəribdir, tərəflər arasında razılaşmaya görə Talehin kəsdiyi hər baş mal üçün 50 manat pul verilməli olsa da o pul cavabdehə verilməyibdir, Cavabdeh ilə, sonda Vəkil2 qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunan Şahid4 ifadəsində bildrdi ki, o “xxxxxxxxx” MMC-də ferma müdiri işləyir, onun vaistəçiliyi ilə “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında razılığa əsasən Cavabdeh qəssab kimi “xxxxxxxxx” MMC-nin ətini satıbdır, həmin razılığa əsasən o cavabdehə 2020-ci ilin yanvar-fevral aylarında ət veribdir, razılığa əsasən Cavabdeh verilən əti qəbul edib satıb pulunu ödəməli idi, o əvvəllər əti qəssab Salehə veribdir, Saleh isə qəbul etdiyi əti veriridi digər qəssablar eyni zamanda Cavabdeh onlarda satırdılar, 2019-cu ildən və 2020ci ilin yanvar fevral ayları isə o əti birbaşa Cavabdeh veribdir, axırıncı dəfə hardasa fevral-mart aylarında “Cahan AVM” yeməkxanasının sahibi Oqtay müəllim ona zəng vurub “mən sizdən bu əti götürə bilmərəm” deyibdir, o soruşanda niyə Oqtay müəllim ona “ət yararsızdır ona görə” deyə cavab veribdir, həmin ətin çəkisi 157 kq olubdur, həmin yeməkxana onların verdiyi ətin “yan boşluqlarını” götürübdür hər zaman, cavabdehin dediyi kimi o Cavabdehla Badaşqan kəndinə ət aparmayıbdır, cavabdehin dedikləri yalandır. Məhkəmədə sualları cavablandıran Şahid4 bildirdi ki, hər dəfə o fermadan kəsib apardığı ətləri Cavabdeh təhvil veribdir, Cavabdeh əti qəbul edən zaman ət ilə bağlı heç bir narazıçılıq etməyibdir, əti qəbul etdikdən sabahısı gün isə Cavabdeh zəng vurub bildirirdi ki “ət xarab olub, buzdolabı sönülü olduğu üçün ət xarab olubdur”, qəbul edilən ətlərə Cavabdeh olubdur, Cavabdeh təftiş edilən zaman onun borcu olduğu müəyyən olunubdur, Cavabdeh ilə razılığa əsasən cavabdeh götürdükləri əti satıb pulunu ödəməli idi, satılmayan ət onlara qaytarılmayıbdır, satılmayan ətin də pulunu Cavabdeh ödəməli idi, Cavabdeh tərəfindən ətlərin təhvil alması barədə heç bir sənəd olmayıbdır, o Cavabdeh təhvil verdiyi ətlərin hesabını öz kitabında qeyd edibdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunan Şahid1 ifadəsində bildirdi ki, İddiaçı ilə ailəvi dostdurlar, 2020-ci ilin mart ayında İddiaçı Bakı şəhərində olubdur, həmin vaxt yollar bağlı olduğundan, İddiaçı ona zəng vuararq xahiş edibdir ki, o olmadığı müddətdə “xxxxxxxxx” MMC-nin işlərində ona köməklik etsin, o da razılaşıbdır. Mart ayının 14-dən iyun ayının 14-dək, üç aya yaxın o İddiaçı işlərinə köməklik edibdir, o özü hesab kitab aparmayıbdır, onun vaxtında ət qəssablara satılması üçün verilibdir, əti qəbul etdkikdən sonra qəssablar əti satıb pulunu ödəyirdilər, satılmayan qalan ət isə qəssabın borcundan çıxılıbıdır, bu qaydada Cavabdehla da işləyiblər. Məhkəmədə sualları cavablandıran Şahid1 bildirdi ki, o işlədiyi vaxt dediyi qaydada işləyiblər, mal kəsilib əti qəssablara verilibdir qəssablar əti satıb pulunu veriblər, qalan əti isə şirkət geri götürübdür, qəssablardan satılan ətin pulu alınıbdır, satılmayan ət isə geri götürülübdür, Cavabdehlada bu qaydada işləyiblər, Cavabdeh 600 manat pul veribdir, həmin pulun Cavabdeh borclu olduğu 1639 manat borcuna görə verdiyini isə o dəqiq deyə bilməz, əgər 600 manat pulu Cavabdeh borclu olduğu 1639 manat pula görə veribdirsə, o pulun verildiyini qeyd edərdi və həmin pul Cavabdeh borcundan çıxılaridi. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunan Şahid3 ifadəsində bildirdi ki, o “xxxxxxxxx” MMC-də “ekspeditor” işləyir, xx xxx 2020-ci il tarixdən o şirkətin ətini Naxçıvan şəhərində yerləşən “Sizin market”, Danyeri” və “Cahan” AVM olan ət satış məntəqələrinə ət verir, həmin məntəqələrə əti o özü çəkib təhvil veribdir, Cavabdeh da o ət veribdir, Cavabdeh ilə razılığa əsasən Cavabdeh əti qəbul edib satıb pulunu ödəməli idi, satılmayan ət isə geri qaytarılırdı, Cavabdeh satılan ətin pulu alınırdı, qalıq qalan ət isə növbəti gün verilən ətin üstünə hesablanırdı, hər gün Cavabdehla haqq-hesab olunurdu, əgər ət satılmayıb xarab olurdusa o həmin xarab əti geri götürüb pulunu isə Cavabdeh borcundan çıxırdı, iddia tələbində göstərilən 90 kq və 157 kq ət ilə bağlı o heçnə deyə bilməz, çünki həmin ətlər ondan əvvəl verilibdir, bu barədə onda heç bir məlumat yoxdur, Cavabdeh 1639 manat borcu Cavabdeh verdiyi ətlərin pulundan ödənilməyən borcdur, əgər Cavabdeh dediyi kimi həmin 1639 manat borcundan ödəniş etmiş olsa idi, həmin borcundan çıxılardı. Məhkəmədə sualları cavablandıran Şahid3 bildirdi ki, o Cavabdeh ilə gündəlik haqq-hesab edirdi, lakin 25,26,xx xxxx 2020-ci il tarixlərində o Cavabdehla gündəlik haqq-hesab etmədiyindən, xx xxxx 2020-ci il tarixdə onlar həmin günlərin haqqhesabını ediblər, bundan bir neçə gün sonra Cavabdeh gəlib Ordubad rayonuna, şirkətdə haqq-hesab etdikdən sonra Cavabdeh 1850 manat və 1639 manat borcu olması barədə sənədləri imzalayıbdır, sonra isə gedibdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunan şahid X4 ifadəsində bildirdi ki, 2020-ci ilin yay aylarında “xxxxxxxxx” MMC-nin fermasına özünə məxsus “Kamaz” markalı avtombillə “saman pressi” aparıbdır, həmin pressləri boşaltdıqdan sonra, onun avtomobilində iki ədəd buzov dişi dana olduğunu görübdür, o soruşanda ki, bunlar nə danalardı, Əmir müəllim ona “Çeşməbasar” kəndində Taleh gəlib götürəcək, Taleh mənə pul verəcək, danaları gətirib, məndə danaları istəmirəm apar ver özünə” deyibdir, o Əmir müəllimdən danaları neçəyə olduğunu soruşub, Əmir müəllim ona 1000 manat pul deyibdir, o “Çeşbəbasar” kəndinə danaları gətiribdir, orada Taleh “Qazel” ilə gəlib danaları götürübdür, o Talehdən danaları satmasını soruşub, Taleh isə 1100 manat satdığını deyibdir, o Əmir müəllimin 1000 manat pul dediyini bildirib, Taleh isə 1000 manat ver götür apar deyibdir, razılığa əsasən o danaların pulunu bir iki gün sonra vermək şərtilə aparıbdır, o evə çatandan sonra Əmir müəllim ona zəng vuraraq danaların pulunu ona verməsini bildiribdir, o isə cavabında ondan almadığını, Talehdən aldığını, Taleh zəng vurub ona dediyi zaman ona pulu verəcəyini bildiribdir, Taleh zəng vurmadığı üçün o Talehə bildiribdir ki, Əmir müəllim danaların pulu ona verməsini istəyir Taleh isə ona cavabında pulu Əmir müəllimə verməsini deyibdir, bundan sonra o üç gün fermaya getməyibdir, Taleh ona zəng vurub pulları Əmir müəllimə verib-vermədiyini soruşub o isə fermaya üç gündür getmədiyini, getdiyi zaman pulları Əmir müəllimə verəcəyini bildiribdir, Taleh isə ona pulları Əmir müəllimə verməməsini, özünün gəlib götürəcəyini deyibdir və gəlib 1000 manat pulu götürübdür, fermaya gedən zaman Əmir müəllim ondan pulları gətirdiyini soruşanda o Talehin ona “malları mən satmışam mənə də pulunu ödə” dediyini, o da pulları Talehə verdiyini bildiribdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət olunan Şahid2 ifadəsində bildirdi ki, 2020-ci ilin mart ayının ortalarında Elşad və Taleh “Uaz” markalı avtomobillə onların yaşadığı Badaşqan kəndinə ət gətiriblər, həmin ətin sümüklərini onlar ayırıblar, sümükdən ayrılmış əti gətirdikləri maşınla aparıblar, onların təmizlədiyi ət iki malın əti olubdur, Elşad ilə Talehin vaxtları olmadığı üçün, ona pul veriblər ki, əti təmizləməkdə köməklik etsin, o da razılaşaraq pul alıb əti sümükdən ayrılmasına köməklik edib, Elşad və Talehin gətirdikləri ət xarab ət olubdur, həmin ətdən pis iyi gəlirdi, birdə ətin suyu tökülürdü, həmin vaxt Taleh Elşada “bu ət “Dan yerində” satılmaz“ deyibdir, Elşad isə ona cavabında “Biz sənə nə veririk onuda sat” deyə cavab veribdir. Məhkəmədə sualları cavablandıran Şahid2 bildirdi ki, Elşad ona 120 manat pul veribdir, həmin pulun 20 manatı Elşad ilə Talehin gətiridikləri əti sümükdən təmizlədiklərinə görə, 100 manatını isə Elşadın götürdüyü cücələrin pulu olubdur, Cavabdeh onların həyətində heç vaxt mal kəsməyibdir, onların həyətində elə bir şərait də yoxdur, Cavabdehla onlar çoxdan tanışdılar, iki ilə yaxındır onlar Cavabdehla birlikdə şərikli cücə saxlayırlar, Elşadı da o tanıyır, Cavabdehla onun arasında əvvəl mübahisə olubdur, mübahisələri telefonda olubdur, o Cavabdehla telefonda mübahisə edən zaman, Elşad onların səsini yazıbdır, o Cavabdehla danışığını yönləndirib Elşada, o da yazıbdır, Cavabdeh onunla danışan zaman səsinin yazılmasından xəbəri olmayıbdır, həmin vaxt o Cavabdeh təhqir edib, söyübdür, bir də pul məsələsini deyibdir ki, “əti təmizlədiyimizə görə pulumuzu yarımçıq vermisən”, sonra isə deyibdir ki, “Əmir müəllimə deyəcəm ki, siz xarab əti gətirimisiniz təmizləmişəm aparmısınız satışa”, o Elşadla qabaqcadan planlaşdırıblar ki, o Cavabdehla telefonda danışacaq, Elşad isə onların danışıq səsini yazacaqdır, Elşadın ona Cavabdeh onunla şərik saxladığı cücələri satıb pulunu verməyəcəyini dediyi üçün belə edibdir, həmin səs yazısının deyilən ət ilə heç bir əlaqəsi yoxdur, Cavabdeh məxsus avtomobil də onların həyətində olmayıbdr. İş materiallarında olan Babək rayon, Güznüt kənd İƏDÜN verdiyi xx xxxx 2020ci il tarixli, 287 nömrəli arayışından məlum olur ki, Cavabdeh Babək rayonu, Güznüt kəndində qeydiyyatdadır. İş materiallarında olan Ordubad rayon, Şəhriyar qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxx 2020-ci il tarixli, 153 nömrəli arayışdan məlum olur ki, İddiaçı Ordubad rayonu, Kotam kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ordubad şəhəri, Üstürləngə K., ev 5də qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh pul tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş qəbzlərdən görünür ki, o, “xxxxxxxxx” MMC –yə 27.06.-06.07-dək 1639 manat və 1850 manat borcu olduğu göstərmişdir. Həmçinin tərəflərin izahatlatı və şahidlərin ifadələri ilə müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı təsisçisi olduğu “xxxxxxxxx” MMC ilə razılığa əsasən Cavabdeh qəssab kimi həmin MMC tərəfindən verilən ətləri təhvil alaraq satması işin mübahisəsiz halıdır. İddiaçı tərəfidən irəli sürülən tələblərlə bağlı işin mübahisəli hal cavabdehin xx xxxxx 2020-ci ilə 1850 manat, 1080 manat, 1866.40 manat, cəmi 4816.40 manat əlavə olaraq xx xxxx 2020-ci il tarixə 1639 manat olmaqla ümumilikdə 6455.40 (altı min dörd yüz əlli beş manat, 40 qəpik) borcunun olması və cavabdeh tərəfindən hazırda bu borcun ödənilməmiş olmasıdır. Bu tələblərin mübahisəli olmasına səbəb isə cavabdehin iddiaçıya borclu olduğu 1639 manat borcundan 600 manat məbləğində pulun qaytarılmasını, 1080 manat və 1886.4 manat tələbin ona aid olmamasını, ümumiyyətlə onun borcunun olmadığını qeyd etməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd olunan razılaşma əsasında İddiaçı təsisçisi olduğu “xxxxxxxxx” MMC ilə Cavabdeh arasında razılaşmaya əsasən “xxxxxxxxx” MMC Cavabdeh kəsilmiş malın ətini vermiş, Cavabdeh isə verilən əti sataraq pulunu ödəmək öhdəliyi daşımış, Cavabdeh verilən ətin pulu olan 1639 manat və 1850 manatın ödənilməmiş, eyni zamanda 1080 manatlıq əti (90kq*12 manat) və 1886.4 manat (157kg*12 manat) olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi Cavabdeh verdiyi qəbzi göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşdə olan Cavabdeh imzası ilə təsdiq edilmiş qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı təsisiçisi olduğu “xxxxxxxxx” MMc-yə 1639 manat və 1852 manat borcu olması müəyyən olunur. Cavabdeh tərəfindən iddia etdiyi kimi borclu olduğu 1639 manat borcundan 600 manat pulun qaytarılması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən şahid kimi dindirilən Şahid1 verdiyi ifadəsində bildirdi ki, Cavabdehla heç bir qohumçuluğu olmadığını, heç bir ədavəti olmayıbdır, İddiaçı ilə ailəvi dostdurlar, 2020-ci ilin mart ayında İddiaçı Bakı şəhərində olubdur, həmin vaxt yol bağlı olduğundan, İddiaçı ona zəng vuararq xahiş edibdir ki, o olmadığı müddətdə “xxxxxxxxx” MMC-nin işlərində ona köməklik etsin, o da razılaşıbdır hardasa mart ayının 14-dən iyun ayının 10-11-dək, üç aya yaxın o İddiaçı işlərinə köməklik edibdir, o özü hesab kitab aparmayıbdır, onun vaxtında ət qəssablara satılması üçün verilibdir, əti qəbul etdkikdən sonra qəssablar əti satıb pulunu ödəyirdilər, satılmayan qalan ət isə qəssabın borcundan çıxılıbıdır, bu qaydada Cavabdehla da işləyiblər. Məhkəmədə sualları cavablandıran Şahid1 bildirdi ki, o işlədiyi vaxt dediyi qaydada işləyiblər, mal kəsilib əti qəssablara verilibdir qəssablar əti satıb pulunu veriblər, qalan əti isə şirkət geri götürübdür, qəssablardan satılan ətin pulu alınıbdır, satılmayan ət isə geri götürülübdür, Cavabdehlada bu qaydada işləyiblər, Cavabdeh 600 manat pul veribdir, həmin pulun Cavabdeh borclu olduğu 1639 manat borcuna görə verdiyini isə o dəqiq deyə bilməz, əgər 600 manat pulu Cavabdeh borclu olduğu 1639 manat pula görə veribdirsə, o pulun verildiyini qeyd edərdi və Cavabdeh borcundan çıxılardı. Məhkəmədə iddiaçı tərəfindən şahid kimi dindirilən Şahid3 ifadəsində bildirdi ki, o “xxxxxxxxx” MMC-də “ekspeditor” işləyir, xx xxx 2020-ci il tarixdən o şirkətin ətini Naxçıvan şəhərində yerləşən “Sizinmarket”, “Danyeri” və “Cahan” AVM olan ət satış məntəqələrinə ət verir, həmin məntəqələrə özü çəkib təhvil veribdir, Cavabdeh da o ət veribdir, Cavabdeh ilə razılığa əsasən Cavabdeh əti qəbul edib satıb pulunu ödəməli idi, satılmayan ət isə geri qaytarılırdı, Cavabdeh satılan ətin pulu alınırdı, qalıq qalan ət isə növbəti gün verilən ətin üstünə hesablanırdı, hər gün Cavabdehla haqq-hesab olunurdu, əgər ət satılmayıb xarab olurdusa o həmin xarab əti geri götürüb pulunu isə T,Həsənovun borcundan çıxırdı, iddia tələbində göstərilən 90 kg və 157 kg ət ilə bağlı o heçnə deyə bilməz, çünki həmin ətlər ondan əvvəl verilibdir, bu barədə onda heç bir məlumat yoxdur, Cavabdeh 1639 manat borcu Cavabdeh verdiyi ətlərin pulundan ödənilməyən borcdur, əgər Cavabdeh dediyi kimi həmin 1639 manat borcundan ödəniş etmiş olsa idi, həmin borcundan çıxlaridi. Məhkəmədə sualları cavablandıran Şahid3 bildirdi ki, o Cavabdeh ilə gündəlik haqq-hesab edirdi, lakin 25,26,xx xxxx 2020-ci il tarixlərində o Cavabdehla gündəlik haqq-hesab etmədiyindən, xx xxxx 2020-ci il tarixdə onlar həmin günlərin haqqhesabını ediblər, bundan bir neçə gün sonra Cavabdeh gəlib Ordubad rayonuna, şirkətdə haqq-hesab etdikdən sonra Cavabdeh 1850 manat və 1639 manat borcu olması barədə sənədləri imzalayıbdır, sonra isə gedibdir. Məhkəmə qeyd etmək istəyir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Yuxarıda qeyd olunan şahid ifadələri təhlil edildikdə dindirilən şahidlərin məhkəməyə verdiyi ifadəsində cavabdehin borclu olduğu 1639 manat borcundan 600 manat qaytardığını və həmin halı Şahid1 təsdiq edəcəyini göstərsə də, Cavabdeh 1639 manat borcunda 600 manatın qaytarılması şahid ifadəsi ilə öz təsdiqini tapmamışdır. Şahid1 məhkəməyə verdiyi ifadəsində 600 manat pulun Cavabdeh ona verməsinə dair ifadəsi inandırıcılıq dərəcəsinə görə qəbul ediləndir, lakin Şahid1 Cavabdeh ona verdiyi 600 manat pulun borclu olduğu 1639 manat borcuna görə verildiyini təsdiq etməmişdir. Digər Şahid3 də məhkəməyə verdiyi ifadəsində Cavabdeh 1639 manat borcundan 600 manat pul ödəməsini təsdiq etməmişdir. Məhkəmə əlavə olaraq qeyd etmək istəyir ki, Cavabdeh 600 manat qaytarıldığını şahid ifadələri ilə təsdiqi tapması onun 1639 manat borcunun olmasını aradan qaldırmır. Belə ki, Cavabdeh məhkəməyə verdiyi izahatında 1639 manat borcundan 600 manat pulu Şahid1 verdiyini, onunda həmin pulu Şəhriyara verdiyini və onun 1039 manat borcu olduğunu göstərmişdir, halbuki, Şahid1 məhkəməyə verdiyi izahatında İddiaçı xahişi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlərə nəzarət etdiyini göstərmişdir, Cavabdeh izə izahatında Şahid3 ilə sonuncu haqq-hesabı xx.xx.2020-ci il tarixdə etdiklərini göstərmişdir. Belə olan halda Cavabdeh borclu olduğu 1639 manat borcundan 600 manat məbləğində pulu ödəməsi və onun 1639 manat yox 1039 manat borcu olduğu öz təsdiqini tapmamışdır, eyni zamanda Cavabdeh 1639 manat borcunun olması yuxarıda qeyd edilənllərlə və iş materiallarında olan qəbzlə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbində göstərilən Cavabdeh 1850 manat borcunun olması ilə əlaqədar qeyd edir ki, həmin hal iş materiallarında olan və Cavabdeh tərəfindən imzalanan qəbz ilə və eyni zamanda tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh məhkəməyə verdiyi izahatında Ordubad rayonunda fermada haqq-hesab etdikdən sonra ona 2377 manat borcu olduğunu bildiriblər, həmin borcun 750 manatı nisyə satılıbdır, nisyə satdığı 750 manat qaytarıb və əlavə olaraq 33 mal kəsibdir, həmin malların çəkisindən “quruma” itkiyə getməsi çıxılmayıbdır, həmin mallara görə 432 manat güzəşt edilibdir, qalan borcu 1850 manatı isə deyiblər “başıvı sal aşağı hər ay 300 manat ödəyərsən”, o 1850 manat borcunun olması ilə bağlı sənədə ona təzyiq etdiklərinə görə imza etdiyini göstərmişdir, eyni zamanda Cavabdeh məhkəməyə verdiyi izahatında saxladığı 1500 ədəd cücəni satıb əvəzində biri 500 manat olan iki ədəd dana aldığını və Əmir müəllimdən iki ədəd danaları götürüb onun borclu olduğu 1850 manatdan çıxılmasını istədiyini, lakin ona iki danaya görə 600 manat təklif olunduğu üçün o razı olamadığını göstərmişdir. Daha sonra isə Cavabdeh məhkəməyə verdiyi ifadəsində ona iki danaya görə təklif olunan 600 manat pul 1850 manat borcuna görə deyil 1639 manat borcundan çıxılmasını istədiyini, həmin borc isə onun təqsiri olmadan xarab olan əti əvəzinə ödənilməsi istədikləri borc olduğunu, halbuki onun borcunun olmadığını, onun məcbur etdikləri üçün borcunun olması barədə sənədə imza etdiyini, 1639 manat borcundan isə onun 600 manat ödəyə biləcəyini bildirdiyini, həmin 600 manatı isə o Musaya ödədiyini, Feyzulladan iki danaya görə aldığı 1000 manat puldan 600 manatını Musaya onun 1639 manat borcundan çıxılması üçün verdiyini, lakin həmin pulun onun borcundan çıxılmadığını göstərmişdir. Cavabdeh ifadəsini təhlil edildikdə dindirilən cavabdehin məhkəməyə verdiyi ifadəsində İddiaçı iddi etdiyi kimi 1639 manat və 1850 manat borcunun olması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh məhkəməyə verdiyi izahatında onun “xxxxxxxx” MMC-yə borcunun olmadığını, daha sonra isə 1639 manat borcundan 600 manat pulun Musaya verdiyini, 1850 manat borcuna görə isə İddiaçı hər birinin dəyəri 500 manat olmaqla 1000 mant pul müqabilində danaları təklif etdiyi, sonra isə həmin danaları 1850 manat borcuna görə deyil, 1639 manat borcuna görə təklif etdiyinə dair ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir.Cavabdeh ifadələrini şübhə altına alan digər hal isə, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli sənədlə müəyyən olunur ki, xx xxxxx 2020-ci ilə qəssab Talehin həmin tarixə qalıq borcu olduğu 3182 manat puldan aprel, may və iyun aylarında hər ay 300 manat olmaqla ümumilikdə 900 manat ödəniş etməsi və həmin 900 manat pulun çıxıldıqdan sonra borclu qaldığı 2282 manat puldan 432 manat (kəsdiyi mallara görə) çıxılaraq onun 1850 manat qalıq borcu olmasına dair qeyd aparılaraq Cavabdeh tərəfindən imzalamasıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 1639 manat və 1850 manat borcunun olmadığını göstərsə də, yuxarıda göstərilənlərlə onun “xxxxxxxxx” MMC-dən götürdüyü ət məhsuluna görə 1639 manat və 1850 manat ümumilikdə 3489 (üç min dörd yüz səksən doqquz) manat məbləğində “xxxxxxxxx” MMC-yə borclu olması öz təsdiqini tapmışdır. İddia tələblərindən biri də cavabdeh T.Həsəsnovun “xxxxxxxxx” MMC-dən götürdüyü 1080 manat məbləğində (90 kg ətin dəyəi) və 1886.4 manat məbləğində (157.2 kg ətin dəyəri) cəmi 2966.40 manat qalıq borcun ödənməsi tələbidir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, istər iddia ərizəsi ilə istərsə də tərəflərin izahatı il əmüəyyən olunur ki, “xxxxxxxxx” MMC ilə Cavabdeh ilə şifahi razılaşmaya əsasən Cavabdeh ona təhvil verilən ətləri satıb pulunu “xxxxxxxxx” MMC-yə ödəmək öhdəliyi daşıyıbdır, qalıq qalan ətləri isə razılaşmaya əsasən “xxxxxxxxx” MMC-yə qaytarmalı olubdur. İddia ərizəsi ilə müəyyən olunur ki, Cavabdeh 1080 manat dəyərində olan 90 kg əti və 1886.40 manat dəyərində 157.2 kg əti “xxxxxxxxx” MMC-yə qalıq ət kimi təhvil veribdir. İddiaçı həmin ətlərin cavabdeh tərəfindən pis şəraitdə saxlaması nəticəsində xarab olduğunu bildirsə də həmin halı təsdiq edəcək hər-hansı sübut məhkəmə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddianın təmin edilməsi üçün iddiaçıya vurulmuş ziyan və ya zərərin cavabdeh tərəfindən təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) nəticəsində olması sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə Cavabdeh 1080 manat dəyərində olan 90 kq əti və 1886.40 manat dəyərində 157.2 kq ətin cavabdeh tərəfindən pis şəraitdə saxlaması nəticəsində xarab olmasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin faktiki halları məhkəmə araşdırması zamanı yuxarıda tədqiq edilənlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 3489 (üç min dörd yüz səksən doqquz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməli, iddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı X1 tərəfindən “Kapital Bank” Ordubad filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 16.20 (on altı manat, 20 qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 3489 (üç min dörd yüz səksən doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalmış hissədə təmin olunmasın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə uyğun 16.20 (on altı manat, 20 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-247/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-247/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver