Məhkəmə qərarları › İş №2(079)-250/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(079)-250/2020

06.08.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(079)-250/2020 06.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq oğlu Babək rayonu, Didivar kəndində yaşayanX1nın xx xxxx 1969-cu ildə Naxçıvan rayonu, Didivar kəndində anadan olan, Babək rayonu, Didivar kəndində yaşayan, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən Borclu qarşı aliment tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X1 məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş X13 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə xx xxxxxx 1998-ci il tarixdə rəsmi nikah qeyd etdirib ailə qurmuşam. Həmin nikahdan xx xxxxxx 1999-cu il təvəllüdlü X7, xx xxxx 2001-ci il təvəllüdlü X9 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X8 doğulmuşdur. Böyük qızım Rahilə ailə qurub. Digər qızım Kubra isə tələbədir. Azər nə mənimlə bir ər kimi, nə də uşaqlarla bir ata kimi maraqlanıb qayğımıza qalmır. Onun mənə və uşaqlara qarşı olan bu cür rəftarı ilə razılaşa bilmirəm. xx xxxx 2020-ci ildə, yəni Qurban bayramı günü Azər yenə də evdə dava-dalaş saldı və mən məcbur qalıb atamın yarımtikili olan evinə gedib qızlarımda birlikdə orada yaşayırıq. Övladlarımı təkbaşına böyüdürəm, Azər övladlarımızın saxlanılmasında mənə köməklik göstərmir. Onların yeyib-içməyini, geyimini və digər təminatlarını ödəmək çox çətindir. O,Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə rəisi işləyir və yüksək məbləğdə əmək haqqı alır.Qızlarım Rahilə ilə Kubra yetkinlik yaşlarına çatdığına görə kiçik qızım Gülzarın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu aliment tələb edirəm. Kreditorun məhkəməyə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk olaraq iş üzrə kreditor və borclunun nəzərinə çatdırır ki, X3 Borclu qarşıolan tələbi, dairəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə həmin Məcəllənin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Qeyd edilən Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadançıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Məhkəmə X1nın ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsində məhkəmə əmrinin verilə biləcəyi halların dairəsi müəyyən edilmişdir ki, onlardan biri həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınmasıdır. Prosessual normanın tələbindən göründüyü kimi kreditorun borcluya qarşı tələbi pul və ya əmlak tələbi ilə bağlı olmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, X6 məhkəməyə Borclu oğluna qarşı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin alınması ilə bağlı müraciət etmişdi. Həmçinin yuxarıda qeyd edilən normalardan da görünür ki, məhkəmə əmrin verilməsinin əsas şərtlərindən biri kreditorun tələbi aşkar olması və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri irəli sürülən tələb daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki; -iş materiallarına əlavə edilmiş Babək Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 330767 nömrəli akt qeydindən çıxarışdan Borclu ilə X5 xx xxxxxx 1998-ci il tarixdə nikaha daxil olması və nikaha daxil olduqdan sonra kreditorun özünə borclunun soyadını, yəni “Məmmədova” soyadını seçməsi; -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, İ-AZ seriyalı, 018318 nömrəli akt qeydindən çıxarışdan iş üzrə tərəflərin xx xxxxxx 1999-cu il tarixdə X7 adlı uşağının anadan olması; -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 063593 nömrəli akt qeydindən çıxarışdan iş üzrə tərəflərin xx xxxx 2001-ci il tarixdə X9 adlı uşağının anadan olması; -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İİ seriyalı, 170392 nömrəli akt qeydindən çıxarışdan iş üzrə tərəflərin xx xxxxxxxx 2008-ci il tarixdə X8 adlı uşağının anadan olması aydın olur. Kreditorun tələbinin aşkarlılığı və ya borculunun mübahisə edilməyən vəzifəsinə əsaslanması ilə bağlı şərtlərin mövcudluğuna gəldikdə isə məhkəmə bildirir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, kreditorun tələbi borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Çünki qeyd edilən normalardan da göründüyü ki, valideyn öz uşağına saxlamağa borcludur. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçı tərəfindən məhkəməyə belə bir xahiş ünvanlanmadığından və ya iddia ərizəsində belə bir tələb qeyd olunmadığından, iş materialları ilə tərəflərin iki uşağının olması sübuta yetirildiyindən məhkəmə qeyd edir ki, həmin Məcəllənin 76.1.1-ci maddəsinə 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, X2 Rayon Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir və elə buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Alimentin tutulmasının icra edilməsi anına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdu. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi ilə icra sənədinin icraya yönəlməsi müddətləri tənzimlənir ki, həmin Qanunun 13.1.4-1-ci maddəsinə əsasənşəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəlməlidir. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbini nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə əmri dərhal icra edilməlidir. Məhkəmə tərəfindən kreditorun tələbinin əsaslı saydığından onu da bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə məhkəmə əmri verilməli olduğundan kreditor tərəfindən ərizə verilən zaman ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu borcludan alınaraq kreditora ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilən borclunun dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, məhkəmə belə nəticəyə gəlir ki, dövlət rüsumu Borclu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsində məhkəməyə əmri haqqında ərizələr üzrə 20 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdu. Məhkəmə əmri verilməli olduğundan borcluya izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.Lakin məhkəmə əmrindən şikayət edilə bilməməsi borclunun kreditorun tələbini mübahisələndirməsi hüququndan məhrum etmir. Belə ki, həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbəbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr e t d i m: “06” avqust 2020-ci il tarixdən hesablanmaqla, xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay xx xxxx 1969-cu ildə Naxçıvan rayonu, Didivar kəndində anadan olan, Babək rayonu, Didivar kəndində yaşayan, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən Borclu qazancın (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment tutularaq, uşağın anası Babək rayonu, Didivar kənd sakiniX6na ödənilsin. Məhkəmə əmri alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Borclututularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Babək Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar