Məhkəmə qərarları › İş №2(079)-251/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-251/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-251/2025 16.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 03 mart 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan 300 (üç yüz) manat borcun və 30 (otuz) manat dövlət rüsumu üçün ödədiyi pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən İddiaçı ünvan 1 ünvanında 2005-ci ildən “ZOO MAĞAZASİN” işlədirəm ( VÖEN 0********), mağazanı uzun illərdir işlətdiyim üçün mənimlə alış veriş edən çoxlu sayda müştərim var. Bu müştərilərin bir çoxuna aldıqları malları nisyə verirəm və vəd etdikləri müddət ərzində də borclarını qaytarırlar. Müştərilərimə etibar etdiyim üçün nisyə alış veriş hallarında şifahi şəkildə razılığa gəlirik. Babək rayon Nehrəm qəsəbəsinin sakini Cavabdeh 2024-cü ilin noyabr ayının 15-i dükana gələrək ona akvarium, akvarium aksesuraları və balıq almaq istədiyini, amma alacaqalarının pulunu bir ayın tamamında, yəni ki dekabr ayının 15-də verəcəyin bildirdi. Cavabdeh ilə 2024-cü ilin noyabr ayının 15-i şifahi şəkildə razılığa gəldik və mən ona ümumi dəyəri 300 manat olan bir ədəd 30/30 ölçüdə, 18 litr tutumda olan akvarium, oskar və ferid adlandırılan 9 ədəd balıq və akvarium üçün gül və daşlardan ibarət aksessuarlar verdim. Cavabdeh vəd etdiyi və mənimlə razılaşdığı tarixdə, yəni ki 2024-cü ilin dekabr ayının 15-i, aldığı avadanlıq və balıqların pulunu mənə ödəmədi. Bundan sonra mən Cavabdeh zəng vuraraq borcunu ödəməsin bildirdim, o tez bir zamanda borcunu ödəyəcəyin desə də borcunu gecikdirməyə davam etdi. Ona vatsap tətbiqi üzərindən yazdığım məsajlara verdiyi cavablarda borcunu ödəyəcəyini desə də, o buna əməl etməkdən yayındı. Bundan sonra mən bu barədə Naxçıvan Şəhər Polis Şöbəsinə 2025-ci ilin yanvar ayının 8-i müraciət etdim. Müraciətimə əsasən Naxçıvan Şəhər Polis Şöbəsinə dəvət olunan Cavabdeh Polis Şöbəsində borcunu etiraf etmiş və qısa zamanda borcun ödəyəcəyin demişdir. Ancaq buna baxmayaraq Cavabdeh yenə də borcun ödəməkdən yayındı. Mən ondan borcumu ödəməsini tələb etsəm də, müxtəlif bəhanələrlə boyun qaçırır. Mən də məcbur qalaraq məhkəmə qaydasında borcun ödənilməsi üçün müraciət edirəm. Qeyd edirəm ki, mən bu barədə Naxçıvan Şəhər Polis Şöbəsinə müraciət etmişəm. Naxçıvan Şəhər Polis Şöbəsində Cavabdeh həqiqətən mənə borclu olmasını etiraf etdiyini təsdiqləsələr də bu işin məhkəməyə aid olduğunu bildirdilər. İddiaçı 10 aprel 2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəblərə görə məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında evdə pişik saxladığını, iddiaçıya məxsus mağazadan hər zaman pişiklərin saxlanılması üçün yem aldığını, bir gün oğlu ilə mağazaya getdiyi vaxt oğlunun balıq almaq istədiyini, razı olmadığını və oğluna pulunun olduğu vaxt alacağını bildirdiyini, Toğrulun isə “al, nə vaxt pulun olarsa verərsən” dediyini, ona hər ayın 15-i əmək haqqı aldığını və işinin sabit olmadığını dediyini, Toğrulun da “heç nə olmaz, uşağı ağlatma” dediyini, razılaşıb 01 dekabr 2024-cü ildə akvariumu, akvarium aksessuarlarını və balıqları aldığını, həmin vaxt 8 və ya 9 balıq aldığını, ümumilikdə akvariumu, akvarium aksessuarlarını və balıqları 250 manata aldığını, bununla bağlı iddiaçı ilə nisyə-alqı-satqı müqaviləsi bağlamadıqlarını və hər hansı sənəddə borcunun məbləğinin qeyd edilmədiyini, Toğrul ilə arasında alqı-satqının şifahi şəkildə olduğunu, iddiaçıya 300 manat borcu yox, 250 manat borcu olduğunu, İddiaçı 250 manat borcu olmasını polis şöbəsində izahatında da bildirdiyini, iddia ərizəsində onun akvariumu, akvarium aksessuarlarını və balıqları 2024-cü ilin noyabr ayında almağının qeyd edildiyini, lakin həmin əşyaları və balıqları 2024-cü ilin dekabr ayının 1-də aldığını və həmin ayın 15dək borcunu ödəyəcəyini bildirdiyini, işdən çıxdığı üçün borcunu verə bilmədiyini, oğlunun saxlanılması üçün aldığı 120 manat alimentlə isə evin kommunal pulunu ancaq ödədiyini, iddiaçıya olan borcundan ödəniş etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında predmeti pul məbləği olan borc hüquq münasibətləri yaranmış, iddiaçı razılaşdırılmış malı cavabdehə verməyi, cavabdeh isə razılaşdırılmış şərtlərlə pul məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının ərizəsini, ona əlavə edilmiş sənədləri, həmçinin iddiaçının izahatını tədqiq edən məhkəmə MPM-in 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını MM-in 567-ci maddəsi təşkil edir. Həmin normaya əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdeh iddianın qismən etirafı barədə 01 aprel 2025-ci il tarixli ərizəsini məhkəmə iclasında verərək İddiaçı ona qarşı 300 (üç yüz) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə iddia qaldırdığını, iddiaçıya 250 manat borcu olduğunu, MPM-nin 191-ci maddəsinin ona izah olunduğunu və iddianın qismən təmin edilməsinə etiraz etmədiyini etiraf etmişdir. Məhkəmə iddianın etiraf olunmuş hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin qalmış hissəsi ilə bağlı məhkəmə bildirir ki, iddia ərizəsi və cavabdehin izahatından tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması, satıcı tərəfindən alıcının mülkiyyətinə razılaşdırılmış alqı-satqı predmeti olan əşyaların verilməsi müəyyən olunmuşdur. Mülki işin mübahisəli halını təşkil edən alqı-satqı qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı sözügedən hissədə iddiasının əsaslılığını təsdiq edən sübutarı məhkəməyə təqdim etməmişdir. MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. MM-in 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi qismən əsaslıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 25 (iyirmi beş) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 25 (iyirmi beş) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar